Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri



Yüklə 2,49 Mb.
səhifə40/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

Kompüter virusları
Kompüter virusları kompüterdə çoxalmaq, həmçinin rabitə kanalları, kompüter şəbəkələri və informasiya daşıyıcıları (CD və maqnit disklər və s.) vasitəsilə digər kompüterlərə və şəbəkələrə yayılmaq (ötürülmək) qabiliyyətinə malik olan ziyanverici proqramlardır. 
Kompüter virusları, bir qayda olaraq, ziyankar (məkrli niyyəti olan) proqramçılar tərəfindən hazırlanır və xüsusi şəkildə hər hansı proqramın tərkibinə yerləşdirilərək kompüterin yaddaşına daxil edilir. Belə proqramın yüklənməsi virusun işə düşməsinə səbəb olur. Bundan sonra, viruslar növündən asılı olaraq, kompüterin yaddaşına, yaddaşda olan informasiya resurslarına, yüklənmiş proqramlara və s. yayılır, müəyyən olunmuş vaxtda təyinatı üzrə xəbərdaredici və ziyanvurucu işləri yerinə yetirirlər. 
Qeyd etmək lazımdır ki, əksər hallarda məhz serverlər kompüter viruslarının hədəfinə çevrilir. Bir qayda olaraq, kompüter şəbəkələri, o cümlədən İnternet virusların yayılması üçün potensial vasitə rolunu oynayır. Belə ki, viruslar serverdə olan proqramları yoluxdura, şəbəkə vasitəsilə ona qoşulmuş kompüterlərə (işçi stansiyalara) yayıla və bütün şəbəkəyə ciddi ziyan vura bilər. 
Bəzən kompüter virusu yarandığı ilk anda fəaliyyət göstərmir. Kompüterin yaddaşında və ya proqramlarda “yaşayan” belə viruslar yalnız müəyyən olunmuş vaxtlarda işə düşür. Viruslar emal olunan bütün informasiyaları izləyir və informasiya bir yerdən başqa yerə ötürüldükdə virus da onunla birlikdə yerini dəyişir. 
Ümumiyyətlə, bioloji viruslar canlı orqanizmlərə yoluxduğu kimi, kompüter virusları da kompüterlərə və kompüter proqramlarına yoluxur və onları "xəstələndirir". Kompüterin əməliyyat sistemi, tətbiqi proqramlar, drayverlər, əməli yaddaşlar və s. kompüter viruslarına yoluxa bilər. 
Virusların yayılmasının ən asan yolu yoluxmuş faylların disketlər, CD disklər, kompüter şəbəkələri vasitəsilə köçürülməsidir. Belə ki, virusa yoluxmuş kompüterdə istifadə olunan disket və ya bu disketə yazılan yeni proqram həmin virusa yoluxa bilər. Başqa sözlə, virus daşıyıcısı olan disketin tamamilə "sağlam" kompüterdə istifadəsi və ya bu kompüterə viruslu proqramın yüklənməsi həmin kompüteri də yoluxdurur. 
Kompüter virusları proqram təminatında və yaddaş qurğularında yerləşməsi, KSŞ-də yayılması, fəallaşması üsullarına və vurduğu ziyanın xarakterinə görə fərqlənirlər. 
Kompüter virusları yazılmış informasiyanın və proqramların təhrif olunması, korlanması və ya məhv edilməsi, istifadəçilərin sorğularına sistemin reaksiya verməsi və proqramların yerinə yetirilməsi üçün tələb olunan vaxtın artması. kompüterin düzgün fəaliyyətinin pozulması, disk qurğularının sıradan çıxması və s. kimi ağır nəticələr verə bilər. 
Viruslar bəzən xoşxassəli əlamətlərə də malik ola bilərlər. Məsələn. proqramların yerinə yetirilmə sürəti azala, ekranda simvollar və ya işıqsaçan nöqtələr əmələ gələ bilər. 
Bəzi viruslara inkişaf edən əlamətlər xas olur. Başqa sözlə, "xəstəlik" getdikcə kəskinləşir. Məsələn, aydın olmayan səbəblərdən proqramların həcmi hər istifadə zamanı əhəmiyyətli dərəcədə artır və yaddaş qurğuları dolur. Nəticədə, bu faylların silinməsinə və proqram təminatının məhvinə gətirib çıxara bilər. 
İnformasiya təhlükəsizliyi baxımından kompüter viruslarının müsbət cəhətini də qeyd etmək lazımdır. Belə ki, proqram təminatlarında virusların mövcud ola bilməsi faktı proqram oğurluğunun qarşısının alınmasında yaxşı mühafizəçi rolunu oynayır. 
Bəzən proqramı hazırlayanlar öz proqramlarını və disklərini hər hansı virusla qəsdən yoluxdururlar ki, icazəsiz şəkildə proqramı və ya diski köçürənlər kompüterlərində virusların yayılması problemi ilə qarşılaşsmlar. 



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin