Mühazirə 1 Giriş Əsas anlayışlar. "Məlumat"


Simvol tipli verilənlərin təsviri



Yüklə 0,95 Mb.
səhifə4/54
tarix02.05.2022
ölçüsü0,95 Mb.
#56812
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   54
mühazirə struktur

Simvol tipli verilənlərin təsviri.

Müasir kompüterlər yalnız rəqəm tipli informasiyandeyil, həmçinin hərflərdən və işarələrdən ibarət olan simvol tipli informasiyada emal edir. Kompüterdə həll olunan plan, iqtisadi, informasiya-məntiqi, uçot-hesabat, idarəet­mə və modelləşdirmə məsələləri simvol tipli verilənlərlə xarak­te­ri­zə olunurlar . Kompüterdə bu tip informasiyanın təsviri üçündəyi­şən uzunluqlu sözlər tələb olunur. Simvol tipli infor­masi­ya­nın kompüterədaxil edilməsi, xaric edilməsi və emalı hesablama nəticələrinin mətn, cədvəl, qrafik şəklində alınmasına, lazımi izahatlar, başlıqlar verilməsinə imkan yaradır.

Ümumi vəzifəli kompüterlərdə simvol verilənlərin təsviri üçün beynəlxalq miqyasda qəbul olunmuş


  • EBCDIC (Expanded Binary Coded Decimal Interchange Code – informasiya mübadiləsi üçün genişləndirilmiş ikilik kodlaşdırılmış kod)

  • DKOI (onun rus hərfləri ilə genişləndirilməsindən ibarət olan -dvoicnıy Koddlə Obmena Informaüiey)

kodundan istifadə olunur. Fərdi kompüterlərdə və mik­ro­prosessor sis­tem­lərində simvol veri­lən­lə­rin təsviri üçün ASCII (American Standart Code for Information Interchange – Infor­ma­siya Mübadiləsi üçün Amerika Standart Kodu) kodun­dan istifadə olunur. Beynəlxalq miqyasda qəbul olunan bu koda milli hərfləridaxil etməklə genişləndirmək olur.

Kodların hamısında simvollar 8 mərtəbəli (1 bayt) ikilik kodla təsvir olunur. Bu kodlar vasitəsilə 256-ya qədər müxtəlif simvolları kodlaşdırmaq olar. Bununla da latin əlifba­sından başqa bir neçədigər əlifbanı kodlaşdırmaca imkan yaranır.

Dünya miqyasında Milli əlifbaların hamısının ASCII kodu ilə kompüterdə təsviri mümkün deyildi. Odur ki, 2000-ci ildən başlayaraq simvol tipli verilənlərin təsviri üçün 2 bayt yer ayıran UNİCOD (universal kod) adlanan standart koddan istifadə edilir. Buda 32768 sayda müxtəlif simvolları təsvir etməyə imkan verir.

Simvol tipli verilənlər yalnız simvol tipli konstanta (qiymət) ola bilər, bu qiymət istənilən simvol ola bilər.

A : = ‘ C ‘;

Strukturlar üzərində yalnız bir əməliyyat aparmaq mümkündür. Birləşdirmə əməliyyatına baxaq.

‘C’| ‘B’= ‘CB’

Lakin simvol tipli verilənlər müqayisə və mənsubetmə əməliyyatlarında operand kimi iştirak edə bilərlər. Əməliyyat zamanı istifadə edilən kəmiyyət – operand adlanir.

Mənsub etmə :

M : = ‘N’

Müqayisə :

‘L’= ‘P’ False

‘A’ < ‘M’ True

‘B’ < ‘F’ True




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin