Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


İtaliyanın dövlət quruluşu



Yüklə 0,52 Mb.
səhifə106/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   102   103   104   105   106   107   108   109   ...   138
Yeni tarix müh

İtaliyanın dövlət quruluşu. Papa vilayətinin İtaliya krallığına birləşdirilməsi ilə İtaliyanın birləşdirilməsi uğrunda mübarizə başa çatdı. İtaliya krallığı təqribən yüz ilə qədər davam etmiş ölkənin birləşdirilməsi uğrunda mübarizədə və milli azadlıq hərəkatında mühüm bir mərhələ oldu. Lakin risordjmentonun başa çatması üçün on ilə yaxın vaxt tələb olundu. 1866-cı ildə olmuş Avstriya-Prusiyya müharibəsində Prusiya tərəfində iştirak edən İtaliya Avstriyanın Appenin yarımadasındakı son dayağı olan Venetsiya vilayətini ələ keçirdi. 1870- cı ildə isə Fransa- Prusiya müharibəsi ilə əlaqədar olaraq Avropa dövlətlərinin İtaliya işlərinə təzyiqləri xeyli azalmışdır. Bu vaxt İtaliya vətənpərvərlərinin arzuları həyata keçdi. Papa vilayəti azad edildi. Yəni papa dünyəvi hakimiyyətdən uzaqlaşdırıldı. Bu ərazilər də İtaliya krallığına birləşdirilərək ölkənin paytaxtı da Romaya köçürüldü.

Risordjmentonun son mərhələsində mötədil liberal dairələrin, yəni Pyemont liberalları və Savoya sülaləsi demokratik və respublikaçı qüvvələrin zəif olmasından istifadə edərək üstünlüyü ələ keçirib İtalayanı konstitusiyalı monarxiyaya çevirdilər. İtaliyanın ilk kralı Pyemontun hakimiyyətdə olan kralı Viktor II Emmanuil oldu. Sardiniya krallığının 1848-ci il statusu isə İtaliyanın konstitusion quruluşu kimi tanındı. Kral öz əlində geniş səlahiyyətlər saxlamağa müvəffəq olmuşdur- yəni O, parlament tərəfindən qəbul olunmuş qanunları təsdiq edir, müharibə elan etmək, sülh bağlamaq kimi səlahiyyətləri özündə saxlayırdı. Dövlətin daxili və xarici siyasətinə nəzarət edirdi. Kralın ətrafında zadəgan ailələrinin nümayəndələrinin ailələri cəmləşmişdir. Ölkədə heç bir siyasi paa\rtiya fəaliyyət göstərmirdi. Saray partiyası adlanan qrup ( zadəganlardan ibarət ) XX əsrin əvvəllərinə kimi hökumətin siyasi kursunda əhəmiyyətli mövqe tutmuşdular.

Parlamentin yuxarı palatası olan Senat kral tərəfindən din xadimləri, iri torpaq sahibləri, yüksək rütbəli məmurların nümayəndələrindən və kral ailəsinin üzvlərindən formalaşdırılmışdır. Senatorlar ömürlük olaraq təyin olunurdu. Onlar mühafizəkar olmaqla bütün yeniliklərin əleyhinə çıxırdılar. Aşağı- deputatlar palatası seçki yolu ilə formalaşdırılırdı. 1860- cı il seçki qanunlarına görə yüksək əmlak və yaş senzi mövcud idi. Bununla da əhalinin 2 % səsvermə hüququna malik idi.

Lakin kral hakimiyyəti 1848- ci ildə Pyemontda, 1861 ci ildə isə bütün İtaliya ərazisində qüvvədə olan konstitusiya statusu ilə məhdudlaşdırılırdı. Şəxsiyyətin mülkiyyətin və yaşayış yerinin toxunulmazlığı, mətbuat, yığıncaq və assosiasiyalar yaratmaq və vətəndaş, azadlıqları hüquqları mövcud idi. Bir sıra sülalə hüquqları isə ləğv edilmişdir.

Ölkənin ictimai siyasi həyatında katolik kilsəsi və onun ümumdünya mərkəzi olan papalıq mühüm rola malik idi. İtaliya ordusunun Romaya girişindən əvvəl Vatikanın kilsə şurası Papanın toxunulmazlığı haqqında qərar qəbul edə bildi. Papa IX Piy( Ferretini ) vahid İtaliya dövlətini və Savoya sülaləsinin dünyəvi hakimiyyətini tanımadı. Özünü Vatikan əsri elan edərək katoliklərin İtaliyanın siyasi həyatında və parlament seçkilərində iştirakını qadağan etdi. Beləliklə papa və onun ətrafı uzun müddət dünyəvi hakimiyyətlərinin qaytarılacağına inanmışdılar. Bu ölkədə katolik əhalisinin anti dövlət əhval-ruhiyəsinin saxlanmasına və hakim liberal konstitusion dairələrdə, eləcə də demokratik təşkilatlarda dinə qarşı (antiklerikal) baxışları qızışdırdı. Antiklerikal zəmində masson təşkilatlarının (arada bənnolar mənasını verən gizli təşkilat) ölkənin siyasi həyatında güclü rol oynadı. Viktor II Emmanuilin Romaya gəlişi 1871- ci 2 may tarixində baş verdi. Bu vaxt o, özünün mşhur sözü “Biz Romaya gəlmişik və orada da qalacağıq” demişdir. Bununla da birləşməprosesi başa çatmışdır.

1871 ci il 13 may tarixində papa ilə münasibətləri müəyyənləşdirmək məqsədi ilə “ Papanın və müqəddəs taxtın müstəsna fəailiyyət hüququ və dövlət ilə kilsənin münasibətləri haqqında” qanun qəbul edildi. Bu qanunla papa müqəddəs və toxunulmazl elan olundu. Dini fəaliyyəti ilə bağlı məsələlər də ona tam sərbəstlik və digər ölkələrlə diplomatik münasibətlər qurmaq hüququ verilirdi. Papanın mülkü Vatikan və Romadakı Lateran sarayları və şəhər ətrafındakı mülklərlə ( 1929- cu ildən isə bu ərazi Vatikan dövləti adlandırılır ) məhdudlaşırdı. Papa sarayının saxlanması üçün ildə 3 milyon 225 min lirə maliyyə vəsaiti də ayrılırdı. Bundan əlavə çoxlu sayda kilsələr, monastırlar, kilsə məktəbləri üzərində papa nəzarəti saxlanılırdı. Məktəblərdə ilahi qaydalar tədris olunurdu. Evlənənlərin kilsə qeydiyyatı məcbur elan edildi. Lakin bunlar da Vatikan il İtaliya krallığı arasında mövcud olan qarşıdurmanı aradan qaldırmadı. Yalnız “Sollar”-ın klerikalizm üzərinə hücumlarından sonra vəziyyət dəyişməyə başladı. 1877- ci ildə ibtidai icbari təhsilin dünyəvi xarakterdə olması barədə qanun verildi, 1878- ci ildə isə nikah məsələsi kilsənin əlindən alınaraq mülki idarəyə verildi. 1878- ci ildə IX Piyin ( 1846- cı ildən pantifik idi ) ölümündən və yeni pantifik XIII Lev müqəddəs taxta çıxdıqdan sonra da Vatikanla İtaliya dövləti arasında münasibətlər dəyişməmiş qaldı.

Sağların” daxili və xarici siyasəti. Vahid krallığın mövludluluğunun ilk 15 ilində hakimiyyətdə burjualaşmış zadəganların, həmçinin nisbətən inkişaf etmiş Şimalın ( Pyemont və Lombardiyanın ) varlı maliyyə- ticarət və sənaye burjuaziyasının maraqlarını təmsil edən “Sağlar” adlanan mötədil- liberal dairələr idi. “Sağların” bir birini əvəz edən hökuməti ( 1861- ci ildən 1876- cı ilədəl ) öz üzərilərinə böyük məsələlərin həllini götürmüşdülər. Bu məsələlər dövlətin inzibati maliyyə- kredit, vergi və məhkəmə sistemlərini vahid sistemə ( unifikasiya etmək) salmaqdan ibarət idi.

Vahid milli bazarın yaradılmasını sürətləndirmək və ölkənin ayrı ayrı əyalətləri və bölgələri arasındakı maneələri ləğv etmək üçün “Sağlar” və onları dəstəkləyən qüvvələr əsas diqqəti ölkənin sosial iqtisadi siyasətinə yönəltmişdilər. Bu cəhətdən vahid pul, ölç və çəki sistemlərinin tətbiqi, krallıq daxilində gömrük məntəqələrinin ləğvi, ixrac və idxal edilən mallara vahid gömrük rüsumunun qoyulması həlledici əhəmiyyət kəsb edirdi. Dövlət borclarını və öhdəliklərini tənzimləmək məqsədi ilə yaradılan Milli Bank pul emisiyası ( dəyişdirilməsi və dövriyyəyə buraxılması ) hüququna malik idi. Dəmir və şose yollarının, limanların, rabitə vasitələrinin tikilməsi ölkənin sənayeləşdirilməsinə təkan verəcək. Sahibkarların və bankirlərin mövqeyini genişləndirir və möhkəmləndirirdi, bazar münasibətlərinin inkişafına təkan verirdi.

Bununla belə kəndlilərin və sənətkarların geniş kütləsinin yoxsullaşması prosesi sürətlənirdi. Sayı artmaqda olan muzdlu fəhlələrin istismarı gündən günə güclənirdi. Nəticədə isə İtaliya cəmiyyətində sosial ziddiyyətlər dərinləşirdi və kəskinləşdi. Ölkə əhalisinin əsas hissəsini təşkil edən kəndlilərin məsələlərini mötədil liberallar həll etməkdən boyun qaçırırdılar. Yeritdikləri anti-xalq siyasəti “sağların” tənəzzülünə gətirib çıxarır. Əsasən də onların vergi siyasətinə qarşı narazılıqlar güclənirdi. 1873-cü il böhranı da onların məğlubiyyətini sürətləndirdi. Hətta 1874-cü il parlament seçicilərin əksəriyyəti onların namizədləri əleyhinə səs vermişdi.

Kilsələrə monastır torpaqlarının bir hissəsinin müsadirə olunması və satılması nəticəsində kəndlilərin bir qisminin torpaqla təmin etmək mümkün olsa da, kənd əhalisinin əksəriyyəti heç nə əldə edə bilməmişdi. Cənubda və adalarda mülkədar torpaq sahibliyinin və feodal münasibətlərinin saxlanmışdırsa ölkənin şimalında kənd təsərrüfatında kapitalist münasibətləri üstünlük təşkil edirdi. İnkişaf etmiş Şimalla geridə qalmış Cənub arasındakı fərq “Cənub məsələsini” ortaya çıxarmışdır. Bu məsələ mahiyyətinə görə aqrar məsələ idi, lakin onun kökündə quldurluq və seperatçılıq dururdu. Uzun müddət idi ki, cənub sosial gərginlik və kütləvi immiqrasiya mənbəyi olaraq qalmaqda idi.

Hakimiyyətə monarxiya ilə kompromisdə olan və liberal burjuaziyanın sol qanadını təşkil edən siyasi qrup gəldi. Liberallardan fərqli olaraq “Sollar” konstision siyasətlə çıxış edirdilər. “Solların” təşkil etdikləri hökumət Əhalidə yaxşılığa doğru dəyişikliklərin olacağı ümidlərini artırdı. Hər yerdə islahatlar proqramının dəstəklənməsinə həsr edilmiş nümayişlər keçirilir. Ümumi seçki hüququnun tətbiqi tələb olunurdu. Mühafizəkar qüvvələrin müqavimətinə baxmayaraq yaradılmış “Sollar” kabineti tədricən öz vədlərini yerinə yetirərək reallaşdırırdı. Ödənişsiz icbari ibtidai təhsil haqqında qanun verildi, kilsə və dini dairələrin güclü etirazına səbəb olan mülkü nikah institutu tətbiq olundu. 1880-ci ildə kənd əhalisinində nifrətlə qarşılanan taxılın üyüdülməsinə görə alınan vergi ləğv olundu. əmlak və yaş senzini aşağı salınmasını nəzərdə tutan qanun verildi. Nəticədə is seçicilərin kütləsi artdı.

“Solların” hakimiyyəti üzərində hakimiyyət ticarət azadlığı və dövlətin sahibkarların fəaliyyətinə qarışması (Fritredelik) siyasətindən, milli iqtisadiyyata marağı artırmaq və onu xarici rəqabətdən qorumaq ( proteksionizm) siyasətinə keçmişdir. Aqrar sahədə çalışanların mənafeyinə uyğun xaricdən idxal edilən taxıla yüksək rüsum qoyuldu. Bu da öz növbəsində şəhər və kəndlərdə çörəyin qiymətinin qalxmasına səbəb oldu. Hökumət şəkər, metallurgiya, maşınqayırma həmçinin toxuculuq sənayesi və dəmir yolunun çəkilməsində çalışan sahibkarlara himayədarlıq eyməyə başladı.

“Solların” liderləri xarici siyasətə də böyük əhəmiyyət verirdilər. Burada müstəmləkələrin ələ keçirilməsi, Avropa və Aralıq dənizi problemlərinin həllində fəal rol oynamaq İtaliyanın xarici siyasətində əsas yer tuturdu. Eyni zamanda onlar Afrikada müstəmləkə tutmaq hərəkatına da qoşuldular. Tunisin zəbt olunması planını qurdular. Lakin 1881-ci ildə Tunisin Fransa tərəfindən işğal olunması İtaliya ilə Fransa arasında narazılığı gücləndirdi. Beləliklə İtaliya 1882-ci ildə Almaniya, Avstriya-Macarıstan ittifaqına qoşuldu. İtaliyanın Üçlər ittifaqına qoşulması onun xarici siyasətində antifransız və antirus meyllərini gücləndirdi. Lakin İngiltərə ilə yaxşı münasibətlərdə idi.

Ümumilikdə İtaliya 80-ci illərdə Şimali-Şərqi Afrikada müstəmləkəçilik siyasətini aktivləşdirdi. Bu məqsədlə Assam koloniyasından gələcək işğallar üçün dayaq bazası kimi istifadə edilirdi. 1885-ci ildə İngiltərənin razılığı ilə Qırmızı dənizdə Massaya limanını tutdu. Bu Efiopiyada (Həbəşistan) baza yaratmağa lazım idi və 1887- ci ildə Efiopiya üzərinə hərbi ekspedisiya göndərdi. Lakin bu ekspedisiya orada uğursuzluğa düçar oldu.

“Solların” siyasəti İtaliyanın sənayeləşməsinə şərait yaratsa da sosial-siyasi ziddiyyətlərin daha da dərinləşməsinə səbəb oldu. Bu yoxsullaşmış kəndlilərin (onların sayı 4 milyona çatırdı.) və ağır vəziyyətdə olan fəhlələrin çıxışlarında baş vermişdir. Onların əmək haqqı Avropada ən aşağı səviyyədə olan əmək haqqı idi. Əmək qanunvericiliyi və sosial sığorta sistemi hələ də yaranmamışdı.

Şəhər əhalisinin geniş təbəqəsi və kəndlilər “Solların” siyasətindən narazı idilər. Çünki onların mənafeləri nəinki nəzərə alınmırdı hətta inkar edilirdi. Bu narazılıqdan dünyəvi və katolik xadimləri müxtəlif istiqamətli fərqli qüvvələrin formalaşması üçün istifadə etdilər.

Vahid dövlətin yaradılması ilə demokratik düşərgədə siyasi və ideoloji parçalanma da gücləndi. Demokratların bir hissəsi respublikaçılıq görüşlərini dəyişərək hakimiyyət tərəfinə keçdilər, digərləri isə sosialist oldular. Demokratik düşərgə içərisində 1891-ci ildə radikal partiya, 1896-da isə respublikaçılar partiyası yaradıldı. Hər iki partiya “ Madzinizm” ideyalarını qəbul etdilər. Lakin bu ideyadan tədricən uzaqlaşdılar. Radikallar isə liberalların mövqeyindən çıxış edərək monarxiyanın ləğvi, ümumi seçki qanunu və parlamentin səlahiyyətlərinin genişləndirilməsini istəyirdilər. Lakin onlardan fərqli olaraq respublikaçılar XIX əsrin sonunda respublika tələbi ilə çıxış etdilər.

Bu dövrdən etibarən İtaliyada fəhlə hərəkatı da güclənirdi. 1892-1895- ci illərdə Milanda İtaliya sosialist partiyası yaradıldı. Bu partiya özünün əsas vəzifəsi olaraq fəhlə sinfinin iqtisadi mübarizəsinə rəhbərlikdə görürdü. Sosialist partiyasını yaradılmasında 1881-ci ildə Andrea Kocto tərəfindən əsası qoyulmuş İnqilabi sosialist partiyası böyük rol oynamışdır. Nəhayət XIX əsrin 70-80-ci illrində İtaliyada marksizm ideyaları yaranmağa başlamışdır.

Bu dövrdə meydana gəlmiş fəhlə təşkilatlarında, kəndli ittifaqlarında müxtəlif cərəyanlar mövcud idi. İqtisadi mübarizə aparmaq üçün onlar fəhlə təşkilatlarının möhkəmləndirilməsinə çalışırdılar. Digərləri isə yoxsulları Bakuninin anarxist ideyaları ətrafında cəmləməyə çalışdılar. Marksizm tərəfdarları Antonino Labriola və F.Turati fəallaaşmışdılar.

Geniş xalq kütləsi içərisində daha çox nüfuza respublikaçılar və radikallar malik idi. Sosialistlər kimi onlar da “Şağların” və “Solların” daxili və xarici siyasətini kəskin tənqid edir, öz çıxışlarında respublika quruluşu uğrunda mübarizəyə böyük əhəmiyyət verərək, ümumi seçki hüququ, sosial islahatlar tərəfdarları olmaqla millitarizmə və müstəmləkəçiliyə qarşı çıxırdılar.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin