Linqvistik tipologiya
97
birhecalı köklərin formalaşması dövrünü əhatə edir. Belə sözlə-
rin araşdırılması ona görə lazımdır ki, bütün dillər eyni mərhələ-
nin süzgəcindən keçib gəlmişdir. Müqayisəli təhlildə isə doğru
nəticə almaq üçün müxtəlif dillərə məxsus oxşar quruluşlu kök
morfemlər qarşılaşdırılır.
Omonim mənalı kök sözlərin özlərinin formalaşmasında iki
mərhələ baş vermişdir. Bunlardan birincisinin izləri tonallıqla
11
formalaşan sinkretik köklərdə müşahidə edilir. Tonal sinkritik
köklər daha çox bir-biri ilə məna əlaqəsi olmayan müxtəlif nitq
hissələrinə aid sözləri əhatə edir. At (heyvan) at (atmaq), tut
(meyvə), tut (tutmaq), daş (cism), daş (daşmaq), dan (üfüq), dan
(danmaq), qan (maddə), qan (qanmaq), it (heyvan), it (itmək),
qaz (quş), qaz (qazmaq), qır (maddə), qır (qırmaq), yaz (fəsil),
yaz (yazmaq) və s.
İkinci mərhələnin izləri isə məcazlaşma yolu ilə əmələ gələn
sinkretik köklərdə saxlanılır. Bunlara aid aşağıdakı nümunələri
misal göstərmək olar:
Sağ (diri), sağ (sağ tərəf), kök (meyvə), kök (şişman), göy
(səma), göy (rəng), yaş (nəm), yaş (ömür), iy (alət), iy (qoxu),
Ay (göy cismi), ay (vaxt), yal (yalman), yal (yem) və s.
İkinci mərhələyə aid olan omonimlərin bir çoxunda ho-
mogenlik (eyniköklülük) əlaməti qalmaqdadır: il (zaman), il
(qaçmaq-ilim-ilim və ilmə sözlərindəki kimi), qaş (gözə aid
əlamət), qaş (üfüq), dad (dadmaq), dad (təmas), iç (içəri ötür-
mək), iç (içəri), iç (daxili orqanlar), düz (doğru), düz (düzən-
gah), yal (atın yalı), yal (dağın yalı), dal (arxa), dal (dalmaq), an
(zaman), an (xatırla).
Omonimləşmə dilin ilkin sözyaratma mərhələsini əks etdir-
diyi üçün burada söz zənginliyindən bəhs etmək mümkün deyil-
1
А.М.Щербак. Сравнительная фонетика тюркских языков. Л., 1970, с.
129-136; M. Yusifov. Azərbaycan dili fonetikasının əsasları. Bakı, “Elm və
təhsil”, 2012, s. 224-226.
|