Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Fransa Dünya müharibəsinin astanasında



Yüklə 0,52 Mb.
səhifə89/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   ...   138
Yeni tarix müh

Fransa Dünya müharibəsinin astanasında. I Dünya müharibəsindən əvvəlki son illərdə Fransada özünəməxsus vəziyyət yarandı, parlament seçkiləri daha çox “sollaşır”, hakim kabinetlərin siyasəti isə “sağa doğru gedirdi”. Əgər 1906-cı ildə sosialistlər daxil olmaqla “sol partiyalar” deputatlar palatasında 411 yerə, malik olsalar da, 1910-cı ildə 459, 1914-cü ildə isə 470 yerə malik oldular. Sosialist partiyaları birliyinin seçki uğurları xüsusilə təsirli idi, onlar 8 il ərzində nümayəndəliklərini iki dəfə artırdılar – 1906-cı ildə 54 mandatdan 1912-ci ildə 102 mandata qədər. Lakin onun “burjuaziya” hökümətləri ilə əməkdaşlıqdan imtina etməsi, radikalları sol respublikaçılar arasında sağda müttəfiq axtarmağa vadar edirdi. “Sol blokun” dağılmasından sonra bu yolla sabit sol mərkəz çoxluğu yarandı və hakimiyyətdə olan kabinetlərin siyasi tərkibi buna müvafiq oldu.

1909-cu ildə Klemanso hökumət başçısı yerini müstəqil sosialist Aristid Briana verdi. Keçmişdə görkəmli sindikalist, ümumi tətil tərəfdarı, Brian Milyeran kimi, islahatçılığa meylli idi. Bu da siyasətdə ona parlaq siyasi gələcək təmin etdi. Onun kabineti radikallar, sol respublikaçılar və müstəqil sosialistlərdən təşkil olunmuşdur. Daxili siyasət sahəsində Brian Klemansonun təyin etdiyi kursu həyata keçirirdi. Onun dövründə Klemanso tərəfindən başlanan bir neçə islahat sona çatdırılmış, əvvəllər tez-tez sui istifadəyə zəmin yaradan konqreqasiyaların ləğvi məsələsi yumşaldılmışdı. Əvvəlki kabinet kimi Brian da anarxo-sindikalistlərə qarşı sərt mövqe tutmuşdu. 1910-cu ilin oktyabrında dəmiryolçulat ümumi tətil elan edəndə o, onları hərbi vəziyyətə keçirtdi.

Sol mərkəz çoxluğun tərkibində təxminən 100 deputatı olan sol respublikaçılar tədricən hökumətdə aparıcı mövqelərini özlərinə qaytardılar.

Müharibənin astanasında üç dəfə hökumətin təşkil olunması onların nümayəndələrinə tapşırılmışdı. 1913-cü ildə məhz onların səsləri hesabına Raymon Puankare prezident seçilmişdi. Əsrin əvvəlində artıq əvvəlki kimi “sağ” və “sollara” ayrılmayan parlamentdə, yenidən liberal-mühafizəkar “mərkəzin” yaradılması tendensiyası aşkarlandı.

XX əsrin əvvəlində ictimai atmosferdə açıq-aydın hiss edilən müharibə təhlükəsi bu tendensiyanın katalizatoru idi. Bu Fransa və onun müttəfiqi olan Rusiya ilə birbaşa əlaqəli olan beynəlxalq böhranlar rus-yapon müharibəsi iki Mərakeş və Bosniya böhranları, Balkan müharibələri və s. idi. Fransızlar Almaniyada ordu və donanmanın iri miqyaslı silahlanma proqramlarını ölkələrinin təhlükəziliyinə qarşı atılmış çağırış hesab edirdilər. Odur ki, ölkənin müdafiəsinin möhkəmləndirilməsi məsələsi birinci plana keçdi.

1898-1905ci illərdə xarici işlər naziri vəzifəsini daşıyan görkəmli siyasətçi və diplomat Teofil Delkassenin fəaliyyəti nəticəsində Fransanın beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə gücləndi. O, 1900-cü ildə İtaliya ilə gizli razılaşmanın bağlanmasına nail oldu, bu isə Almaniya ilə olan münasibətlərdə çat verdi və Böyük Britaniya ilə davam edən çoxillik düşmənçiliyə son qoydu. 1904-cü ildə İngiltərə ilə müstəmləkə məsələləri haqqında razılaşma bağlandı ki, bu razılaşma iki ölkə arasında dostluq erasının əsasını qoydu və “səmimi saziş” (Antanta) müqaviləsi bağlandı. Delkasse çox çalışdı ki, 1907-ci ildə Böyük Britaniya və Rusiya arasında da eyni müqavilə bağlandı, bu da Üçlər ittifaqının yaranmasına səbəb oldu.

Böyük Britaniyanın formal ittifaq bağlamaq istəməməsi, eləcə də Bosniya böhranı dövründə Rusiya ilə münasibətlərin sərinləşməsi, fransız diplomatiyası üçün ciddi problemə çevrildi. 1911-ci il Mərakeş böhranı dövründə hökumət Almaniya ilə kompromis bağladı və Almaniya Tropik Afrikadan Mərakeşə qarşı olan iddialarına kompensasiya olaraq Fransanın xeyrinə əl çəkdi.

İdeoloji fikir ayrılığı Fransaya müharibə təhlükəsinə qarşı real proqramı irəli sürməsinə mane oldu. Anarxo-sindikalistlər və sosialistlər inqilab istisna olunmaqla, müharibə variantından başqa seçim təsəvvürlərinə belə gətirmirdilər. Misal üçün, Ged hesab edirdi ki, nə vaxta qədər ki, kapitalizm mövcuddur, onun təhlükəsinə qarşı mübarizə aparmağa ehtiyac yoxdur. Məşhur piblisist Qustav

Erve ordunun komplektləşdirilməsinə qarşı, inqilaba çevirən ümumi antihərbi tətillə cavab verməyə çağırırdı. Hətta Jores də müxtəlif ölkələrin fəhlələrinin razılaşmış hərəkətlərindən başqa, dövlətlərin müharibəin qarşısını almaq imkanını görmürdü.

Fransanın müharibəyə hazırlaşdırılması ilə əlaqədar olan işin əsas ağırlığı, bərabər səviyyədə “sağ” və “solların” etimadını qazanan, əsas hökumət partiyalarından birini bütün üstünlüklərinə malik olan sol respublikaçıların üzərinə düşdü. Dreyfusun işinə baxılan vaxtdan bilərəkdən kölgədə qalan, bununla da özünə tələsik və düşünülməyən addımlara meyli olmayan ehtiyatlı siyasətçi Puankareni yüksək dövlət vəzifəsi kürsüsünə irəli sürdülər. Bundan əlavə, onun Fransanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi çağırışı fransızlarda daha çox inam yaradırdı, nəinki sülh tərəfdarları tərəfindən müharibənin qarşısını almaq üçün irəli sürülmüş fantastik planlar.

Puankarenin baş naziri vəzifəsində olması Fransanın silahlı qüvvələrinin gücləndirilməsinə yönəldilmiş vacib tədbirlərə əlamətdar idi. Sosialistlərin müxalif çıxmasına baxmayaraq parlament geniş hərbi-dəniz proqramını bəyəndi. Bundan əlavə hərbi aviasiya yaratmaq qərarına gəldilər. Əvvəllər həyata keçirilmiş tədbirlərdə bərabər-ordu hissələrinin artilleriyasının gücləndirilməsi, 1911-ci ildə general Joffrin ordunun baş komandanı vəzifəsinə təyin olundu. Bu Fransa üçün hərbi hazırlığının ciddiliyindən xəbər verirdi. Prezident olduqdan sonra, Puankare orduda xidmətin müddətini 2 ildən 3 ilədək qaldırdı, bu isə dinc vaxtda onun sayını 540 mindən 700 minə qədər artırmağa imkan verirdi. Əsasən Puankarenin səyləri nəticəsində Fransa digər Antanta dövlətləri ilə sırf müttəfiq münasibətləri qurdu. 1913-cü ildən Böyük Britaniya ilə hərbi əməkdaşlıq işləri yoluna qoyuldu (hərbi təlimlərin keçirilməsi, baş ştabların məsləhətləşməsi). Rusiya ilə münasibətlərdəki anlaşılmamazlıqları da aradan qaldırmaq mümkün oldu. Puankare iki dəfə 1912-1913-cü illərdə baş nazir və prezident vəzifələrini tutarkən Rusiyaya səfər etmişdi. Onun Rusiyaya üçüncü səfəri I Dünya müharibəsindən bir az əvvəl 1914-cü ilin iyulunda baş verdi.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin