Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Millətçilər və bulanjistlik



Yüklə 0,52 Mb.
səhifə82/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   78   79   80   81   82   83   84   85   ...   138
Yeni tarix müh

Millətçilər və bulanjistlik. Bununla belə respublikaçıların arxasında yeni siyasi güc olan – milli hərakat böyüdü və möhkəmləndi. Hərəkatın yüksəlişi bir tərəfdən mötədil respublikaçıların apardığı siyasət nəticəsində geniş xalq kütlələrin məyusluğu ilə şərtlənən siyasi radikalizmin ümumi güclənməsi ilə bağlı idi. 80-ci illərin ortalarında baş verən iqtisadi böhran öz rolunu oynadı və bir çox fransızları kəmərlərini sıx bağlamağa vadar etdi.

Lakin ən vacibi – Fransanın ictimai fikiri Elzas və Lotarengiyanın itirilməsi ilə barışmadı. Hambettda və Klemanso dəfələrlə bu haqda hökumətə məlumat vermişdir. Mötədil respublikaçılar Almaniya ilə münaqişədən qaçmağa çalışırdılar. Terri əmin idiki Fransada müstəmləkə müdaxiləsi (ekspansıyası) daha çox xeyir gətirəcək və bu səbəbdən həmin məsələnin birinci dərəcəli hesab edirdi. Hökumət başçısı olanda da o, bu ruhda hərəkət edirdi. Onun dövrundə fransızlar Tunisi, Tonkin və Annamı tutaraq, cənub-qərb və ekvatorial Afrikada mülklərini genişləndirdilər və Madakasqarın işğalına başladılar. Lakin müstəmləkə müdaxiləsinin miqyaslarının böyüməsi, qüvvələrin həddindən artıq dağıdılmasında, təcavüzkar Almaniyanın qarşısında iqtisdi və hərbi cəhətdən zəifləməsində Terrini günahlandırdılar. Bu cür qorxunu 1886-1887-ci illərdə baş vermiş hərbi təhlükə daha da gücləndirdi. Bu Fransada revanşçı və militarist əhval ruhiyyəsinin sıçrayışını oyandırdı ki, bunun əsasında da mülkiyyətçi hərəkatı yetişdi.

Respublikaçı hökumətlərini xarici siyasətini tənqidindən başlayan milliyətçilər tədricən üçüncü respublikanın konstitusiya əsaslarının inkarına keçdilər. Xüsusilə onlardan dövlət hakimiyyətinin və milli birliyin zəiflədilməsi faktorunun nəzərdən keçirərək parlamentarizi günahlandırırdılar. Onlar konustusiyanın icra hakimiyyətinin 1848- ci il prezident respublikası nümunəsində gücləndirilməsi məqsədilə yenidən baxılmasını tələb etməyə başladılar.

Dövlət hakimiyyətini möhkəmləndirməyə malik “güclü şəxsiyyət” rolunda millətçilər Bulanjeyə üstünlük verdilər. Bir çox müharibələrin veteranı, ordu problemləri lə mübarizə aparan şəxş, göruşlərinə görə respublikaçı radikalların dəstəyini qazanmışdı. 1886-ci ildə Klemansonun təklifi ilə general Bulanje hərbi nazir vəzifəsini aldı. O, onagörə məşhur oldu ki, silhlanmada sürətli tüfəngin istifadəsinə, hərbi qulluğun müddətinin 5 ildən 3 ilə endirilməsinə, siravi və unter – zabitlərin məişət şəraitinin yaxşılaşdırılmasına və ruhanilərin orduya çağrılmasına nail oldu. 1887-ci ildə onun Almaniyanın ünvanına verdiyi sət bildirşlər onu sonda kütlənin sevimlisinsə - “revanş generalına” çevirdi. Mötədil respublikaçılar onu nazir vəzifəsindən uzaqlaşdıraraq Klermon-Ferrando ordu hissəsini idarə etməyə göndərdilər . Onu yola salmaq üçün vağzala çoxlu sayda parisli toplaşmışdı.

Müxtəlif siyasi qüvvələr populyar ( məşhur) generalın ambisiyaları ilə oynayırdılar. Radikallar onun köməyi ilə hakimiyyətə gəlmək istəyirdilər. Çox keçmədən Bulanjenin şəxsən hakimiyyətə gəlmək istəyi və avtorital liderə xas hərətləri radikalları qorxutdu. Monarxiya tərəfdarları hərbi diktatorun əli ilə monarxiyanı bərpa etmək istəyidilər.

Aparıcı rolu Vətənpərvərlər liqası olan, milliyətçi hərəkat Bulanjenin dayağı idi.1882-ci ildə yazıçı Pol Derulend və tarixçi Anri Marten tərəfindən əsası qoyulmuş vətənpərvərlik ittifaqı ilk növbədə Almaniyaya qarşı qalibiyyətli müharibə marağını əsas tutaraq məqsədi millətin fiziki və mənəvi gücünü inkişaf etdirmək idi. 80-ci illərin ortalarında Vətənpərvərlər ittifaqının 180 mindən artıq üzvü vardı.

1888-ci ilin martında Bulanje ordudan azad olundu və siyasi mübarizəyə qoşuldu. Parlamentə seçildikdən sonra o, konustitusiaya yenidən baxılması təklif irəli sürdü. Parlamentin buraxılması, konustitusiyaya yenidən baxılması və müəsisələr məclisinin çağırılması şüarları altında Bulanje 1888-ci ilin II yarısında keçirilən bütün əlavə seçkilərdə iştirak etdi. Və faktiki olaraq bütün rəqiblərini geridə qoyurdu. 1889-ci ilin yanvarında millətçi kütlələri dövlət çevrilişini həyata keçirməyə hazır idilər. Payıza təyin olunmuş ümumi seçkilər gözləmədən Derulend Bulanjeni dərhal hakimiyyəti ələ almağı üçün yalvarırdı. Lakin Bulanje onun məsləhətinə qulaq asmadı.

Generalın yubanmasından respublikaçılar istifadə etdi. Onlar partiya siyahılarına görə səsverməni ləğv etdilər və eyni namizədin dəfələrlə namizədliyinin irəli sürülməsini qadağan edərək seçki qanununu dəyişdirdilər. Hökumət guya generalın hazırlanan həbsi barədə şayiələr yaydı. 1889-cu il aprelin 1-də Bulanje, Brüsselə qaçdı. O vaxtdan Bulanjistlik sürətlə gerilədi.

Senat avqustda ali məhkəmə rolunda iclas keçirərək Bulanjeni qiyabi qovulmağa məhkum etdi. Millitçilər hərəkatının başçıları da məhkəmə qaydası ilə təqib olunurdular. Vətənpərvərlər ittifaqı buraxılmışdı, Derulend isə cərimələnmişdi. 1889-cu il sentyabr ayında keçirilən ümumi seçkilərdə bulanjistlər palataya yalnız 38 nümayəndə keçirə bildi. Bulanjizm tarixinə nöqtəni generalın özünə 1891-ci ildə sui-qəsd hadisəsi qoydu.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin