Verilənlərin struktur təsnifatı
Verilənlərin strukturu anlayışı aşağıdakı suallara cavab verir :
Verilən kompüterdən kənarda hansı formadadır (məntiqi struktur);
Verilən kompüterdə hansı formada təsvir olunurlar (fiziki struktur);
Verilənlər hansı qiymətlərə malik ola bilər;
Verilənlər necə emal olunurlar.
Verilənlərin bir neçə xarakteristikası mövcuddur. Ən vacibi və digər xarakteristikaları təyin edən struktur xarakteristikasıdır. Ən sadə strukturdan - bitdən başlayaraq ən mürəkkəb struktur olan fayl, baza bütün bunlar verilənlərin strukturudur.
Verilənlərin strukturu təsvir olunma və saxlanma mühitinə görə iki sinifə bölünürlər :
Fayl ( xarici yaddaş ) ;
Əməli ( əməli yaddaş );
Strukturun elementlərin sayını və elementlər arasındakı əlaqə strukturları aşağıdakı siniflərə bölürlər:
Strukturların elementlərinin yaddaşda yerləşmə xarakterinə görə onları iki yerə bölürlər :
Xətti struktur ;
Qeyri – xətti struktur.
Verilənlərin strukturuna fiziki və məntiqi baxış mövcuddur. Fiziki baxışda verilənlərin kompüterdəki strukturuna, məntiqi baxışda verilənlərin kompüterdən kənar strukturuna baxılır. Onlar uyğun olaraq fiziki və məntiqi struktur adlanırlar.
Əməli yaddaş (ƏY) ünvanların yaddaş sinifinə aiddir. Yəni ki, yaddaşın hər bir elementi yalnız ona məxsus olan ünvanla təyin olunur.
Şəkil 1.1.Əməli yaddaşın təsviri
ƏY aşağıdakı xarakteristikalarla təyin olunur:
Yaddaş tutumu. Minimal informasiya vahidi kimi bit (ingiliscə binary digit sözündən) qəbul edilmişdir. Bit çox kiçik vahid olducundan, əsas informasiya vahidi kimi 8 bitə bərabər olan baytdan istifadə olunur. Kilobayt (Kb), meqabayt (Mb), qiqabayt (Qb) və terabayt (Tb) kimi vahidlərin baytla ifadəsinə baxaq:
1Kb = 1024 bayt = 210bayt;
|
1Mb = 1024 Kb = 220bayt;
|
1Qb = 1024 Mb = 230 bayt;
|
1Tb = 1024 Qb = 240 bayt.
|
Bu ölçü vahidlərindən ən çox kompüter yaddaşının tutumunu göstərmək üçün istifadə olunur.
Yaddaşa müraciət vaxtı.Bu vaxt yaddaşa müraciət əmri alınanda verilənlərin yazılma və oxunması qurtarana kimi bir periodu təşkil edir. Yaddaşın işləmə sürətinin göstəricisi bununla bağlıdır.
Müraciətin eni. Müraciət eni maşın sözü ilə təyin olunur. Maşın sözü xananın enidir.
Şəkil 1.2. Maşın sözü
Dostları ilə paylaş: |