Gəlirlər üzrə misal 2.
Müəssisə hesabat ilində 100000 manat dəyərində mal satışı etmişdir. Satılmış mallara
görə alıcılardan 80000 manat daxil olmuşdur. Hesablanmış xərclər (satışın maya dəyəri)
70000 manatdır və bütün xərclərin əvəzi ödənilmişdir. Müəssisənin vergi uçotunda gəlir
və xərclərin uçotu kassa metodu ilə aparılır. Belə halda, mühasibat uçotunda mənfəət və
zərərlər haqqında hesabatda uçot mənfəəti yalnız hesablama metodunun tətbiqinin
məcburiliyini nəzərə alaraq 30000 (100000 - 70000) manat olmasına baxmayaraq,
mənfəət vergisinin bəyannaməsində vergi tutulan mənfəətin məbləği kassa metodunun
tətbiqinin seçildiyinə görə 10000 (80000 - 70000) manat hesablanacaqdır. Beləliklə də
mənfəətlər arasında 20000 (30000 - 10000) manat fərq yaranacaqdır. Vergi Məcəlləsinin
aşağıda göstərilən maddələrinin tələbləri nəticəsində uçot mənfəəti ilə vergi tutulan
mənfəəti arasında müvəqqəti fərqlər yarana bilər (bax: Cədvəl 1).
|