Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


İtaliyada böhran və “Liberal erasının” iflası



Yüklə 0,52 Mb.
səhifə112/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   108   109   110   111   112   113   114   115   ...   138
Yeni tarix müh

İtaliyada böhran və “Liberal erasının” iflası. Türkiyə ilə müharibə edilməsi, Liviyanın ələ keçirilməsi və hökumətin bu kimi tədbirləri parlament tərəfindən bəyənilir və xalqın hökumətlə birliyinin təcəssümü kimi qələmə verilirdi. Sosialist və respublikaçı deputatların bir hissəsi və müstəqil deputatlar tərəfindən səsləndirilən müharibə əleyhinə etiraz kralın, Ordunun və Colittinin şərəfinə səslənən alqışlar içərisində itib-batırdı. Bu da islahatlar keçirmək üçün Colittiyə kömək edirdi. Sağ müxalifət Colittinin təklif etdiyi qanun layihəsinə müəyyən düzəlişlər etsə də bir çox tələblərindən imtina etmişdilər. 1912-ci ilin yaz və yay aylarında bir sıra layihələr qanun qüvvəsini aldı. Verilmiş yeni seçki qanununa əsasən seçicilərin sayı 3 dəfə artdı və əhalinin 25%- ni təşkil etdi. Belə ki, 30 yaşdan yuxarı bütün vətəndaşlar parlament seçkilərində iştirak etmək hüququ almışdır. Bundan əlavə ibtidai təhsili olan, qanunla müəyyən edilmiş minimum vergini ödəyə bilən, hərbi xidmət keçmiş 21 yaşlı vətəndaşlar da seçki hüququ almışdılar. Dövlət sosial sığorta sistemi yaradıldı. Lakin müharibə və islahatlar ölkədəki kövrək siyasi qüvvələrin tarazlığını pozdu, cəmiyyətdəki parçalanmanı sürətləndirdi, Colittinin kompromis və ittifaq siyasətini iflasa uğratdı.

Osmanlı Tükiyəsi ilə müharibə İtaliyanın onunla ticarətinə zərbə vurdu və İtaliyanın iqtisadiyyatı üçün vacib olan xammalla təchizatdan, eləcə də bazarlardan məhrum etdi. İqtisadi rəqabəti zəiflətdi və 1913-cü ildə hələ müharibəyə qədərki tənəzzülü daha da dərinləşdirdi. Liviyanın işğal olunması hərbi sifarişlər nəticəsində bankların nəhəng layihələrinin reallaşması işsizliyin artmasına, qiymətlərin qalxmasına, miqrantların kütləvi iğtişaşlarına və digər sosial titrəyişlərə səbəb oldu. Ölkədə geniş tətil hərəkatı başladı.

İtaliya-Osmanlı müharibəsi qurtardıqdan sonra sağ müxalifət liderlərindən olan S.Sonnino, A.Solondra B.Colittini diktatorluqda, parlamenti ələ salmaqda, dağıdıcılıqda əli olanlara baş qoşmamaqda, milli maraqların müdafiə olunmamasında günahlandırdılar. Belə bir şəraitdə isə qəbul edilmiş yeni seçki qanunu əsasında parlament seçkilərinin keçirilməsi liberal blok üçün riskli idi. Buna gör də hakimiyyət və liberallar sosialistlərin və sol təşkilatların qalib gəlməsi ehtimal olunan dairələrdə katolik təşkilatlarla sövdəlşməyə getdilər. “Pakt Colitti Centiloni” adını almış bu gizli razılaşma katoliklərin seçkidə 330 kollegiyada iştirakına və 228 kollegiyada “dünyəvilərin” namizədlərini dəstəkləmələrinə yol açdı.

1913- cü ildə keçirilmiş seçkilər İtaliya parlamentində qüvvələr nisbətini dəyişdi. Bu da hökumət çoxluğunun sağa tərəf meyllənməsinə yol açdı. Hökumət tərəfdarları 270 yer ala bilsələr də, onlara qarşı çevrilmiş güclü müxalifət qüvvələri : sosialistlər ( 79 yer), sağ qruplaşmalar, Millətçilər ( 36 yer), katoliklər (29 yer) onlara qarşı dayanmışdır. Colitto üçün yeni zərbə isə 1914-cü ilin martında radikalların müxalifətə keçməsi oldu. Belə vəziyyətdə Colitti istefaya gedərək hökuməti özünün apponenti olan Solandraya verdi.

Solandra və onu mdafiə edən qüvvələr colittiçilik prinsipləri və metodlarına yenidən baxmaq qərarına gəldilər. Bu tam mənasında özünü ölkənin yaşadığı 1914-cü ilin “Qırmızı həftəsi” və 1915- ci ilin “may günləri” böhranlarından çıxmaqla göstərdi.

1914-cü ilin iyununda hökumət mitinq və nümayişləri qadağan edn qanun verdi, sonra isə insan təlafatı ilə nəticələnən icazəsiz Ankon çıxışlarını amansızcasına yatırdı. Həmin ilin 9 iyul tarixində İSP-sı, ÜƏK-sı, İtaliya Sindikalistlər İttifaqı və İtaliya Respublikaçılar partiyasının çağırışı ilə millitarizm və istilaçılığa qarşı ümummilli etiraz tətili başladı. Bəzi yerlərdə dəmir yolu əlaqsi kəsildi, səngərlər quruldu, üsyanlar baş verdi. Kütləvi çıxışlar bütün İtaliyanı bürüdü. Bütün bunlar isə İtaliyanın I dünya müharibəsinə qoşulmasının sbəblərindən biri oldu.

Bu qərar 9 ay neytrallıq tərəfdarları(colitti və onun silahdaşları, sosialistlər, ÜƏT və güclü katolik dairələr) ilə İtaliyanın müharibəyə girməsini istəyənlər arasında siyasi çəkişmələr mövzusu oldu. Müharibəyə meyilli olan millətçilər, Mussolinin tərəfdarları, sosialist partiyasından ayrılan 1 qrup ümid edirdilər ki, müharibədə iştirak etməklə Avropada demokratiyanı möhkəmləndirər, istismar olunan xalqlara kömək edər və s. SOlandra hökuməti və kral 2 fikir arasında qalmışdılar: neytrallığı saxlamaqla müttəfiqlərdən koMpensasiya almaq və yaxud da böyük dövlətçilik ümidi ilə Antanta tərəfdən müharibəyə qoşulmaq. Lakin 1915-ci ilin yazında 2-ci variant seçildi. 1915-ci ilin aprelində sirli şəraitdə bağlanmış London razılaşmasına əsasən Avstriya Macarıstanın torpaqları hesabına ölkənin şimal-şərq hissələrinə xeyli qoşun toplamaqla İtaliya 1915-ci ilin mayındA Antanta tərəfindən müharibəyə qoşuldu. 23 maydan İtaliya özünün keçmiş müttəfiqlərinə qarşı hərbi əməliyyata başladı və ölkədə hərbi polis rejimi quruldu.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin