Mövzunun adı: Vergi uçotu ilə


Müvəqqəti fərqə dair misal (xərclə bağlı)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44569
1   ...   13   14   15   16   17   18   19   20   21
vergi muhasibat ucotu

    Müvəqqəti fərqə dair misal (xərclə bağlı) 

    Müəssisəyə  100000  manat  dəyərində  avadanlıq  alınmışdır.  Sahibkar  tərəfindən 

avadanlığın faydali istismar müddəti 5 il müəyyənləşdirilib. Mühasibat və vergi uçotunun 

məqsədlərinin  fərqli  olduğunu  nəzərə  alaraq  rəhbərlik  tərəfindən  aşağıda  göstərilən 

müxtəlif amortizasiya metodlarının tətbiq olunması nəzərdə tutulub: 

1. Mühasibat uçotu üzrə mənfəətin müəyyən edilməsi məqsədilə Milli Mühasibat Uçotu 

Standartinin  tələblərinə uyğun  olaraq  avadanlığa  illik 20000 manat  məbləğində düz xətt 

metodu ilə amortizasiya məbləğinin hesablanması. 

2. Vergi uçotu üzrə mənfəətin müəyyən edilməsi məqsədilə Vergi Məcəlləsinin 114.3-cü 

maddəsinə  əsasən  illik  25%  olmaq  şərtilə  azalan  qaliq  metodu  vasitəsilə  amortizasiya 

məbləğinin hesablanması. 

Müvəqqəti  fərqlər  gəlirlərlə də bağlı  ola bilər.  Hər bir  halda  fərqlərə düzgün  nəzarət 

edilməsi  üçün  Vergi  Məcəlləsinin  gəlirdən  çıxılan  xərclərin,  gəlirdən  çıxılmasına  yol 

verilməyən  xərclərin,  həmçinin  gəlirlərə  aid  edilən  və  gəlirlərin  tərkibinə  aid  edilməyən 

(azad olunan) artımlar (gəlirlər) haqqında maddələrinin tələblərinə diqqət yetirilməlidir. 

Qeyd  olunanlar  belə  bir  nəticəyə  gəlməyə  əsas  verir  ki,  mühasibat  uçotu  ilə  vergi 

uçotunun  fərqli  olması  bir  tərəfdən  dövlətin  fiskal  məqsədlərinə  xidmət  edirsə,  digər 

tərəfdən  vergi  ödəyicilərində  ikili  uçotun  aparılmasına  və  inzibatçılıq  xərclərinin 

artırılmasına  şərait  yaradır.  Bu  səbəbdən  də,  təsadüfi  deyil  ki,  hər  iki  uçot  sistemi 

uzlaşdırılaraq optimal bir uçot sisteminin yaradılması məsələsi müzakirə və araşdırmalar 

obyektinə çevrilmişdir. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin