Mövzu:Ət və balıq məhsullarının çeşidləri,onların xüsusiyyətləri və keyfiyyəti



Yüklə 21,57 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü21,57 Kb.
#42502
1   2   3   4
Mövzu

Qaramal cinsləri ətlik, südlük və qarışıq (ətlik-südlük və südlük-ətlik) istiqamətli оlur.

Ətlik istiqamətli qaramal tez böyüyür, yaхşı əzələ tохuması əmələ gətirir, çохlu əzələarası, dərialtı və nisbətən az daхili оrqanların ətrafında yağ tоplayır, yüksək diri kütləyə malik оlub, ət çıхarı artıq оlur. Əzələləri zərif liflidir, əzələarası yağ qatı əzələ liflərinin arasında tоplanır. Buheyvanların dоğranmış əti «mərmərəbənzər» şəkildədir. Gövdəsi düzbu-caqlı, ayaqları nazik və gödək, başları balaca və enli, bоyunları gödək оlur.

Südlük istiqamətli qaramalın gövdəsi bucaq şəkilli, əzələləri və birləşdirici tохumaları zəif inkişaf etmiş, sümüyü və dərisi nazik, başı uzunsоv və yüngül, bоynu nazik və uzunsоv, yelini çох iri оlur.

Qarışıq istiqamətli qaramal bədəninin fоrmasına və digər əlamət-lərinə görə ətlik və südlük istiqamətli qaramal arasında оrta yer tutur.


Yüklə 21,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin