Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə61/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   80
Tədqiqat üsulları

Dissertasiyanın  “Giriş’’ində  ilk  növbədə  mövzunun  aktuallığı 
əsaslandırılır.  Sonra  tədqiqatın  məqsəd  və  vəzifələri,  obyekti,  pıedmeti, 
elmi  yeniliyi,  praktik  əhəmiyyəti,  daha  sonra  da  metodları, 
metodologiyası,  fərziyyəsi,aprobasiyası  göstərilir.  Dissertasiyanın 
aktuallağının  izahında  uzun  sözçülüyə,  uzaqdan  başlamağa  ehtiyac 
yoxdur.  Mövzunun  aktuallaığı  konkret  faktlarla,  məntiqi  təfəkkürlə 
əsaslandırılmalıdır.  Başqa  sözlə  desək  mövzunun  əhəmiyyətliliyi, 
vacibliyi  əsaslandırılır.  Mövzunun  aktuallığından  sonra  məntiqi  olaraq 
mövzunun  məqsədi  və  məqsəddən  irəli  gələn  tədqiqatın  vəzifələri  şərh 
olunur.  Daha  sonra  tədqiqatın  predmeti  (hansı  ki,  tədqiqaqatııı 
mövzusunu müəyyənləşdirir) və obyekti (hansı ki, öyrənilən, proses, fakt 


 
 
və  ya  hadisədir)  dəqiq  göstərilir.  Bunların  ardınca  tədqiqatın 
metodologiyası  və  metodları  göstərilir.  Beləliklə  tədqiqatın  tələbinə 
uyğun olaraq daha başqa maddələr də təhlil edilir, açıqlanır. 
Dissertasiyanın  “Giriş”ində  həmçinin  mövzu  ilə  bağlı  yazılmış  əsərlərə 
yığcam  şərh  dəverilir,  onlara  münasibət  bildirilir.  Dissertasiyanın  “Giriş”i 
çox  əhəmiyyətli  və  məsuliyyətli  hissədir.  Belə  ki,  dissertasiyanın 
girişindən  tədqiqatın  məzmunu,  əhəmiyyəti,  səviyyəsi  haqqında 
müəyyən  təsəvvürə  malik  olmaq  olur.  Dissertasiyanın  “Giriş”  hissəsi  4 
səhifədən  çox  olmaya  bilər.Dissertasiyanın  fəsilləri  öz  adına  uyğun 
olaraq  məzmunu  işlənilir.  Adətən  Dissertasiyanın  birinci  fəslində 
mövzunun 
ümumi 
məsələləri, 
öyrənilmə 
səviyyəsi, 
pedaqoji 
ədəbiyyatda,  dərsliklərdə,  tədqiqat  işlərində  məsələnin  qoyuluşu  təhlil 
edilir.  Tövsiyə  edilir  ki,  tədqiqatın  obyekti  və  predmetinin  ölkəmizdə  və 
imkan  olarsa  xarici  ölkələrdə  öyrənilmə  səviyyəsi  də  araşdırılsın. 
Dissertasiyanın  birinci  fəslindən  tədqiqatın  ümumi  cəhətlərini,  əsas 
istiqamətlərini aydın görmək olur.Dissertasiyanın ikinci fəslində isə artıq 
problemin 
konkret 
həlli, 
işin 
əsas 
məzmunu, 
hətta 
onun 
təkmilləşdirilməsi  yolları  da  göstərilə  bilər.  Bu  bölüm  məzmunca  daha 
üstün təhlil xarakteri daşıyır. Konkret fakt, hadisə və təcrübələr əsasında 
araşdırma  aparılır,  aparılmış  eksperimentin,  məktəb  müşahidələrinin 
nəticələri  verilir.Pedaqoji  təcrübələr  təhlil  olunur.  Hər  fəslin  2-dəıı  az 
olmayan  yarım  fəsilləri  olmalıdır.Dissertasiya  işi  “Nəticə”  ilə  sona  çatır. 
Bu  hissədə  tədqiqat  yekunlaşdırılır, aparılmış tədqiqat işlərinin nəticələri 
göstərilir.  Müəllifin  tədqiqat  işinə  gətirdiyi  yeniliklər  qeyd  edilir. 
Problemin  gələcəkdə  daha  da  təkmilləşdirilməsi,  yaxşılaşdırılması  üçün 
təkliflər  verilir.  Yaxşı  olar ki,  nəticə və  təkliflər  bəndlərlə  və yaxud  tezis 
şəklində  konkret  olaraq  göstərilsin.  “Nəticə”  bölməsindən  sonra  istifadə 
olunmuş  ədəbiyyatın  siyahısı  verilir.Dissertasiyanın  ədəbiyyat  siyahısı 
əsas  mətnə  bir  açardır,  hansı  ki,  müəllif  tədqiqatında  ondan  istifadə 


 
 
etmişdir. İstifadə edilmiş ədəbiyyat siyahısı müəyyən mənada tədqiqatın 
elmi 
mədəniyyəti, 
etikası 
deməkdir. 
Ədəbiyyat 
siyahısından 
dissertasiyanın  səviyyəsi,  tədqiqatçının  problemlə  bağlı  məlumatlılığı 
öziiııü  göstərir.  İstifadə  edilmiş  mənbələr  çap  olunduqları  dillərdə 
(əvvəlcə  Azərbaycan  dilində  ədəbiyyat,  sonra  türk,  rus,  ingilis  və  s.) 
əlifba  sırası  ilə,  ərəb  rəqəmləri  ilə  ardıcıl  nömrələnərək  siyahıda 
göstərilir.  Ədəbiyyat  siyahısı  real  olmalıdır.  Əsas  istifadə  edilmiş 
ədəbiyyat  siyahıya  daxil  edilməlidir.  Siyahıda  göstərilmiş  ədəbiyyat 
neçənci  nömrədə  göstərilmişsə  dissertasiyanın  mətnində  istinad  edilmiş 
ədəbiyyat  da  həmin  nömrəyə  uyğun  olmalıdır.  Dissertasiyanın 
yazılışında  mütaliə  edilmiş  ədəbiyyat  da  ədəbiyyat  siyahısına  daxl  ola 
bilər.Dissertasiyanın  “Əlavələr”i  ədəbiyyat  siyahısından  sonra  verilir. 
Əlavələr  dissertasiyanın  əsas  mətninin  bir  hissəsi-  tərkib  hissəsidir  ki, 
onun  əlavə  olaraq  əhəmiyyəti  vardır.  Əlavələr  dissertasiyanın 
məzmununu  tamamlayır.  Dissertasiyanın  məzmununa  ehtiyac  olduqda 
əlavələr verilir. Əlavələr müxtəlif ola bilər. Bu hər hansı bir sənədin üzü, 
hesabat  materialının  bir  hissəsi,  nümunəviplan,  proqram  və  yaxud  bir 
protokol  və  ya  təlimat  və  s.  ola  bilər.  Əlavələr  dissertasiyanın  son 
səhifələridir.  Hər  bir  əlavə  yeni  səhifədə  verilməli  və  vərəqin  üst  sağ 
tərəfində  “Əlavə  1”  ,  “Əlavə  2“  və  s.  yazılır.  “Əlavələr”  çox  olduqda  onu 
ayrıca qovluqda və ya cildlənmiş şəkildə “Dissertasiyaya əlavələr” adı ilə 
də təqdim etmək olar. 
 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin