Azərbaycan Dillər Universiteti



Yüklə 4,93 Kb.
tarix21.12.2023
ölçüsü4,93 Kb.
#187497
Ağqoyunlu dövlətinin xarici siyasəti


Azərbaycan Dillər Universiteti
  • Ağqoyunlu tayfalarının siyasi birliyinin əsası Bayandur tayfasının başçısı Pəhlivan bəy (1370-1388) tərəfindən qoyulmuş, bu ittifaq XIV əsrin 80-ci illərində olduqca əzəmətli qüvvəyə çevilmişdi. Sülalənin görkəmli hökmdarlarından Qara Yuluq Osman bəyin, Əli bəyin, xüsusilə Uzun Həsən və Yaqub Mirzənin dövründə Ağqoyunlular kifayət qədər möhkənləmlənmiş, Qaraqoyunlularla, teymurilərlə və osmanlı Türkiyəsi ilə uğurla rəqabət aparmışdı. Ağqoyunlu dövlətinin banisi Uzun Həsən hesab olunur. Onun 1453-cü ildən etibarən köçəri tayfaları, hərbi-feodal əyanlarım mərkəzi hakimiyyətə tabe etmək üçün başladığı mübarizə uğurla nəticələndi.
  • Ağqoyunlu dövlətinin başlıca rəqibi Fateh II Mehmet idi. Buna görə də Uzun Həsənin xarici siyasət xəttində başlıca yeri Osmanlı Türkiyəsi ilə münasibətlər tuturdu. II Mehmetin Kiçik Asiyanın şərqini istila etməsi Ağqoyunlu dövləti üçün ciddi təhlükə yaratmışdı. Türkiyə sultanı Cənubi Qafqazı, xüsusilə Azərbaycanı tutmağı planlaşdırırdı. Ağqoyunlular Trabzon - yunan dövləti ilə hələ XIV əsrin ortalarından dostluq əlaqəsi yaratmışdılar. Trabzon imperatorları Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövlətinin müttəfiqi idilər. Ağqoyunlu Tur Əlibəyin oğlu Qutluq bəy, Qara Yuluq Osman bəy və Uzun Həsən Trabzon sarayı ilə qohum idilər.
  • Ağqoyunlularla osmanlılar arasında ilk döyüş 1461-ci il yayın əvvəllərində Qoylühisar döyüşü olmuşdu. Ağqoyunlular Osmanlı qoşununa ciddi zərbə vursalar da, osmanlıların hərbi baxımdan üstünlüyü Uzun Həsəni sülh bağlamağa vadar etmişdi. Yaranmış şəraitdə Uzun Həsən bütün Yaxın Şərqdə diplomat qadın kimi məşhur olan anası Sara Xatunu sultanın düşərgəsinə göndərmək qərarına gəlmişdi. Qaynaqların məlumatına görə, danışıqlar zamanı Sara Xatun və II Mehmet bir-birilərinə "ana" və "oğul" deyə müraciət edirdilər.
  • Ağqoyunluların Qərblə-Şərq arasındakı ticarətdə vasitəçilik edən Venesiya respublikası ilə əlaqələri daha geniş idi. 1463-cü ildən 16 ilə qədər davam edən (1463-1479) Venesiya-Türkiyə müharibəsinin başlanması bu əlaqələrin müntəzəm şəkilə düşməsinə səbəb oldu. 1463-cü il dekabrın 2-də Venesiya respublikasının senatında Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövləti və Qaraman bəyliyi ilə ittifaqa girmək haqqında xüsusi məsələ müzakirə edilmiş, Venetsiya dojunun məsləhəti ilə bu məqsədlə iki missiya yaradılmışdı. Venesiya hökumətinin elçiləri 1471-ci ilin payızında Uzun Həsənin sarayına gəldilər.

Ədəbiyyat
  • Azərbaycan tarixi. III cild, B., 1999
  • Beynəlxalq münasibətlər tarixi fənninin proqramı (bakalavr pilləsi üçün) B., Şirvannəşr, 2005
  • Əfəndiyev O. Azərbaycan Səfəvi dövləti. B., 1993
  • İbrahimov C. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. B., 1958
  • Mahmudlu J. Azərbaycan diplomatiyası. B., 1996
  • Məmmədov C. Azərbaycan tarixi. Dərslik. B., 2004

Diqqətiniz üçün təşəkkürlər


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin