Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə



Yüklə 0,52 Mb.
səhifə88/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   84   85   86   87   88   89   90   91   ...   138
Yeni tarix müh

Klemansonun kabineti. 1906-cı ilin mayında keçirilən ümumi seçkilərdə, seçiciləri “sol” respublikaçı partiyalarının yeritdiyi siyasəti bəyəndilər və partiya deputat yerlərindən hiss ediləcək qədər artım aldılar. Ən maraqlısı o idi ki, 247 mandat qazanan radikallar (bu onlar üçün 174 mandatı olan sağ müxalifət üzərində əhəmiyyətli dərəcədə üstünlük qazandırdı) artıq nə sosialistlərin, nədə respublikaçıların dəstəyinə ehtiyac duymadan ölkəni müstəqil idarə etmək imkanını əldə edirdilər.

Radikallar Klemansonun başçılıq etdiyi kabineti hakimiyyətə gətirdi. Keçmişdə mötədil respublikaçıların hakimiyyəti dövründə radikal müxalifətin fəal iştirakçısı ömrundə ilk dəfə 65 yaşında 1906-cı ilin martında daxili işlər naziri vəzifəsini tutaraq hökumətə daxil oldu. Ölkədə kilsənin dövlətdən ayrılması qanununun həyata keçirilməsi ilə yaranan çətinliklər, eləcə də inqilabi sindikalizmin böyüməsi ilə əlaqədar siyasi gərginliyin artması, onu daxili işlər nazirliyini öz nəzarəti altında saxlamağa vadar etdi.

XX əsrin əvvəlində həmkarlar hərəkatı qulluqçu və fəhlələrin vəzifə maraqlarının müdafiəsi çərçivəsindən çox uzqlarda qaldı. Əmək birjası federasiyası 1895-ci ildə yaranmış Ümumi əmək konfederasiyasına (ÜƏK) qoşuldu. Vahid həmkarların ittifaqı mərkəzi anarxo-sindikalizm adını alan, anarxizm və sindikalizmin qarışığını qəbul etdi. 1906-cı ilin oktyabrında ÜƏK qurultayında qəbul edilən Amyen xartiyası, onun manifesti oldu. Orada həmkarlar ittifaqlarının sinfi mübarizəyə münasibətdə sadiqliyindən və “yalnız kapitalın ekspropirasiyası hesabına mümkün olan tam azadlıqdan” bəhs olunurdu. Ümumi tətil mübarizənin əsas vasitəsi idi. Həmkarlar ittifaqı isə nəinki istismarçılara qarşı müqavimət silahı, həm də gələcəkdə istehsalın təşkili və bölüşdürülməsi demək idi. Nəhayət, xartiya həm ideoloji, eləcə də təşkilati cəhətdən partiyalardan asılı olmağını bəyan edirdi.

1900-cu illərin ortalarında ÜƏK hesabına əmək münaqişələri sərtləşmiş xarakter aldi. Artıq tətil iştirakçılarının fabrikanın inzibatı işçilərinə, “ştreykbexerlərə və asayış işçilərinə” qarşı zorakılıq hərəkətləri, əmlakın qəsdən xarab edilməsi və s. təsadüfi xarakter daşımırdı.

Tətillər cəmiyyətin maraqlarına toxunduğu vaxt, Klemanso hər dəfə sərtlik nümayiş etdirir, tətil keçirilən yerlərə qoşun yeridirdi. 1906-cı ilin aprelində də belə oldu, mədən şəhərlərinin küçələrinə və qəsəbələrinə 40 min tətilçiyə qarşı 20 min əsgər yeridildi. 1907-ci ilin martında Klemanso Parisin böyük hissəsini iki gün işıqsız qoyan elektriklərə elan etdi ki, elektrikin verilməsini hərbi texniklərin gücü ilə təmin edəcək və bununla da belə elektriklərin tətili dayandırmalarına nail oldu. 1908-ci ilin yayında Dravey və Vilnyev-Sen-Jorjda qum karyerlərin fəhlələrinin tətili və nümayişi istehkamların tikilməsi, jandarm və qoşunla olan toqquşma ilə müşayiət olunurdu. Nəticədə bir neçə nəfər öldürüldü və onlarla insan yaralandı.

Tətilçilərə qarşı keçirilən repressiv tədbirlər sosialistlərdə mənfi reaksiya yaratdı. “Sol blok” tamamilə dağıldı və Birləşmiş sosialist partiyası soldan radikallara qarşı müxalifətə keçdi.

Bununla belə Klemanso hökuməti az qala Üçüncü respublikanın tarixində ilk dəfə demokratiyanı müdafiə edərək və klerikallıqla mübarizə apararaq, bir sıra iri sosial islahat keçirməyi vəd edirdi. Lakin sosialistlərin dəstəyindən məhrum olmuş anarxo-sindikalistlərə mübarizəyə başı qatışaraq, o bu proqramın həyata keçirilməsində irəli gedə bilmədi. Pensiya haqqında qanun layihəsi ancaq 1910-cu ilin martında qəbul olundu. Proqressiv gəlir vergisi haqqında qanun layihəsinin taleyi daha da acınacaqlı oldu. 1907-ci ilin fevralında baxılmaq üçün qəbul edilmiş bu layihə, qanun qüvvəsi almaq üçün 10 il bir parlament komissiyasından digərinə köç etdi. Hökumət yalnız 1908-ci ilin iyulunda qanun qüvvəsinə minmiş, Qərb dəmir yolları kompaniyasının alınması layihəsinə səs verməyə nisbətən tez nail oldu.

Klemansonun anarxo-sindikalistlər və sosialistlərə qarşı durduğu, mötədil islahatçılıq və dəyişkənliklə birləşən sərtlik, antiklerikal qanunvericiliyin həyata keçirilməsində onun tərəfindən özünü biruzə vermişdir. Bu isə ona sağ respublikaçıların dəstəyini təmin etmişdir. Bu dəstəyi qəbul edən Klemanso siyasi tərəfdarlarını çox təəccübləndirdi və bəyan etdi ki, “respublika partiyasından” kimisə kənar etməyə özünü haqlı saymır. Onun sözləri sol blokun mənəviyyatına qarşı idi və siyasi həyatda “mərkəzəqaçan” tendensiyanın güclənməsinə şəhadət yaradırdı.

“Kombizmin” tərəfdarlarının güclü mövqedə olduğu radikallar partiyası bir müddət yeni əzintilərə müqavimət göstərdi. Lakin tədricən radikalların köhnə nəsli – yorulmaz romantiklər, ideoloq və müxalifətçilər partiyadakı birincilik rollarını hakimiyyətə, vəzifə və real işlərə susamış gənc proqmatiklərə verdilər.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin