Müqayisə. Əgər k<=ki olsa, 4-cü mərhələyə keçməli.
İrəli hərəkət. i:=i+1 qəbul edib 2-ci mərhələyə keçməli.
Açarlar bərabərdirmi? Əgər k=ki, Ri-ni cavab kimi çıxarmalı, əks halda Axtarılan yazı yoxdur məlu matını çıxarmalı.
Son. Alqoritmi bitirməli.
Binar axtarış metodu Nizamlanmış cədvəldə ən səmərəli axtarış metodlarından biri binar axtarışdır. Buna həmçinin dixotomik və ya ikiyə bölməklə axtarış da deyilir. Binar axtarış metodunun mahiyyəti belədir. Nizamlanmış yazılar 2 bərabər hissəyə bölünür. Verilmiş k açarı ortadakı yazının açarı ilə müqayisə olunur. Nəticədə sonrakı axtarışın cədvəlin hansı yarısında aparılacağı müəyyənləşdirilir. Sonra ikiyə bölmə və müqayisə prosesi seçilmiş hissə üçün davam etdirilir. Beləliklə log2 N addımdan sonra axtarış uğurla və ya uğursuz qurtarır. Bu metodda bəzən loqarifmik axtarış metodu da deyilir.