MüASİr dövrdə DİN



Yüklə 60,57 Kb.
səhifə10/11
tarix29.11.2022
ölçüsü60,57 Kb.
#71088
1   2   3   4   5   6   7   8   9   10   11
MUASIR DOVRDE DIN

Fəslə aid suallar:



  1. Sekulyarlaşma nəzəriyyəsinin əsas müddəaları nədən ibarətdir?

  2. Sekulyarlaşmanın üç səviyyəsi haqqında məlumat verin.

  3. Dinin transformasiyası nəzəriyyəsini izah edin.

  4. Müasir ingilis sosioloqu Qreys Devinin “mənsubiyyətsiz iman” (“believing without belonging”) ifadəsini açıqlayın.

  5. Xose Kazanova dünyada cərəyan edən ictimai-siyasi proseslərdə dinin fəal rol oynadığını sübuta yetirmək üçün hansı arqumentləri gətirir?

  6. “Sekulyarlaşmanın əfsanə olması” nəzəriyyəsini irəli sürən alimlər mülahizələrini hansı dəlillərlə əsaslandırırlar?

  7. Sizcə elmi-texnoloji tərəqqi, dünyada geniş vüsət alan modernləşmə və müasirləşmə prosesləri dinin bir dünyagörüşü tərzi kimi yoxa çıxmasına səbəb olacaqmı? Cavabınızı əsaslandırın.

  8. “Yehovanın Şahidləri” dini təşkilatı harada və nə vaxt yaranıb?

  9. Yehovaçıların dövlət atributlarına, Vətən anlayışına, hərbi xidmətə münasibəti necədir? Onlar hansı tibbi müdaxiləyə qarşı çıxırlar?

  10. “Yehovanın Şahidləri” təşkilatının daxilində mövcud olan idarəetmə sistemi necə adlanır? Bu idarəetmə sistemi haqqında məlumat verin.

  11. Vəhdət Kilsəsi harada yaranmışdır və bu dini təşkilatın banisi kimdir?

  12. Munçuların müqəddəs kitabı necə adlanır?

  13. Munçular kimləri “həqiqi valideyn” hesab edirlər?

  14. Bəhailik hansı dini hərəkatın zəminində təşəkkül tapmışdır? Bu haqda qısaca məlumat verin.

  15. Bəhai dininin əsas etiqadi prinsipləri hansılardır?

  16. Bəhailiyin mərkəzi harada yerləşir?

  17. Azərbaycanda bəhailiyin tarixi kökləri hansı əsrə gedib çıxır?

  18. Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin ardıcılları necə adlanırlar?

  19. Qaudiya-vayşnavizm dini cərəyanının mənsubları nəyə inanırlar? Bu cərəyanın əsas özəlliyi nədir?

  20. Milleritlər kimin ardıcılları olublar?

  21. Yeddinci Günün Adventistləri Kilsəsi hansı dini hərəkatın zəminində təşəkkül tapıb?

  22. Yeddinci günün adventistləri hansı günü müqəddəs sayırlar və digər xristianlardan hansı cəhətlərinə görə fərqlənirlər?

  23. Radikalizmin mahiyyəti nədir?

  24. Dini radikalizmə hansı amillər əlverişli zəmin yaradır?

  25. Səmavi dinlərin dini radikalizmə və zorakılığa münasibəti necədir?

  26. Dini radikalizmlə dini ekstremizmin fərqi nədir?

  27. Dini radikalizmlə hansı metodlarla mübarizə aparmaq olar?

  28. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu hansı tarixdə qəbul olunmuşdur?

  29. Azərbaycan Respublikasında dini qurumların statusunu, hüquq və vəzifələrini hansı Qanun müəyyənləşdirir?

  30. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmizdə dövlət və din münasibətləri sahəsində hansı irəliləyişlər və mühüm dəyişikliklər baş verdi?

  31. Vicdan azadlığı prinsipi Azərbaycan Respublikası Konstitusiyasının hansı maddəsində bəyan olunur?

  32. Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olduğu Konstitusiyanın hansı maddəsində bildirilir?

  33. Azərbaycanın dünyəviliyi bir çox sekulyar dövlətlərlə, o cümlədən qonşu ölkələrlə müqayisədə nə üçün daha mütərəqqi və ədalətlidir?

  34. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə ölkədə hansı müsəlman və qeyri-müsəlman ibadət yerləri və mərkəzləri tikilmiş və ya təmir olunmuşdur?




Yüklə 60,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin