Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


XIV mühazirə: Avstriya-Mavarıstan imperiyası 1867-1914-cü illərdə



Yüklə 0,52 Mb.
səhifə63/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   138
Yeni tarix müh

XIV mühazirə: Avstriya-Mavarıstan imperiyası 1867-1914-cü illərdə
İkili (dualist) sistemin konsolidasiyası. Əvvəlcədən mərkəzləşdirilmiş imperiya olan Avstriya 1867-ci ildən dualist xarakter alaraq Avstriya-Macarıstan imperiyası adını aldı. Bu başda Frans İosif (1848-1916) olmaqla Habsburqlar sülaləsinin 1859-cu və 1866-ci illərdə İtaliya ,Fransa və Prussiya ilə müharibələrdə məğlub olmasından və Macar xalqının Avstriya zülmünə müqavimətindən sonra məcburi addımı kimi baş vermişdir. Məhz birləşmədən sonra imperiyada daxili sabitlik yarandı. Habsburlar monarxiyası Venetsiya vilayətini itirsə də, 50 milyonluq əhalisi və ərazisinə görə ( Rusiyadan sonra) Avropanın ən böyük ölkəsi idi. Eləcə də 1867-ci il uniyası (müqavilə) və Almaniya ilə sıx ittifaq Habsburqlar imperiyasına böyük dövlət statusu qazandırmışdır. Məhz bundan sonra imperiyanın xarici siyasətində də əsaslı dəyişikliklər baş vermişdir. Belə ki, Almaniya və İtaliyadan sıxışdırılan Avstriya əsas diqqətini Balkanlara yönəltmişdir. Burada isə onun maraqları Rusiyanın maraqları ilə toqquşurdu(lakin bu iki imperiya əvvəllər birgə Osmanlı imperiyasına qarşı vuruşmuşdular). Osmanlı imperiyasının torpaqlarının bölüşdürülməsində Rusiyanın və Avstriya-Macarıstan arasındakı ziddiyyətlər habsburqların 1878-ci ildə Bosniya və Hersoqovinanı işğal etdikdən və 1908-i ildə isə anneksiya etdikdən sonra yaranmışdır.

1867-ci il müqaviləsi konfederativ dövlət quruluşu formasında bir nümunə oldu . Hər iki ölkədə daxili məsələlərə müstəqillik, ümümi imperiya işləri olan - xarici siyasət və müdafiə məsələlərini maliyyələşdirməkdə birgə siyasət yeridilirdi. Bu üç ümumi nazirliklər isə Avstriya imperatoru və Macarıstan kralı olan frans İosifə və dolayısı ilə ümumi Maliyyə Nazirliyində ümumi nazirliklərin büdcəsini təsdiq edən hər iki dövlətin parlamentinə tabe idilər. Digər ölkələrdə ticarət və gömrük müqaviləsi isə Avstriya və Macarıstan arasında 10 il müddətinə bağlanmış iqtisadi razılaşmaya uyğun olaraq nizamlanırdı. Bu müddət bitdikdən sonra isə yenidən bərpa olunurdu.

Monarx ümumi nazirliklərdən başqa imperiyanın hər iki hissəsinin hökumət başçılarının –nazirlərin təyinatı və istefası haqqında qərar verir, parlamentlərin çağırılması və buraxılması səlahiyyətlərini özündə saxlayır və fövqəladə dekretlər verə bilirdi. O, parlamentlərin müdaxiləsinə imkan vermədən xarici siyasətə və silahlı qüvvələrə rəhbərlik edirdi. Beləliklə monarxın sərhədsiz hüquqları imperiyanın hər iki hissəsinin suverenliyi xeyli məhdudlaşdırıldı. Hətta Avstriyanın 1867-ci il konstitusiyasının XIV paraqrafı imkan verirdi ki, kral lazım olarsa sərəncamlar verməklə ölkəni idarə edə bilərdi. Odur ki, Franc İosif tez-tez fövqəladə qərarlara əl atırdı.

Macarıstan Konstitusiyası parlamentin səlahiyyətlərində olan hüquqları məhdudlaşdırmırdı lakin parlamentə təqdim olunan hər bir qanun layihəsi əvvəlcə kralın rəyini almalı idi. Dualist sistemin həm daxili, həmdə beynəlxalq siyasi konsolidasiyası 70-ci illərin əvvəlində yekunlaşdı. Almaniya və İtaliyanın birləşməsi həlledici nöqtə oldu. Yəni Fransanın müharibədə məğlubiyyəti və Almaniyanın birləşməsinin elan olunması dualist imperiya quruluşunu ləğv etmək ümidlərini puç etdi. Habsburqların fransızlar tərəfindən müharibəyə girməsinə Macarıstanın baş nazirinin mövqeyi və Rusiyanın Qalitsiyaya hücum qorxusu mane olurdu. Qraf Dyula Andraşi (Macarıstanın baş naziri) yaxşı bilirdi ki, Prussiyanın məğlubiyyəti təqdirində Macarıstan monarxiya çərçivəsində öz mövqeyini qoruya bilməyəcək. Prussiya və Macarıstanın maraqlarının üst –üstə düşməsi isə ikili xarakterli imperiyanı möhkəmləndirirdi. Hətta 1871-ci ilin payızında Bismark və Andraşi “dueti” və çex müxalifətinin Avstriya-Macarıstan dualizmini, Avstriya-Macarıstan-Çexiya trializmi (üçlüyü) ilə dəyişdirmək cəhdinin qarşısı alınmışdı. Belə ki, 1871-ci ildə imperator Çexiyanın tarixi hüquqlarını tanımaq haqqında sənəd imzaladı və tacqoyma mərasimini Praqada keçirməyə söz verdi. Praqada seym tərəfindən qəbul olunmuş “ Fundamental bəndlər” Çex müxalifətini təmin edirdi. Andraşi isə təkid edirdi ki , 1867-ci il müqaviləsinə görə imperiyanın hər hansı bir hissəsinin razılığı olmadan struktur dəyişikliyi etmək olmaz. Frans İosif isə məcburiyyət qarşısında onunla razılaşdı. O, islahat layihəsini rədd etdi və Avstriyanın nazirlər kabinetini istefaya göndərdi . Xarici işlər idarəsinə Andraşi rəhbərlik etməyə başladı. Rusiyaya qarşı kəskin münasibətini gizlətməyən yeni nazir Almaniya ilə yaxınlaşmağa başladı. O,1879-cu ildə Avstriya –Macarıstan və Almaniya arasında ittifaq müqaviləsinin bağlanmasına nail oldu. Beləliklə də Avropada hərbi-siyasi blokun yaranması üçün ilk addım atılmış oldu.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin