Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


İtaliyada imperializmin formalaşması



Yüklə 0,52 Mb.
səhifə108/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   104   105   106   107   108   109   110   111   ...   138
Yeni tarix müh

İtaliyada imperializmin formalaşması. Dünya kapitalist sisteminin imperializm mərhələsinə qədəm qoyması İtaliyada imperializmin formalaşması prosesini tezləşdirdi. Bu proses XIX əsrin sonlarında başlayaraq I dünya müharibəsinin başlanmasına kimi davam etmişdir. İtaliya imperializmini digərlərindən fərqləndirən cəhətlər isə bunlar idi: mananoliyanın yarımfeodal xarakteri daşıması və ayrı-ayrı rayonlarda ayrı-ayrı sahələrin qeyri- bərabər inkişafı. Belə ki, ölkənin cənubunda inkişaf çox aşağı səviyyədə olmaqla əhalinin yaşayış səviyyəsi də aşağı idi. Ölkədə sosial düşmənçiliyin güclü olması və miqrasiyanın genişlənməsi, idarəçiliklə məşğul olan dairələrin təcrübəsinin az olması və s.

Qeyd etmək lazımdır ki, imperializmin formalaşması ölkənin sənayeləşdirilməsi və fabrik-zavod sənayesinin yaranması ilə üst-üstə düşmüşdür. Bu proses isə əsasən 3 şimal əyalətlərində- Lombardiya, Liquri və Pyemontda gedirdi. 1894-1914-cü illərdə milli gəlir 10,1 milyard lirədən 19,1 milyard lirəyə çatmışdır. Həmin dövr ərzində sənaye müəssisələrinin sayı 117 mindən 243,9 minə, orada işləyən fəhlələrin sayı isə 1,3 milyon nəfərdən 2,3 milyon nəfərə çatmışdır. Sənayenin tikiş, maşınqayırma, kimya, avtomobil və digər sahələri sürəştlə inkişaf edirdi. Artıq I dünya müharibəsi ərəfəsində İtaliya aqrar ölkədən aqrar- sənaye ölkəsinə çevrilmişdir.

Sənayeyə qoyulan investiyaların miqdarı da artırdı. Belə ki, 1901-1914-cü illər ərzində sənayeyə 187 milyard lirə sərmayə qoyulmuşdur.

Monopoliyanın yaranması sənayenin və kapitalın konsentrasiyasını ( mərkəzləşməsini) gücləndirirdi. Kənd təsərrüfatında isə monopoliyanın meydana gəlməsi başlamışdır. 1914-cü ildə monopoliya sahəsində aparıcı yerlər maşınqayırma (Ansaldo,Breda, Offiçine de Savinyano Kompani), metallurgiya ( Terni, Orlando, Odera Kompani). Elektrotexnika sənayesi ( Edison, Lya Sentrale), Kimya sənayesi( Piredli, Montekantini), avtomobil sənayesi ( Fiat, Spa, Lança) sahələrinə aid idi. İri banklar ( Banko Komersiale İtaliyano, Kredito İtalyano, Banko di Roma və b.) aksioner cəmiyyətlər vasitəsi ilə iqtisadiyyatın aparıcı sahələrini özlərinə tabe edə bilmişdilər. Beləliklə də ölkədə maliyyə oliqarxiyası yaranmışdır.

Imperializmə keçid ölkədə daxili qarşıdurmanı daha da gücləndirmişdir. Kənd təsərrüfatında iri torpaq sahibliyinin inkişafı sənayenin inkişafından çox geridə qalmışdır. Kənd təsərrüfatınfa demək olar ki, texniki yeniliklər tətbiq olunmamışdır. əldə olunan məhsul isə kəndlilərin istismarı hesabına həyata keçirilirdi. Cənubi İtaliyanın sənaye cəhətdən inkişaf etmiş Şimali İtaliyadan geridə qalması “Cənub problemlərini” yəni xüsusi kəndli məsələsini daha da kəskinləşdirmişdir. Hansı ki, bu məsələnin hamısı öz həllini gözləyirdi.

Bütün bunlara baxmayaraq adam başına düşən milli gəlirə görə İtaliya Avropa dövlətləri içərisində ən sonuncu yeri tuturdu ki, buda həmin məsələnin həllini çətinləşdirirdi. Kəndlilərin kütləvi şəkildə torpaqsız, sənətkarların işsiz qalması ilə yanaşı XX əsrin əvvəllərindən başlayaraq ölkədə bahalıq, işsizlik, yaşayış yerlərinin təmin olumasındakı böhran, ümumiyyətlə iqtisadi tənəzzül ölkəni bürümüşdür. Beləliklə 1901-1914-cü illər ərzində ölkəni 7,7 milyon nəfər tərk etmişdir. Onların da əsasını kəndlilər, fəhlələr və sənətkarlar təşkil edirdi.

Miqrasiya ölkə üçün çox ağır bir problemə çevrilərək disskusiyalara səbəb olmuşdur. İrticaçı dairələr isə bu prosesdə müstəmləkəçiliyin yeni formalarını görürdülər. Ümumiyyətlə İtaliyada zəhmətkeşlərin yoxsulluğu kəskin sinfi mübarizəyə səbəb olmuşdur. Beləliklə fəhlə hərəkatı da silahlı xarakter almağa başlamışdır. Eyni zamanda İtaliya burjuaziyası da fəhlə aristokratiyasının geniş təbəqəsini də yarada bilməmişdir.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin