Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Maliyyə oliqarxiyasının yaranması və XX əsrin əvvəllərində ölkədə siyasi inkişafı



Yüklə 0,52 Mb.
səhifə104/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   100   101   102   103   104   105   106   107   ...   138
Yeni tarix müh

Maliyyə oliqarxiyasının yaranması və XX əsrin əvvəllərində ölkədə siyasi inkişafı. Yeni yüzilliyin ilk illərində Almaniyasənaye məhsullarının istehsalı səviyyəsinə görə İngiltərəni ötüb keçdi. Xüsusən də ağır sənaye, dağ-mədən, metallurgiya, maşınqayırma və s. sahələr sürətlə inkişaf edirdi. Bu sahələrin belə inkişafında şübhəsiz ki, hərbi sifarişlər xüsusi əhəmiyyət kəsb edirdi.

1900-1903-cü illərin iqtisadi böhranı sənaye və bank kapitalının təmərküzləşməsinə səbəb oldu. Əgər 1900-cü ildə Almaniyada 300 inhisar birliyi (kartel və sindikat) var idisə, 1905-ci ildə onların sayı 385-ə çatmışdır ki, bu birliklərin də tərkibində 12 minə yaxın müəssisə fəaliyyət göstərirdi. Qeyd etmək lazımdır ki, belə inhisar birliklərinin sayı 1911-ci ildə artıq 600-ə çatmışdı.

Almaniyada ağır və hərbi sənaye üzərində nəzarəti Fridrix Alfred Krupp, Emil Kirdorf,Emil Ratenau, Hüqo Stines, Adolf fon Hanzeman, Karl Fyüstenberq və s. sənaye maqnatları həyata keçirirdilər. Ağır sənaye alman iqtisadiyyatının daha çox inhisarlaşmış sahəsinə çevrilmişdi. Belə ki 1904-cü ildə polad trestinin əsası qoyulmuş, 1905-ci ildə isə poladtökmə zavodlarının Yuxarı Sileziya ittfaqı yaranmışdır. Bu vaxt elektrotexnika sahəsində iki konserin – “Simens-Qalske”, “Simens –Sukkert” və “Ümumi elektrik cəmiyyəti” əsas mövqe tuturdu. İri monopolist birliklər XX əsrin əvvəllərindən başlayaraq yaranmağa başlamışdır. Əvvəlcə bu birlikər dəmir yolu sahəsində yaranmışdır. Əgər Almaniyanın qərbində 1894-cü ildə 7 dəmiryol sənaye birliyi var idisə, 1897-ci ildə onlar birləşərək 5 olmuşdur. 1904-cü ildə isə bu dəmiryol kompaniyalarının hamısı Dayussoldorfdakı çuqunəritmə sindikatına birləşdirilmişdir. Hansı ki, bu sindikat qərbi Almaniyadakı bütün metallurgiya sənayesinə rəhbərlik edirdi. Kömür çıxarılması sahəsində də eyni proses getmişdir. 1893-cü ildə yaranmış Reyn-Festfaliya kömür sindikatı həmin ərazidə çıxarılan kömürün 98%-ni əlində cəmləmişdir. Yuxarı Sileziyada da monopolist birliklər yaranaraq kömür çıxarılmasının 75%-ni öz əlində cəmləşdirmişdir.

I Dünya müharibəsi ərəfəsində kapitalın mərkəz­ləş­dirilməsi ölkənin maliyyə bazarına hökmranlıq edən 5 bank konserninin yaranmasına səbəb oldu. Bunlar Alman bankı, Hesabat cəmiyyəti, Drezden, Dormştadt banklar qrupu və Şafthauzen bank ittifaqı idi.

Satış bazarları və xammal mənbəyi uğrunda aparılan mübarizədə “ dinc yolla daxil olma” metodundan istifadə edən alman inhisarları xarici iqtisadi müdaxiləyə başlamışdılar. 1905-ci ildə xaricdəki alman sərmayələri 15-18 milyard markaya bərabər idi. I Dünya müharibəsi ərəfəsində isə 35 milyard marka olmuşdur ki, bu da xaricdəki ingilis sərmayə yatırımlarının yarı məbləğinə bərabər idi. Alman maliyyə oliqarxiyasının Heqensollerlər monarxiyası ilə ittifaqı texniki və təşkilati cəhətdən nəhəng sənayeyə, güclü bürokratik aparata və dövrünün ən güclü ordusuna sahib olmağa imkan yaratmışdır.

XX əsrin əvvəllərində ölkədəki siyasi vəziyyəti əsasən sosial demokratiyanın artan nüfuzu və ”dünya siyasətinin” həyata keçirilməsinə qarşı durmaq üçün hakim dairələrin, alman inhisar kapitalının və yunkerliyin birləşməsi siyasəti ilə müəyyən olunurdu.

Alman mühafizəkarlar partiyası kayzerin şəxsi hakimiyyətinin güclənməsinin və konstitusiyadan demokratik azadlıqlar barədə hər hansı br maddənin çıxarılmasının tərəfdarı idi. O, Prusiya lantaqı və dövlət aparatında aparıcı mövqeyini də qoruyub saxlaya bilmişdir. Reyxstaqda geniş təmsil olunmuş Mərkəzçi katolik partiyası özünün xristian sosial islahatlar proqramının reallaşmasına, habelə, ədalətli fəhlə qanunvericiliyini, elzaslıların və polyakların milli maraqlarının müdafiəsi və s. həyata keçməsinə çalışırdı. Eyni vaxtda katolik deputatlar hökümətin siyasətini dəstəkləyir və sosial-demokratlara qarşı çıxırdılar. Milli-liberal partiyası alman sənayeçilərinin Mərkəzi ittifaqını “Panalman ittifaqı” kimi iri millitarist və milliyətçi təşkilatlara arxalanırdı. Bu liberal partiyalar, əsasən, seçki sistemində islahatlar və fəhlələr üçün bəzi əhəmiyyətli əmək qanunvericiliyi uğrunda çıxış edirdlər. 1910-cu ildə bu üç partiya Proqresiv xalq partiyası adı altında birləşdilər. Buna baxmayaraq onlar seçicilərin əhəmiyyətli kütləsini öz tərəflərinə çəkə bilmədilər.

1905-ci ildə Almaniyada 500 minə yaxın fəhlə tətil hərəkatına qoşulmuşdu. Həmin ilin sentyabr ayında İen şəhərində keçirilən ASDP-ın qurultayında seçki və ittifaq hüququnun müdafiə üçün kütləvi siyasi tətilə dəstək məqsədi ilə səs çoxluğu əsasında qətnamə qəbul olundu.Və1906- cı ildə Hamburqda Almaniyanın ilk siyasi tətili baş verdi.

ASDP-in demokratik dairələri və hətta mərkəz partiyasının bir hissəsi alman ordusunun 1904-1907-ci illərdə Alman Cənubi Qərbi Afrikasındakı terrorunu və hama xalqlarının (hotentotların) antimüstəmləkə üsyanlarının qəddarləqla yatırılmasını qətiyyətlə pislədilər.

Lakin ölkədə qüvvələr nisbətini mühafizəkarların,milli liberallarn və azad fikirlilərin tərəftarlarını birləşdirən ; mühafizəkar-liberal; bülovçu blokun yaradılması nəticəsində dəyişdi. 1907-ci ilin yanvarında “ hottenhat” adını almış parlament seçkilərində bu partiyalar sosial demokratları məğrubiyyətə uğratdılar və onların bloku hökümətin parlamentdəki istinadgahlarına çevrildi. Buna baxmayaraq mühafizəkarlar və liberarlar arasındakı münaqişə blkun dağılmasına səbəb oldu.

1909-cu ildə reystaqda yenidən mühafizəkar –klerikal çoxluğu müşayət olundu ki, bu da yeni blokun “ qaraman” bloku ( qara geyimli kilsə sakinləri və mavi geyimli zadəganların bloku) yarandı. Bu blokun yaranması ilə milli liberallar müxalifətə keçdi. Bülovun tövsiyyəsinə görə Teobald fon Betman- Holveq 1909-cu ildən imperiya kansleri və Prussiyanın prerident-naziri vəzifəsini tutdu və bu vəzifədə 1917-ci ilə kimi qaldı. Hökümətin bu yeni başçısı buna qədər Prussiyanın inzibati işlərində mühüm vəzifələr tutmuş daxili və xarici siyasət problemlərinin həllində iri burjuaziya və yunkerlərin maraqlarını məharətlə uyğunlaşdırmışdır. Onlar arasındakı faktiki fikir ayrılığına baxmayaraq mövcud şəraitdə Holveq onların ümumi maraqlarına tam müvafiq idi. Belə ki, yeni kansler donanmanın silahlandırılmasını və müstəmləkə siyasətini böyük həvəslə müdafiə edirdi. O əmin idiki, sosial demokratların nüfuzu sosial qanunvericiliyin köməyi ilə qırmaq və sərt represiya tədbirləri ilə məhv etmək olar.

İrticaçı dairələr vətəndaşların konstitusiya hüquqlarını mütamadi olaraq pozurdular 1910-cu ilin mart ayında polis berlində fəhlələrin nümayişini qəddarcasına dağıtdı. İrticaçılar reysxtaqda şəxsən kayzerin dəstəyindən faydalanırdılar. Əməyin mühafizəsi haqqında qanunların təkmilləşdirilməsi və həyata keçirilməsi, seçki sisteminin demokratikləşdikləşdirilməsi keçirilən çıxışlar, millitarizmin sərt tənqidi və sosial ədalət uğrunda mübarizə fəhlələrdən başqa əhalinin digər təbəqələrini də ASDP-na cəb edirdi. Belə ki, 1914-cü ildə partiyanın üzvlərinin sayı 1milyona kimi artmışdı. 1903-cü ildən 1912-ci ilədək keçirilmiş seçkilərdə ASDP-na verilən səslərin sayı 50% artaraq, 4,5 milliyona çatmışdır. Beləliklə, ASDP-si reyxstaqda güclü franksiyaya, lantaqda və bələdiyyələrdə yüzlərlə deputatlara malik oldu.

ASDP-nin rəhbərinin əksəriyyəti hesab edirdiki, 1905-1907-ci illər rus inqilabı işin digər inqilabi mübarizə metodlarına yönələcəyini şərtləndirir və islahatların labüdlüyündən çıxış edir. Reyxstaqın sosial-demokrat fraksiyasında da sağlar üstünlük təçkil edirdi. Odur ki, ASDP-da birliyin qorunub saxlanması naminə A.Bebel və partiyanın digər aparıcı rəhbərləri təftişçilərə güzəştə getməli olurdular. Sosial demokratiyanın nəzəriyyəçisi K.Kautiski bu güzəştləri tənqid edir və təftişçiliyi pisləsədə 1910-cu ildən etibarən onu marksizmin başqa bir forması kimi qəbul edirdi. K.Kautiski belə bir nəticəyə gəlmişdir ki, sosial demokratların reyxstaqda çoxluğa sahib olması ölkədə sosializmin qələbəsinə yol aça bilər. Onu partiya daxilində mərkəzçi adlandırırdılar. Partiyada digər bir xəttə isə K.Libkinekt ,R.Lüksenburq, F.Merinq və K.Setkinin başçılıq etdikləri sosial demikratlar tuturdu. Hansı ki, onları sollar adlandırırdılar.Onlar sübüt etmək istəyirdilərki ,sosialist inqilabının vaxdı çatmışdır. Odur ki, onlar partiyanı siyasi və iqtisadi mübarizəni birləşdirməyə ,siyasi tətil və silahlı çıxışlara qədər kütləvi aksiyalar təşkil etməyə çağırırdılar. 1913-cü ildə 2.5mln fəhləni özündə birləşdirən və ASDP-nın dəstəyini alan azad həmkarlar ittifaqı əhəmiyyətli gücə malik idi. 1912-ci ildə Rur hövzəsində 215min mədənçinin başladığı tətilin ardınca Saksoniyada yuxarı Sileziyada və Bavariyada mədənçilərin kütləvi tətilləri keçirildi. Lakin solların ASDP-ni inqilabı partiyaya çevirmək üçün etdikləri cəhdlər nəticəsiz qaldi. Belə ki Alman sosial demokratiyasında mərkəzçilərlə təftişçilər arasında əməkdaşlıq mövcud idi.

Hakim dairələrdə rejim tərəfdarlarının güclərini birləşdirməyə müvəffəq ola bilmədilər. Beləki Almaniyada daxili və xarici problemlərin müxtəlif həlli yollarını təklif edən 2siyasi partiya qruplaşması formalaşırdı. Onlardan birinin tərkibinə mühafizəkalar ,kənt sahibkarları ittifaqı, milli liberallar və irticaçı təşkilatların üzvlərinin xeyli hissəsi daxil olmuşdur. Panalman-prus qruplaşması adlanan bu siyasi birlik konistitusiya azalıqlarının ləvğini, fəhlə və demokratik hərəkatların Kayzerin hakimiyyət və səlahiyyətlərinin genişləndirilməsini və dünyanının yenidən bölüşdürülməsi üçün aparılacaq müharibənin tezləşdirilməsini tələb edirdilər. Digər siyasi qruplarşma –liberal monarxiyaçı birlik isə milli libaraların bir hissəsini, mərkəz katolik partiyasının əsas çoxluğunu və proqrasif xalq partiyasını birləşdirdi. Bu siyasi qruplaşma liberal deokratik islahatların keşirilməsi yolunda çıxış edirdi. Kayzeri və hökümətin nüfuzundan isə ən çox panalmanprus qruplaşması faydalanırdı.

Almaniya I dünya müharibəsi ərəfəsində. Beynəlxalq siyasətdə güc işlətməklə uğurlar qazanmaq Almaniyanın hakim dairələrində onun imkanlarının sərhədsiz olması barəsind inam yaranmışdır. Hakim dairələrdə dünya siyasətinin aparılması istiqamətində 2 cərəyan formalaşdı. Beləki, onlar məqsədlərinin həyata keçirilməsi metoduna görə bir-birindən fərqlənirdilər. Beləki, ağır sənayeçilər və mülkədarlar (yunkerlər) özgə torpaqlarını zorra tutulmasını tələb edirdilər. Onlar isə siyasətdə Panalman ittifaqı və onun davamçısı olan təşkilatlar idi.İri bank kapitalının nümayəndələri yeni sənaye sahələri olan kimya və elektrotexnika konserlərinin sahiblərini və eləcədə hazır mallar sənayesinin sahibkarları daha fəal mövqedə dayanmışdılar. Onlar müdailənin dolayısı metdlarla həyata keçirilməsinin tərəfdarları idilər. Onlar əsasən də almaniyanın başçılığı ilə Mərkəzi Avropada İqtisadi ittifaqın formalaşmasını isdəyirdilə. Hakim təbəqələr içərisində yaranmış bu iki “fıraksiya” lar arasında əlaqədə güclü idi. Buda əsasən dünyada baş verən böhranlar zamanı özünü biruzə verirdi. Almaniyanın hakim dairələri öz rəqibləri ilə epizodik əməkdaşlıqdan imtina etsələr də onlarən arasındakı fikir ayrılığından istifadə etməyə çalışırdılar. Beləki, Almaniya, İngiltərə və İtaliya dəniz blokadasının köməyi ilə Venesüelanı xarici kreditorlara borclarını qaytarmağa məcbur etdilər. 1899-1902-ci illərdə olmuş ingilis-bur müharibəsi zamanı Alman mətbuatı özqan “qardaşlarının” -burların müdafiəsi üçün fəal kompaniya başlatmışdılar. Hökümət isə Rusiya və Fransanı İngiltərəyə qarşı birgə fəaliyyə cəlb etməyə cəhd gösdərdi.Lakin bu cəhd baş tutmadı. 1905-ci ildə Biyork( Viborqun yaxınlığında) II Vilhelm II Nikolay ittifaq müqaviləsi bağlamağa razı sala bildi. Bu müqavilə vasitəsilə kayzer Rusiyanı Fransadan ayırmağa çalışdı .Qeyd etmək lazımdır ki, müqavilənin şərtləri Rusiyanın maraqlarına zidd olduğuna görə quvvəyə minmədi . Çar rusiyasının zəyifləməsindən istifadə edən almaniya Mərakeşdən Fransa Müdaxiləsinə qarşı çıxdı. Blüovun təkidilə II Vilhelm 1905-ci ilin martın 31-də Mərakeşin limanı Tanjerə gəldi. O, çıxışı zamanı bəyan etdi ki Mərakeş sultanı müstəqil başçı kimi hər zamanAlman kayzerinin dostluğuna güvənə bilər. Və bu ölkədə Almaniya üçün də digər ölkələrdə olduğu kimi eyni səviyyədə hüquqların verilməsini tələb edir. II Vilhelmin bu çıxışı Fransa və İngiltərədə açıq çağırış kimi qəbul olundu.

1906-cı ildə İspaniyanın Alxesiras şəhərində keçirilən beynalxalq konfransda Almaniya təcrid olunmuş vəziyətdə qaldı. O, yalnız Avstriya- Macarıstan tərəfindən dəstək aldı. Bu hadisədən sonra Almaniya beynəlxalq böhranların həlli istiqamətində çağırılan bütün konfranslarda iştirak etməkdən imtina etdi. 1908-ci ildə isə Bosniya-Hersaqavaniyanın Avstriya- Macarıstan tərəfindən istila olunasına haqq qazandırdı. 1909-cu ildə Berlin-Paris arasında Mərakeşin bərabər şəkildə iqtisadi istismarı barədə razılaşma əldə olundu. Bununla belə Almaniya bu ölkədə Fransanın siyasi üstünlüyünü tanıdı. Lakin 1911-ci ildə yerli tayfaların üsyanından istifadə edən Fransa hərbi dəstələri Mərakeşin paytaxtı Fəs şəhərini tutanda Almaniya Atlantik okeanı sahillərində yerləşən Ader limanına hərbi gəmi göndərdi. Bununla almanlarla fransizlar arasında və eynilə də İngilislər arasında da münasibətlər pisləşdi. Sonunda isə Almaniya Mərakeşdə iqtisadi fəaliyyət hüququnu saxlamaqla təzminat kim fransız Konqosundakı bataqlıq ərazisini aldı və Mərakeşdə Fransa protektoratlığının bərqərar olunmasına razılaşmalı oldu. Bağdad dəmir yolunun inşası ilə Alman kapitalının Osmanlı imperiyasına daxil olması yolunda əsas vasitəyə çevrildi. Bu İngiltərə və Fransanın bu ölkədə iqtisadi və siyasi mövqeləri üçün real təhlükə yaratdı. Mesopatomiyadan keçməklə İran körfəzinə çıxışı isə Almaniya üçün Britaniya Hindistana yol açdı. Eyni Zamanda Bağdad dəmir yolu Rusiyasında Cənubi Qafqazdakı mövqeləri üçün də təhlükə yaradırdı. Belə ki, bu Rusiyanın Qara dənizə tam yiyələnməsi iddiasının reallaşmasına mane olurdu. Almaniyanın İrana girməsi isə Rusiya və İngiltərənin maraqları ilə də toqquşmaya səbəb olurdu. Alman hərbi missiyasının Osmanlı imperiyasındakı fəaliyyəti isə bu ölkəni Alman –Avstriya blokuna daha da yaxınlaşdırırdı.

İngilis –Alman rəqabəti Almaniyada iri hərbi dəniz-donanmasının 1898-1900 –cu illərdən başlayaraq tikilməsi ilə əlaqədar olaraq daha kəskin xarakter almışdır. Hətta 1906-1908-ci illərdə Almaniyada donanma haqqında yeni qanunlarda qəbul olunmuşdur. İngiltərənin ardınca güclü artilleriya silahına malik ağır xətt gəmilərinin tikintisinə başlayan Almaniya İngiltərənin üstünlüyünü yenməyə çalışırdı. Odur ki, İngilis-Alman dəniz rəqabəti berlin və London arasında görüşlərin əsas problemlərindən birinə çevrilmişdi. Almaniya Rusiya və Fransa ilə qarşıdurmada özünün kontinental müharibədə daha çox üstünlüyə malik ola biləcək hərbi və sənaye üstünlüyünə arxalanırdı. Almaniyanın əsas məqsədi isə İngiltərə ilə neytrallıq haqqında razılaşma əldə etmək idi. Lakin İngiltərənin hərbi naziri R.Holdenlə 1912-ci ildə aparılan danışıqlar Almaniyanın hərbi dəniz silahlarının istehsalına məhdudiyyət qoymağa razılaşmadığına görə nəticəsiz qalmışdır. Bundan əlavə elə elə həmin ildə reyxstaq müharibəyə hazırlıq məqsədi ilə xüsusi əhəmiyyəti olan donanma qanununa əlavə də qəbul etmişdir. Bu qanuna görə Almaniyanın hərbi-dəniz donanması iri həbi gəmilər hesabına 60% böyüməli idi. Buna cavab olaraq isə İngiltərə gələcəkdə hər alman gəmisinə qarşılık iki gəmi tikməyi qərara almışdır.

Birinci Balkan müharibəsinin sonunda 1912ci ildə Holden Londondakı alman səfirinə Avstriya-Macarıstanın Serbiyaya mümkün hücumu barəsində xəbərdarlıq edərək bəyan etmişdir, İngiltərə yenidən Fransanın Almanıya tərəfindən dağıdılmasına imkan vermiyəcək. II Vilhelm isə 1912-ci il 8 dekabr tarixində keçirilən hərbi iclasda quruda işlənən silahların istehsalının sürətlə artırılması kursunu müəyyənləşdirdi. Eyni zamanda hələ 1905-ci ildə Şliffen tərəfindən işlənib hazırlanmış Rusiya tərəfindən həlledici addım atılmamış Fransanın dağıdılması planının reallaşdırılması barədə danışıqlar aparılırdı.

Yaxınlaşan müharibədə İngiltərənin neytral qalmasına çalışan Almaniya onunla Bağdad dəmiryolu və Portuqaliya müstəmləkələrinin bölüşdürülməsi haqqında danışıqlar aparırdı. Lakin bu danışıqlar heç bir nəticə vermədi.

1914-cü ilin yazından alman mətbuatında yaxınlaşmaqda olan müharibədə Almaniyanın əsas düşməni kimi Rusiyanın təsvir etmək məqsədi güdən kompaniya başlamışdır.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin