Mühazirə 1 Hidrogeologiya elminin yaranma və inkişaf tarixi haqqında qısa anlayış


Yeraltı suların əsas tipləri və xarakteristikası. Qrunt suları



Yüklə 420,67 Kb.
səhifə43/72
tarix02.01.2022
ölçüsü420,67 Kb.
#38980
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   72
Hidrogeologiya II tur magistratura mühazirələr

Yeraltı suların əsas tipləri və xarakteristikası. Qrunt suları

Yeraltı suların təsnifata ayrılması onların öyrənilməsini və bu sulardan səmərəli istifadəni asanlaşdırır. Keçmiş SSRİ-də ilk dəfə yeraltı suların genezisinə və yatım şəraitinə görə ümumi təsnifata ayrılmasına 1928-ci ildə Geologiya Komitənin əməkdaşları (A.M.Jirmunski, A.Kozirev) tərəfindən cəhd göstərilmişdir. Sonralar bir çox tədqiqatçılar, o cümlədən F.P.Savarenskiy, O.K.Lange, N.N.Bindeman, A.M.Ovçinnikov və başqaları yeraltı suları müxtəlif əlamətlərə – yatım şəraitinə, əmələ gəlməsinə, kimyəvi tərkibinə, hidravlik xüsusiyyətlərinə və s. görə təsnifata ayırmışlar. Lakin bu təsnifatlardan hər biri yeraltı suların müəyyən xüsusiyyətlərini xarakterizə etdiyi üçün onların vahid bir təsnifatı yoxdur. Yeraltı suların vahid təsnifatının olmaması həm də onların müxtəlif geoloji şəraitdə formalaşması, yer qabığının hər yerində yayılması və dinamikliyi ilə əlaqədardır.

Sulu süxurların xarakterindən asılı olaraq bütün sular iki tipə - «məsamə» və «çat» sularına bölünür. Məsamələrdə (məs. qumlu süxurlarda) olan yeraltı sulara məsamə suları, çatlarda toplanan sulara isə çat suları deyilir.

Hidravliki xüsusiyyətlərindən asılı olaraq yeraltı sular təzyiqli (və ya artezian) və təzyiqsiz (qrunt suları) ola bilər.

Hidrogeoloji tədqiqatların nəticələrinə əsasən suların yatım şəraitinə görə ən xarakterik təsnifatı 1948-ci ildə A.M.Ovçinnikov tərəfindən irəli sürülmüşdür. Bu təsnifata əsasən yeraltı hidrosferin suları üç əsas növə ayrılır:


Yüklə 420,67 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin