Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri


Mühazirə 6. Ziyanverici proqramlar



Yüklə 2,49 Mb.
səhifə39/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

Mühazirə 6. Ziyanverici proqramlar

Xüsusi şəkildə proqramlara daxil edilən, kompüterin digər proqramlarına, habelə rabitə kanalları və ya informasiya daşıyıcıları vasitəsilə KSŞ-nin digər qovşaqlarına və kompüterlərinə yayılmaq qabiliyyətinə malik olan ziyanverici proqramlar son dövrlərdə informasiya təhlükəsizliyinə real təhlükə kimi meydana çıxmışdır. Kompüter şəbəkələrində bir kompüterə düşmüş ziyanverici proqramın qarşısı vaxtında alınmadıqda, o, nəzarətsiz olaraq həmin kompüterdən digərlərinə yayıla, böyük şəbəkələrdə isə bu problem “həqiqi epidemiya” xarakteri ala bilər. 


Bu gün bir çox istifadəçilər bu və ya digər şəkildə kompüterə ziyan vuran bütün ziyanverici proqramları kompüter virusları adlandırırlar. Əslində bu belə deyil. Belə ki, elə ziyanverici proqramlar var ki, müxtəlif virus texnologiyalarını istifadə etmələrinə baxmayaraq mahiyyət etibarı ilə onlar virus deyillər. 
Son dövrlərin tendensiyası göstərir ki, hakerlər ziyanverici proqramların yaradılması və yayılmasından qeyri leqal gəlir əldə etmək məqsədi güdürlər. Belə ki, əvvəllər ziyanverici proqramları zövq almaq, özünü nümayiş etdirmək və s. məqsədlərlə yazır və yayırdılarsa, hazırda bu iş bir gəlir mənbəyinə çevrilmişdir. Bu “biznes” aşağıdakı yollarla reallaşdırılır:

  • bank hesablarına giriş əldə etmək üçün bank məlumatlarının oğurlanması;

  • kredit kartlarının nömrələrinin oğurlanması;

  • sonradan dayandırmaq üçün pul tələb etmək məqsədilə DDOS tipli paylanmış şəbəkə hücumlarının təşkili (kompüter reketi);

  • spamların yayılması və kommersiya məqsədilə istifadə üçün troya proksi–serverləri şəbəkələrinin yaradılması;

  • çoxməqsədli tətbiq üçün zombi-şəbəkələrin formalaşdırılması;

  • arzu olunmayan reklam göstərilməsi üçün sistemi köçürən və quraşdıran proqramların yaradılması;

  • pullu telefon nömrələrinə istifadəçidən xəbərsiz zəng edən troya proqramlarının kompüterlərə tətbiqi. 

Araşdırmalar göstərir ki, 2005–ci il ərzində troya proqramlarının sayı təxminən iki dəfə çoxalmış, antivirus proqramlarının həcmi də bir o qədər artmışdır. Ziyanverici proqramların yalnız 5 %-i zövq almaq, 75 %-i pul əldə etmək, qalan 20% isə digər məqsədlər üçün yaradılmışdır. 
Ziyanverici proqramlara aşağıdakılar aid edilir:

  • kompüter virusları;

  • şəbəkə qurdları;

  • troya proqramları;

  • spamlar;

  • haker utilitləri. 




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin