Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


İqtisadiyyat. Monopoliyanın yaranması



Yüklə 0,52 Mb.
səhifə101/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   97   98   99   100   101   102   103   104   ...   138
Yeni tarix müh

İqtisadiyyat. Monopoliyanın yaranması. Almaniyada gedən qızğın sənaye-ticarət fəallığı şəraitində yeni müəsisələr, səhmdar cəmiyyətlər və banklar yarandı. Məhz bu dövrə “qründerçilik dövrü “ adı verilmişdir. Birja alverinə hakimiyyət dairələrinin bir çox nümayəndələri, məmurlar, parlament üzvləri də qatılmışdır. Lakin 1873-cü ildə başlayan iqtisadi böhran “qründerçiliyə” son qoydu, işdən kütləvi şəkildə azad olunma halları, əmək haqqının aşağı salınması, xırda səhmdarların və sahibkarların müflisləşməsi və s. proseslər baş verdi.

Əgər 70-ci illərin lap başlanğıcında azad rəqabət özünün ən yüksək nöqtəsinə çatmışdırsa, 1873, 1882 və 1890-cı illərin böhranlarıdan sonra Almaniyada inhisar birlikləri olan kartellər geniş yayılmışdır, istehsalın və kapitalın təmərküzləşməsi prosesi xeyli irəlilədi. Alman imperiyası qüdrətli sənaye dövlətinə çevrildi. O, 70-ci illərdə dünyada dördüncü yeri tutaraq iki onillikdən sonra ikinci yerə iddia etməyə başladı və Böyük Britaniyaya çatdı. Dəmir və polad istehsalı, daş kömürün çıxarılması, çuqun əridilməsi kəskin şəkildə artdı. Kimya və elektrotexnika kimi yeni sənaye sahələri tezliklə inkişaf etdi. Dəmiryolu tikintisi xüsusilə sürətləndi.

Almaniyada sənaye və bank kapitalının təmərküzləşməsi digər Avropa ölkələrindəkindən daha tez baş vermişdir. Hesabat cəmiyyəti, Alman bankı, Darmştadt, Drezden və digər iri alman bankları kimi maliyyə nəhəngləri ölkə iqtisadiyyatı üçün daha çox əhəmiyyət kəsb edirdilər. Bank kapitalının sənaye kapitalı ilə birləşməsi nəticəsində maliyyə oliqarxiyası yaranırdı. 1873-cü ilin sonunda Almaniyada 73 bank var idisə (ümumi kapitalı 432 milyon marka idi) əsrin sonlarında bankların iqtisadi və siyasi həyatda rolunun artması nəticəsində onların sayı 165-ə çatmışdı ( ümumikapitalı 2,8 milyard marka).

Ölkədə sənaye inkişaf etdikcə fəhlə sinfinin də sayı artırdı. XIX əsrin sonunda Almaniyanın sənaye və kənd təsərrüfatı proletariatı 10,5 milyon nəfərə çatırdı ki, onların da sıralarını müflisləşmiş sənətkarlar və kəndlilər tamamlayırdılar. Kənd təsərrüfatı daha da məhsuldar olmuşdu. Alman kəndində kapitalizmin inkişafı, ölkənin daha çox hissəsində, xüsusən, Prusiya yolu ilə baş verirdi (zadəgan təsərrüfatının tədricən burjua təsərrüfatına çevrilməsi). Şərqi Prusiyada, Brandenburq və Pomeraniyada yunker təsərrüfatının hökmran vəziyyəti bu və ya digər dərəcədə kənd təsərrüfatı fəhlələrinin asılı və ya yarımasılı istismar forması demək idi. Cənubi Almaniyada- Bavariya, Baden və Vyütenberqdə “qrosbauerlər”in (iri kəndlilərin) əhəmiyyətli təbəqələri var idi.

XIX əsrin son rübündə Almaniyanın xarici iqtisadi əlaqələri də sürətlə genişlənməyə başlamışdır.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin