Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə



Yüklə 0,52 Mb.
səhifə83/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   79   80   81   82   83   84   85   86   ...   138
Yeni tarix müh

Sosial hərəkatlar. 80-ci illərin sonunda monarxiya tərəfdarları və respublikaçılar arasında idarəetmənin formasına görə baş verən münaqişə tükənmişdi. Bulanjistçilik böhranı zamanı respublikanın konstitusion inkişafının yolları məsələsi həll olunurdu (demokratik parlament və ya avtoritar prezident).

Eyni zamanda respublikanın xarakteri haqqında məsələsini həmdə müxtəlif sosial hərəkatlar da irəli sürmüşdü. Sənaye fəhlələrinin – 1884-cü ildə Anzentdə, 1886-cı ildə Dekazvildə baş verən iri tətillərin nəticəsində və fəhlələrin kütləvi təşkilatlarının yaradılması ilə yenidən “sosial məsələ” gündəmə gəldi.

Kommunanın dağıdılmasından sonra Fransada fəhlə hərəkatı yavaş-yavaş gücünü bərpa edirdi. 1879-cu il fəhlə qurultayında çoxları hakimiyyət uğrunda mübarizənin tərəfdarları sosialistlərin arxasınca gəldi. Oonlar 1880-ci ildə Qavrda Fəhlə partiyasını yaratmağa nail oldular. İki ildən sonra partiya iki yerə bölündü, biri köhnə adına saxlandı, digəri isə yeni ad – Sosialist Fəhlələrinin Federasiyası adını götürdü. Aralarındakı münaqişə nəzəri xarakter daşıyırdı. Jül Ked və Pol Lafarqın başçılıq etdiyi Fəhlə partiyası inqilabi proqram qəbul etdi. İslahatçı mövqeyində olan Pol Brus və Benua Malon Fəhlə Sosialist Federasiyasına başçılıq edirdilər. Təşkilatçıların məsələlərini onlar “ mümkün olanın” sərhədləri ilə məhdudlaşdırır (buradan da onun başqa adı – possibilistlər) və hesab edirdilər ki, dəyişikliklərdən başlayaraq ( bu “bələdiyyə sosializmi” adlanırdı) sosializmə doğru yavaş-yavaş irliləmək lazımdır. 1881-ci ildən amnistiya ilə evə qayıdan komunar-blankistlər tərəfindən yaradılan Mərkəzi inqilabı komitə partiyası fəaliyyət göstərirdi. Bu partiya gizli sövdələşmə cəmiyyətlərinin tipində qurulmuşdur, ciddi intizama əsaslanaraq, ilk növbədə üsyana hazırlığı məqsəd qoyurdu. Lakin Eduard Vaynın rəhbərliyi altında o yavaş-yavaş blankistlər taktikasından uzaqlaşdı və siyasi nəzəri planda marksistlərə yaxınlaşdı.

Nəhayət, bir çox jurnalist, yazıçı, siyasətçi özlərini müstəqil sosialist adlandırdılar, Aleksandr Milyeran, Jan Joryes, Rene Viviani, Aristid Brian və s.

Sosialist hərəkatı ilə paralel 1884-cü il qanunu əsasında və bir tərəfdən də sosialistlərin təsiri altında həmkarlar ittifaqı hərəkatı da inkişaf edirdi. Bu təşkilatda ideya və təşkilati parçalanmadan qurtula bilmədi. Həmkarlar ittifaqı hərəkatının əsas istiqamətlərindən biri əmək birjalarının fəaliyyəti ilə bağlı idi. İlk növbədə onlar fəhlə gücünə olan tələb və təklifin hesabı ilə maraqlanırdılar. Lakin tədricən elə bir yerə çevrildilər ki, orada yerli həmkarlar ittifaqının başçıları sahibkarları ilə olan münasibətlər barədə ümumi mövqeni işləmək üçün daimi görüşlər keçirirdilər. 1892-ci ildə yaranan əmək birjalarının xüsusiyyəti o idi ki, onlar müstəqilliklərini qısqanclıqla partiyalardan qoruyurdular. 1894-cü ildə əmək birjası Federasiyasına özünü “proletariat diktaturası daxil olmaqla hər bir diktaturanın barışmaz düşməni” adlandıran, anarxiya tərəfdarı F.Pellutye başçılıq etməyə başladı. Əksinə 1886-cı ildə yaradılan sindikatların Federasiyası sosialist təşkilatları ilə əməkdaşlığa can atırdı.

Sindikalistlərin hər iki müxtəlif tərəfləri arasında mərkəzində ümumi tətil məsələsi duran kəskin diskussiyalar gedirdi. Antikapitalist inqilabına qədər böyümüş bu cür tətilin ideyası Fransanın fəhlə hərəkatında çox populyar idi. Tərəfdarları ilə birlikdə possibistlərdən ayrılan və 1890-cı ildə inqilabi-sosialist fəhlə partiyasına başçılıq edən Jan Alleman bu ideyanı dəstəkləyirdi. O, parlamentdə mübarizə metodunu inkar edərək öz-özünə baş verən kütləvi fəhlə çıxışlarına güvənirdi.

1886-cı ildə palata radikallar franksiyasından ayrılmış, 18 nəfərdən ibarət “fəhlə qrupu” yarandı. Lakin sosialistlər ora 90-cı illərin əvvəlində keçə bildilər. 1893-cü ildə keçirilən ümumi seçkilər sosialistlərin böyük qələbəsi ilə nəticələndi, onlar 50-yə yaxın mandat aldılar.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin