Mühazirə 1 Giriş Əsas anlayışlar. "Məlumat"



Yüklə 0,95 Mb.
səhifə1/54
tarix02.05.2022
ölçüsü0,95 Mb.
#56812
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   54
mühazirə struktur


Mühazirə 1

Giriş

Əsas anlayışlar.
“Məlumat”, “informasiya”, “verilənlər”, “xəbər”, “fakt” və “bilik”daşıdıqları mənaya görədanışıqdilində istifadələrinə uycun olur.

«Məlumat» (xəbər) və «informasiya» anlayışlarını bir-biridən fərqləndirmək üçündanışıqdilindəki bu ifadəyə nəzər salaq: «Bu məlumat mənə heç bir informasiya vermir.» Bu ifadə informasiya və məlumat anlayışları arasındakı aşacıdakı əlaqəni əks etdirir:məlumat özündə informasiya daşıyır.

Informasiya və məlumat arasındakı əlaqə heç də həmişə qarşılıqlı-birmənalıdeyildir. Eyni informasiya müxtəlif məlumatlarla ötürülə bilər və onların arasında heç bir informasiya dəyərinə malik olmayanlarıda ola bilər. Eləcə də, eyni bir məlumatı qəbul edən müxtəlif istifadəçilərin maraqdairəsindən asılı olaraq fərqli informasiya kimi qəbul oluna bilər. Məsələn, təyyarə qəzasının baş verməsi xəbəri həlak olanların qohumları üçün bir informasiya, hava yolları şirkəti üçün isə başqa bir informasiya daşıyır. Eyni məqalədən hər bir oxucu özünün maraqdairəsinə uycun olaraq müxtəlif informasiya götürür.

Belə demək olar ki, müxtəlif şəkildə interpretasiya olunan bir məlumat müxtəlif informasiya ötürə bilər. Buna əsaslanaraqdemək olar ki, interpretasiya qaydası məlumatla informasiya arasındakı əlaqədə həlledici rolu oynayır.

Baxılan məlumat üçün interpretasiya qaydası adətən məlumatlar çoxlucu üçün tətbiq edilən ümumi qaydaların xüsusi halı olur.

Beləliklə, məlumatın köməyi ilə konkret subyekt, obyekt, mühit, hadisə, və s. haqqında bilik əldə edilir.

Məlumat vasitəsilə əldə qazanılan biliklər artımına informasiya (latınca informatio)deyilir. Informasiyanın kəmiyyət baxımından təyini Şennon tərəfindən təklif edilmiş elə bu fikrə əsaslanır.

«Verilən» anlayışını belə bir nümunə ilə izah etmək olar. Fərz edək ki, müşahidəçi hər hansı obyektin vəziyyəti haqqında məlumatı toplayıb və onu müəyyən formada yaddaşında saxlayır. Bu halda deyilir ki, müşahidəçi yaddaşında obyektin vəziyyətini əks etdirən verilənlər saxlayıb.

Beləliklə, verilənlər - saxlamaq, emal etmək və ötürmək üçün müəyyən formada toplanmış və qeyd olunmuş məlumatdır. Ingiliscə verilənlər sözünü ifadə edən «data» termini latınca «datum» (fakt) sözündən yaranmışdır. Buna baxmayaraq verilənlər bəzən konkret və ya real fakta uycun gəlməyə bilər. Verilənlər qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışlarla da ifadə edə bilərlər. Odur ki, veriləndedikdə bizim üçün əhəmiyyətli olan istənilən hadisə və ya fikrin strukturlu təsviri başadüşülür.

Ümumiyyətlə, verilənlər konkret ünsiyyət vasitələri ilə (məsələn,dil, şəkil və ya video vasitəsilə) konkretdaşıyıcıda (məsələn,daşda, lövhədə, kacızda, elektron daşıyıcıda və s.) qeyd olunur. Zaman keçdikcə verilənlərin təsvir olunması üsulları vədaşıyıcıları təkmilləşmişdir (məsələn, ibtidai insanların macara rəsmləri, papirus yarpacı üzərində yazılar, daş özərində qədim yazılar və rəsmlər, və s.). Əksər hallarda verilənlər təbiidildə kacız üzərində qeyd olunur. Kompüterdədaşıyıcı kimi maqnitdaşıyıcıdan (lent,disk, kart və s.) çevik optikdisklərdən, fləş yaddaşdan və s. istifadə olunur.

Verilənlər ümumi halda aşacıda qeyd olunmuş xarakteristikalarla təyin olunur:


  • verilənlərin adı

  • qiyməti

  • tipi

  • strukturu

Verilənin adı onun semantikasını (mənasını) ifadə edir. Verilənin qiyməti isə verilənin daşıdığı məna ilə xarakterizə edilir. Faktları bir-birindən ayırmaq üçün onları qiymətləndirmək lazımdır. Verilənlər bazalarındada verilənlər və onların semantikası əksər hallarda ayrı-ayrı saxlanır. Bu hal verilənlərin səmərəli axtarışını və emalını təşkil etməy imkanı yaradır.

Verilənlərin tipi xarakteristikası əsasən proqramlaşdırmada istifadə olunur. Qeyd edək ki, proqramlaşdırmada verilənləri həmçinin təsvir formasına, uzunlucuna, say sisteminin əsasına görədə xarakterizə edirlər.

Verilənlər sadə informasiya vahidi - bitdən başlayaraq fayl və fayllar sisteminə qədər müxtəlif mürəkkəblikdə və təşkil səviyyəsində ola bilərlər. Verilənlərin strukturunu onların ala biləcəyi mümkün qiymətlər çoxlucu, təşkil xarakteri, üzərində aparıla bilən əməliyyatlar toplusu əks etdirir. Verilənin strukturu hər bir informasiya elementinin başlıca və ümumi xarakteristikasıdır.

Verilənlərin struktur xarakteristikasına iki cəhətdən baxılır:



Verilənin məntiqi strukturu onun kompüterdən kənardakı modeli və ya təsviridir. Verilənlərin məntiqi strukturunun müəyyənləşdirilməsi, başqa sözlə, verilənlərin əlverişli formada təsviri və onların strukturlaşdırılması verilənlər bazalarının layihələndirilməsinin əsasını təşkil edir.

Verilənin fiziki strukturu informasiyanın kompüterin yaddaşında yerləşdirilməsinin struktur sxemini təyin edir. Ümumi halda verilənlərin fiziki və məntiqi strukturları bir-birindən fərqlənə bilər.

«Verilənlər» və «informasiya» məna baxımından bir-birinə çox yaxın anlayışlardır. Lakin onlar arasındakı fərqi bilmək lazımdır. Verilənlər üzərində əməliyyat aparılaraq informasiya alınır. İdarəetmə üçün qərarların qəbul edilməsində əsasən bu üsulla alınan informasiyadan istifadə olunur. Müxtəlif səviyyəli verilənlər ola bilər. Məsələn, müəssisənin bir ayda istehsal etdiyi ümumi məhsulun miqdarını göstərən verilənlər ayrı-ayrı məhsul növlərinə görə aylıq istehsal olunan məhsul miqdarlarının verilənlərinin cəmindən, yəni həmin verilənlərin aqreqasiyasından alınır. Aqreqasiyanın müəyyən səviyyəsində alınan verilənlər əhəmiyyət dərəcəsinə görə informasiya xarakterli ola bilərlər. Beləliklə, müxtəlif əhəmiyyətlə informasiya almaq üçün verilənləri emal etmək lazımdır. Buna görə də ,əldə olunmuş hər bir informasiyanın itirilməməsi üçün informasiya sistemi verilənlər bazasına malik olmalıdır. Aqreqasiya və müqayisənin aşacı səviyyəsini verilənlər, yuxarı səviyyələrini isə informasiya əhatə edir.

Çox vaxt «verilənlər» və «informasiya» terminləri nisbi olaraq sinonim kimi işlədilir, yəni onlar arasında göstərilən fərqlər nəzərə alınmır. Bizdə sonrakı mülahizələrimizdə bu xətti tutacacıq. Bunun səbəbi budur ki, kompüterdə emal olunan və saxlanan verilənlərin informasiyadaşıyıb-daşımaması emal prosesi üçün əhəmiyyəti kəsb etmir. Nəticəvi verilənlərin informasiya yükü isə istifadəçi maracından asılı olaraq qiymətləndirilir.

«Bilik» anlayışıda ifadə etdiyi mənaya görə məlumat, informasiya və verilənlər anlayışlarına yaxındır. Biliyi digərlərindən ayıran əsas cəhət onun müəyyən kontekstlə bağlı olması və həmin kontekstdə müəyyən semantika (məna)daşımasıdır. «Bilik» anlayışından daha çox süni intellektdə, eləcə də, ekspert sistemlərində geniş istifadə olunur.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin