Məntiqi verilənlərin təsviri. Məntiqi verilənlər yalnız iki qiyməti ("yalan-0" və "docru-1") olducundan, onların kompüterdə təsviri xeyli asanlaşır. Kompüterindaxili kodu ikilik say sistemində olducundan, məntiqi verilənlərin təsviri belə sadə üsulla aparılır:
"Yalan" 0
"Docru" 1
Proqramlaşdırmadillərində isə açağıdakı kimi söz və ya hərflə təsvir olunur:
"Yalan" FALSE və ya F
"Docru" TRUE və ya T
Məntiqi verilənlər müqayisə və mənsubetmə əməliyyatlarında operand kimi verilə bilər və onlar üzərində dörd məntiqi əməliyyat yerinə yetirmək mümkündür:
And – və ;
Not – yox ;
Or – və ya ;
Xor – istisna.
A
|
B
|
A or B
|
A xor B
|
0
|
0
|
0
|
0
|
0
|
1
|
1
|
1
|
1
|
0
|
1
|
1
|
1
|
1
|
1
|
0
|
Göstərici struktur: Yaddaş ünvanları ilə işləyərkən göstərici tipli veilənlərdən istifadə olunur. Göstəricilərdən siyahı strukturlarının proqramlaşdırılmasında geniş istifadə olunur.
Göstəricinin aldığı qiyməti yaddaşın ünvanıdır. Göstərici tiplidəyişən üçün yaddaşda 4 bayt yer tutur. Birinci söz ünvanın sürüşməsi, ikinci isə ünvanın seqmentidir.
Göstərici tiplərlə işləyərkən, boş ünvanı göstərən nil standart sabitindən istifadə olunur.
Siyahı kimi dinamik strukturlu verilənlərin təsvirində hər hansı tipdəyişənin özü yox, onun göstəricisi göstərilir.Siyahı elementləri dinamik olduğundan göstərici adidəyişən olur,dəyişəni göstərən isədinamik olur.
Mühazirə 3
Xətti statik strukturlar.Əsas anlayışlar
Ardıcıl strukturlu verilənlər
Elementlərin məntiqi ardıcıllığı onların fiziki ardıcıllığı ilə ardıcıl strukturlu verilənlərdə uyğun gəlir. Bu tip strukturlara yazı, vektor, cədvəl, massiv misal ola bilər. Statik strukturlarda elementlər arasındakı əlaqələr və onların sayı dəyişmir.
B : array [ 1..7 ,1..4 ] of integer;
Vektor. Birölçülü massiv vektor adlanır. Vektorlarda fiziki strukturla məntiqi struktur eynidir. Vektorların məntiqi strukturu belədir: {B1, B2, B3, B4, B5}
B [ 3] – B massivinin 3-cü elementidir, B[ 3] indeksli dəyişəndir. Dəyişənin indeksli adi dəyişəndən fərqi yoxdur. Vektorda elementin tipi onun elementlərinin qiymətlərini və onlar üzərində aparılan əməliyyatları təyin edir. Əməli yaddaşda B adlı vektor belə yazılır :
ƏY
Şəkil 1.5. Əməli yaddaşda B adlı vektor
Massiv. Massiv verilənlərin elə bir strukturudur ki, sabit ölçülü, bircins, nömrələrinə görə nizamlanmış elementlərdən təşkil olunub. massiv ölçüsü və identifikatoru (adı) ilə təyin olunur.
Massiv hər bir elementi ayrıca bir vektor olan vektordur. Məsələn, vektorlardan ibarət vektor- 2 ölçülü massiv, vektorlar vektorlarının vektoru 3 ölçülü massiv və s.
Massivin fiziki və məntiqi strukturu bir – birindən fərqlənir. Məsələn, ikiölçülü massivin məntiqi strukturu matrisdir. Üçölçülü massivin məntiqi strukturu isə kubdur.
Şəkil 1.6. M(1..4;1..5) adlı massivin fiziki və məntiqi strukturu
Məntiqi strukturu fiziki struktura çevirmək üçün aşağıdakı düsturdan istifadə olunur:
A = Ab + ( i – 1 ) n + j
Burada, n - sütunların sayı, i-sütunun , j-isə sətrin nömrəsi, Ab –massivin birinci elementinin yerləşdiyi yerdir.
Dostları ilə paylaş: |