Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


XXI mühazirə: XIX əsrin sonu XX əsrin əvvəllərində beynəlxalq münasibətlər



Yüklə 0,52 Mb.
səhifə121/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   117   118   119   120   121   122   123   124   ...   138
Yeni tarix müh

XXI mühazirə: XIX əsrin sonu XX əsrin əvvəllərində beynəlxalq münasibətlər
Geosiyasi strukturun yeniləşməsi.XIX əsrin sonuncu on illiyi-XX əsrin əvvəlində avroamerika sivilizasiyasının inkişafı və onun Qərbi və Mərkəzi Avropanın şimalına,şərqinə və cənubuna yayılması ABŞ-ın Latın Amerikasındakı uğurları ilə bağlı idi.Avropa və Amerika ölkələri arasında yeni bir mərhələ başlandı.Əgər Amerika həmişə üzünü Avropaya çevirərək oradan milyonlarla köçkününü,onun mədəniyyətini qəbul edib,kapital və texnika alırdısa,indidə Avropa üzünü Amerikaya çevirərək ondan nəinki xammal və ərzaq,eyni zamanda yeni ideyalar,maşın,texnologiya,təşkilatlanmaq formaları alırdı.Avropa və Amerikanın münasibətlərində əsas tendensiya dünya istehsalında 5 dəfə,dünya ticarətində isə 4 dəfə avroamerika regionunun payının on il ərzində artmasıdır.

Ancaq onların münasibətlərində dünya üzrə iki tendensiya-xalqların dünya resurslarını bütün millətlərin xeyrinə istifadə etmək üçün əlaqələrin effektliyinin artırılması və başqalarının hesabına öz artan tələbatını tam ödəməyərək,kənara çəkilmək vəziyyəti gərginləşdirdi. Bərabərlik yox idi. Böyük Britaniya, Fransa, Avstriya-Macarıstan, Rusiya imperiyası özlərini yüksək dairələrə aid edirdilər.Fransa üzərindəki qələbədən sonra Almaniya və İtaliya birləşməni bitirdikdən sonra özlərini bu siyahıya saldılar.Hətta XIX əsrin sonlarında iqtisadi cəhətdən ən qüdrətli olan ABŞ hələ bu dairənin demək olar ki,tamhüquqlu üzvü deyildi.Rusiya üzərindəki qələbədən sonra Uzaq Yaponiya kənarda dayanaraq “Avropa konsertinə” qoşulmadı.Osmanlı imperiyası çoxdan “Avropanın xəstə adamı” hesab olunurdu.Xeyli müstəmləkələri olan Avropanın başqa ölkələri və Latın Amerikası ölkələri böyük ölkələrlə bərabərhüquqlu münasibətlərdə ola bilməzdilər,hətta bəziləri onlarda asılı vəziyyətdə idilər.

Dünya bazarı formalaşmışdır və sürətlə inkişaf edirdi.Onun iştirakçıları arasında münasibətlər hələ qlobal beynəlxalq münasibətlər və birliyi tələb etmirdi.Beynəlxalq qlopolitik səhnədə rəqabət aparan bir neçə mərkəzlər var idi ki,onların bəziləri Avropada idi.Avropa ilə genişlənən əlaqələri olan Latın Amerikasının özünəməxsus beynəlxalq münasibətlər sistemi var idi.Orada baş verən problemlər bəzən Avropanın bir hissəsi kimi yox,onunla kəsişirdi.

1870-cı il Fransa-Almaniya müharibəsindən sonra Avropada qüvvələr nisbəti xeyli dəyişdi.Fransa xeyli zəifləsə də,öz müstəmləkələrini genişləndirir və revans üçün hazırlaşırdı.Almaniya imperiyası o qədər güclənmişdir ki,onun rəhbərliyi Avropada hegemonluğa və dünyanı yenidən bölüşdürməyi düşünürdü.Rusiya imperiyası Fransa-Almaniya müharibəsindən istifadə edərək Krım müharibəsindəki məğlubiyyətlərin nəticələrindən qurtulmaq üçün bütün istiqamətlərdə fəallaşmağa başlamışdır.Böyük Britaniya dəyişən şəraitdə köçürmə nəticəsində yaranan müstəm­ləkələrinə dominion statusu verərək,özünü təcriddən uzaqlaşaraq Avropada özünə müttəfiqlər axtarmağa başlamışdır. Avstriya-Macarıstan Balkanlarda ekspansiyasını genişləndirirdi. İtaliya Afrikada müstəmləkə imperiyası yaratmaq istəyirdi və yaxın əraziləri bölüşdürmək üçün müttəfiq axtarırdı.

Dövlətlər arasındakı ziddiyyətlər inkişafa uyğun kəskinləşirdi.1914-cü ildə sənaye istehsalına görə Böyük Britaniya ABŞ və Almaniya tərəfindən üçüncü yerə sıxışdırılsa da,öz müstəmləkə imperiyasını genişləndirdi və London dünyanın maliyyə mərkəzi olaraq qalırdı.Fransa sənaye istehsalına görə Almaniyadan geri qalsa da,40 il ərzində müstəmləkə ərazilərini 11 dəfə genişləndirə bildi.Sənaye istehsalına görə dünyada ikinci yerə çıxsa da,Almaniya ən az müstəmləkəyə malik idi və öz təsirini çox çətinliklə genişləndirirdi.Avstriya-Macarıstan və İtaliya nəhəng dövlətlərlə ayaqlaşa bilmirdilər.

XIX əsrin sonu-XX əsrin əvvəlində böyük dövlətlərin silahlı yolla müstəmləkələrini və təsir dairələrini genişləndirmələri yeni imperializm adlandırıldı.Bunun əsas hərəkətverici qüvvəsi istehsalı,bazarı və bankları monopoliyalaşdıran oliqarxlar idi. Onların istəkləri,milli maraqları və vətənpərvərlik kimi qələmə verilirdi. İmperializmin ideologiyası olan Şovinizm-millətlərin başqa­larından üstünlüyü,başqalarına qarşı nifrət,onları istismar və məhv etməyi təbliğ edirdi.Bir çox vətənpərvər ictimai-siyasi təşkilatlar,əhalinin xeyli hissəsi şovinizmdən uzaq dura bilmədi və ona yoluxdular.

Böyük dövlətlər yeni müstəmləkələr tutmaq və oranın əhalisinin müqavimətini qırmaq üçün silahdan istifadə edirdilər.Ona görə də silahlı toqquşmalar və kiçik müharibələr demək olar ki,dayanmırdı.Müstəmləkələrin yenidən bölünməsi və təsir dairəsini genişləndirmək istəyi Avropada böyük dövlətləri təhlükəli həddə çatdırmışdır.Bunun nəticəsində ölkələr arasında gərginliklər artırdı,toqquşmalar çoxalır və gərginləşirdi.XIX əsrin sonu-XX əsrin əvvəlində münaqişə və ziddiyyətlərin aradan qaldırılması üçün bağlanan müqavilə və razılaşmalar dünya müharibəsini aradan qaldırmaq gücündə deyildi.

“Üçlər ittifaqının imperatorlarından” Üçlük ittifaqına 1871-ci ildə Fransa üzərində qələbə ilə özünü göstərən Almaniya imperiyası və bunun fonunda zəifləyən Fransa,birləşərək fəallaşan İtaliya Avropada vəziyyəti dəyişdilər.

Avropada hegemonluğa çalışan Bismark Almaniyanın Fransaya təzyiqini davam etdirdi və onu mümkün müttəfiqlərdən uzaqlaşdırmaq üçün yeni hücumla hədələyirdi.

Yeni imperiyanın konsleri Rusiyanın resurslarını və dayanıqlığını tükənməz hesab edirdi və onunla eyni zamanda Fransa ilə müharibəni faciəyə bərabər adlandırırdı.Ona görə də Bismark Fransa-Rusiya ittifaqını mümkünsüz hesab edirdi.

Rusiya 1870-1871-ci illərdə Almaniyaya qarşı neytrallıq saxlasa da,Fransa məğlub olduqdan sonra Krım müharibəsinin şərtlərinə əməl etmirdi və Orta Asiyaya soxulmaqla (İngiltərəni qıcıqlandıraraq) Osmanlı imperiyası ilə müharibəyə hazırlaşırdı.Rusiya höküməti Avstriya-Macarıstanı neytrallaşdırmaq və Almaniyanın onun hərəkətlərinə rəğbətini istəyirdi.

Habsburq imperiyasının höküməti özünün serb əleyhinə siyasətinə Londondan kömək olmadıqda,Bismarkın köməkliyi ilə Rusiya ilə razılığa gəlib Balkanlarda status-kvonu saxlamağa çalışırdı. II Aleksandrın, I Vilhelmin və Frans İosifin bir neçə görüşündən,əsasən də kanslerlər A.M.Qorçakov, Bismark və nazir Andraşi arasında aparılan danışıqlardan sonra 1873-cü ildə “Üç imperatorun ittifaqı” deyilən razılaşma əldə olundu.Bu razılaşma nəzərdə tuturdu ki,hər hansı bir narazılıq olsa üç imperator onu aradan qaldıracaq və onlarla müharibə təhlükəsi olarsa birgə siyasət yeridəcəklər.Ancaq bununla belə Qorçakov Fransa səfirini əmin etdi ki,Rusiyaya “Güclü Fransa” lazımdır.Birmark Rusiyanı Fransanın Yaxın Şərq siyasətini müdafiə etməkdən çəkindirə bilmədi.Avropa dövlətləri Fransanın zəifləməsini və Almaniyanın güclənərək Avropanın hegemonuna çevrilməsini istəmirdilər.

“Üç imperatorlar ittifaqı” 1887-ci ilə kimi dayandı,ancaq iştirakçıların ümidlərini doğrultmadı.Almaniya höküməti Baş Ştabı kiçik müharibələrlə Fransanı tam zəiflətmək istəyirdi.1875-1877-ci illər arasında Almaniya fransız revanşistlərinin İngiltərənin qısqanclıqla baxmasından və Rusiyanın Balkan və Orta Asiya problemlərindən istifadə edərək Fransaya yeni hərbi məğlubiyyət bəxş etmək istəyirdi.Birinci halda hər iki dövlət,ikinci halda təkcə Rusiya Bismarkın bu planlarının həyata keçməsinə mane oldular.

Rusiya Orta Asiya uğrunda mübarizədə İngiltərə ilə münaqişədə,1877-1878-ci il rus-türk müharibəsində Bismarkın yaxın münasibətinə arxalanırdı.Rusiya Böyük Britaniyanın təsir dairəsinin Qərbi Çinə və Əfqanıstana genişlənməsinin qarşısını alırdı.Onun qoşunları Türkmənistanı işğal etdi,Xivə xanlğını protektoratlığa götürdü və Kokond xanlığını özünə birləşdirdi.Böyük Britaniya rus qoşunlarının Türkmənistanı işğal altına almaq istəyi və Əfqanıstana silah gücünə öz adamını hakim qoymaq istəyi alınmadı.Ancaq İngiltərə ilə rəqabətdə Əfqanıstan şahına və İranda üstünlük qazandı.Rus-türk müharibəsində Böyük Britaniya Rusiyaya mane olmaqla,onun Balkan siyasətinə də qarşı çıxdı.

Avstriya-Macarıstanın rus-türk müharibəsi zamanı neytrallıq saxlaması 1876-cı il Reyxştaq razılaşması ilə təmin olunmuşdur.Bu razılaşma Habsburqlara Bosniya və Hersoqovinanı,Rusiyaya işğal etməyə isə Krım müharibəsində itirdiyi Bessarabiyanın bir hissəsini qaytarmağa imkan verdi.Bu razılaşma Balkanlarda iri slavyan dövlətinin yaradılmasına imkan vermirdi və bunu Rusiya heç arzulamırdı.

Osmanlı imperiyasına qarşı vuruşan qoşunların uğuru gözlənilənlərdən də artıq oldu.Məğlubiyyətə uğramış Osmanlı imperiyası 1878-ci ildə San-Stefano müqaviləsini bağlamağa məcbur oldu.Bu müqaviləyə görə Rusiyanın demək olar ki,bütün ərazi iddiaları təmin edildi,Serbiya,Çernoqoriya və Ruminiya öz ərazilərini xeyli genişləndirdi,ən əsasıda Bolqarıstan knyazlığı yaradıldı.Rusiyanı müharibə ilə hədələyən Avstriya-Macarıstan və İngiltərə İstambula öz donanmasını göndərdilər və San-Stefan müqaviləsinə yenidən baxılmasına nail oldular.

Avropa ölkələrinin Berlin konfransı Rusiyanın və başqa dövlətlərin müharibədə aldıqları torpaqları azaltdı və Bolqariyanın muxtariyyatını məhdudlaşdırdı,Rusiyanın Balkanlardakı hegemonluğunu aradan aldırdı. Bismark bu konfransda həqiqətən də Avstriya-Macarıstanı və İngiltərəni müdafiə etdi.”Üç imperator ittifaqında”dərin çat yarandı,Rusiya ilə gömrük müharibəsi qızışan Almaniya,Balkanlarda Rusiya ilə mübarizə aparan Avstriya-Macarıstanla yaxınlaşmağa başlamışdır.Bununla da iki imperiyanın Şərqə ekspansiyasının əsası qoyuldu.Baxmayaraq ki,Bismark Avstriya hökümətini Fransaya qarşı yönəldə bilmədi,ancaq Rusiyaya qarşı gizli müqavilə bağlamağa və onunla müharibə olarsa neytrallıq saxlamağa razı sala bildi.Bu müqavilə 1914-cü ildə baş-başa gələn koalisiyadan birinin əsasını qoydu.

Zəifləmiş “Üç imperator ittifaqı” 1881-ci ildə dördüncü dövlətin,yəni İngiltərənin Rusiyaya,Almaniyaya və ya Fransaya hücum edərsə neytral qalacaqları haqqında müqavilə bağladılar.

Fransanın izolyasiyasına çalışan Bismark İtaliyanı onunla rəqabətə şirnikləşdirdi və onun Avstriya-Macarıstana aid Triest və Trentinoya iddialarından çəkindirdi.Ancaq Avstriya-Macarıstan özünün əsas rəqibi kimi İtaliyanı yox,Rusiyanı görürdü.Bu Almaniya,İtaliya və Avstriya-Macarıstana 1882-ci ildə “Üçlər ittifaqını” yaratmağa imkan verdi,hansı ki,1915-ci ilə kimi öz qüvvəsində qaldı.Fransanın İtaliyaya və ya Almaniyaya hücum etdiyi təqdirdə bir-birlərini müdafiə etməyi və Avstriya-Macarıstan neytral qalmağı öhdələrinə götürdülər.Bundan başqa hər üç dövlət öhdəsinə götürdü ki,Fransadan başqa hansı birisi ilə müharibə olarsa və iki dövlətin hücumuna məruz qalarsa hərbi yardım etməyi öhdələrinə götürdülər.Bu müqavilə Avstriya-Rusiya müharibəsi olarsa Avstriya-Macarıstana qarşı İtaliyanın neytrallığı demək idi.Beləcə,Almaniyanın yaratdığı blok genişləndi və möhkəmləndi,baxmayaraq ki,İtaliya onun ən zəif həlqəsi idi.

Rusiyanın Orta Asiyada və İranda,Avstriya-Macarıstanın Bolqar knyazlığı ilə Serbiyada,İngiltərənin Osmanlı imperiyasında güclənməsi,Rusiyanın Böyük Britaniya və Avstriya-Macarıstanla münasibətlərini gərginləşdirdi.

1885-ci ilin yazında rus qoşunlarının Əfqanıstana hücumuna cavab olaraq İngiltərə Qara dənizdən Rusiyaya hücum etmək istədi,ancaq Rusiyanın və Almaniyanın təsiri ilə türk sultanı Qara dəniz körfəzlərini bağladı.

“Üç imperator ittifaqına” arxayınlaşmayan Rusiya və Almaniya öz aralarındakı rəqabətə baxmayaraq,1887-ci ildə müqavilə başladılar.Bu müqaviləyə görə Rusiya Fransanın Almaniyaya hücumu olarsa,Almaniya İngiltərənin Yaxın Şərqdə Rusiyaya hücum edərsə neytrallıq saxlamağı öz üzərlərinə götürüdülər.Bu maraqlar balansı o qədər zəif idi ki,cəmi üç il dözüm gətirdi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin