Mövzu: 5 Təbii hadisələr. Təbii amillərin canlı orqanizmlərə təsiri Plan



Yüklə 42,14 Kb.
səhifə1/6
tarix04.04.2023
ölçüsü42,14 Kb.
#93355
növüDərs
  1   2   3   4   5   6
Mövzu 5. Təbii hadisələr. Ekoloji bilik və bacarıqların aşılanması.


Mövzu: 5
Təbii hadisələr. Təbii amillərin canlı orqanizmlərə təsiri
Plan

  1. Sellər

  2. Zəlzələlər və onların təsnifatı

  3. Torpaq sürüşməsi

  4. Hava cisimləri

  5. Həyat bilgisi dərslərində ekoloji biliklərin və bacarıqların formalaşdırılması metodikası



Təbii fəlakət, böyük nisbətdə və ya tamamilə insanların idarəsi xaricində reallaşan, mal və can itkisinə səbəb ola biləcək təhlükəli və ümumiyyətlə böyük diametrli hadisə. Fəlakətin ilk xüsusiyyəti təbii olması, ikincisi can və mal itkisinə səbəb olması bir digəri çox qısa zamanda meydana gəlməsi və son olaraq da başladıqdan sonra insanlar tərəfindən engellenememesidir. Bəzi fəlakətlərin yer üzünün haralarında daha çox olduğu bilinir. Məsələn zəlzələ, uçqun, sel, donma kimi bəzi fəlakətlərin nəticələri zəlzələdə olduğu kimi birbaşa və dərhal ortaya çıxır.Lakin quraqlıqda olduğu kimi bəzilərinin nəticələri isə uzun bir zaman sonra və bilvasitə olaraq görülür.
Statistik təhlil göstərir ki, yer üzərində təbii fəlakətlərin sayı çox yüksəkdir: hər ay 20-50 hadisə qeydə alınır. Keçən əsrin 20-ci illərində 14 güclü qəza hadisəsi baş vermişdir, 80-ci illərdə isə onların sayı 70-ə çatmışdır, yəni 5 dəfə artmışdır.
Dinc, müharibəsiz keçən illərdə iqtisadiyyata və insanların sağlamlığına ciddi zərər vuran fəlakətlərin baş verməsi hava şəraiti ilə bağlıdır. Belə ki, 1970-1996-cı illər arasında baş verən 40 ən ağır faciələrdən 15-i hava şəraiti ilə əlaqədar olmuşdur. Ümumdünya Meteoloji Təşkilatının verdiyi məlumata görə, bu dövrdə 515 min insan ölmüş və ya itkin düşmüşdür, o saydan 300 min nəfər 1970-ci ildə banqladeş üzərindən tropik siklonun keçməsi nəticəsində həlak olmuşdur.
Təbii fəlakətlər arasında sellər daha təhlükəli və daha əhatəlidir. Sellərin yaranması, əsasən, çox güclü leysan yağışların yağması və qar örtüyünün sürətlə əriməsi ilə əlaqədar baş verir. Güclü sel hadisələri Qərbi Avropanın və ABŞ-ın dağlıq rayonlarında, xüsusilə Los-Anceles zonasında, Cənubi Amerikada, Yaponiyada, Orta Asiya, Qafqaz, Karpat dağlarında və başqa yerlərdə müşahidə olunur.
XX əsrdə dünyanın ayrı-ayrı regionlarında yüzlərlə dağıdıcı gücə malik sel hadisləri baş vermişdir. Xüsusilə dəhşətli sel hadisələri 1963-cü ildə buzların əriməsi və sürüşməsi nəticəsində Alatau dağlarının mərkəzi hissəsində müşahidə edilmişdir. Bu zaman selin gətirdiyi bir neçə milyon kub metr həcmində müxtəlif materiallar az vaxtda İssık gölünü doldurmuşdur. 1965-ci ildə Fərqanə vadisində və 1967-ci ildə Şimali Qafqazda əmələ gələn sellər nəticəsində bir neçə milyon kub metr bərk material gətirilmişdir. Həmçinin, 1971-ci ildə Baykal-Amur magistralında dəmir yolları dağıdılmışdır.
Dünyada 1990-1996-cı illərdə 22 faciəli daşqınlar baş verib ki, bunun da hər birində 1000 nəfərə qədər insan tələf olmuş, 1 milyard ABŞ dolları həcmində maddi ziyan dəymişdir. ən dağıdıcı subasma 1991-ci ildə Banqladeşdə olmuşdur. Bu zaman 140 min adam ölmüşdür. Çində 1996-cı ildə daşqınlar zamanı ölkəyə ən böyük ziyan-26,5 milyard ABŞ dolları qədər ziyan dəymişdir. Bu ölkədə ən güclü daşqınlar 1998-ci ildə müşahidə olunmuşdur. Həmin daşqın Yantszı çayında 1954-cü ildən sonra ən dəhşətli daşqın idi.
Mütəxəssislər qeyd edirlər ki, bu və ya digər regionda qısa vaxt ərzində subasmaların təkrar olunması adi hal kimi qəbul edilməlidir. Məsələn, Cənubi Koreyada 1995-ci ilin iyul-avqust aylarında 68 adamın ölümünə və 15 milyon ABŞ dolları maddi ziyana, bir ildən sonra-1996-cı ildə yenidən 67 adamın ölümünə və 1,7 milyard ABŞ dolları maddi ziyana səbəb olan fəlakətli subasmalar baş vermişdir. Bir neçə aydan sonra, su ilə bağlı digər fəlakət- uzunmüddətli quraqlıq bu ölkəni təlatümə gətirmişdir. Başqa bir misal: 13 ay ərzində dekabr 1993-yanvar 1995-ci illərdə Avropanın ən nəhəng çayı olan Reyn çayı iki dəfə daşmışdır.
Fəlakət yaradan daşqınların əksəriyyətinin baş verməsinə güclü, bəzi hallarda isə tropik siklonlarla müşayiət olunan yağışlar, tufan və yə mussonlar səbəb olur.
Dünyanın bir çox ölkələri daşqınların, subasmaların, sellərin təhlükəsini həmişə yaşamalı olurlar. Keçən əsrin 90-ci illərində Afrika fəlakət gətirən daşqınlarla üz-üzə qaldı: 1990-cı ildə Tunisdə, 1991-ci ildə Malavidə, 1994-cü ildə Misirdə, 1993-cü ildə Cənubi Amerikada daşqınlardan yüzlərlə insan ölmüş, yüzlərlə milyon ABŞ dolları zərər dəymişdir. Hətta, quraq regionlarında, məsələn, Yəmənin subasmalara məruz qalmaması istisna deyildir.
XX əsrin son onilliyində baş verən daşqınlar nəinki ümumi ziyana görə, həm də suyun səviyyəsinin qalxmasına, yəni geofiziki xarakteristikaya görə də əvvəlkilərdən dəhşətlidir. Məsələn, Polşada baş verən sonuncu subasması rəsmi statidtika, ölkənin minillik tarixində ən nəhəng və ən dəhşətli təbii fəlakət kimi göstərmişdir. Həmçinin, 2000-ci ildə dünyanın müxtəlif regionlarında baş verın güclü daşqınlar çoxlu sayda insan tələfatına və böyük dağıntılara səbəb olmuşdur. Lakin nəinki iqlimin dəyişməsi, həm də insan fəaliyyətinin bir çox sahələri daşqınların baş vermə təhlükəsini artırır. Meşələrin kütləvi qırılması, urbanizasiya və çayların məcrasının dəyişdirilməsi suyun akkumulyasiya imkanlarını azaldır ki, bu da yağışlar və su axını maksimumları arasındakı vaxtın qısalması ilə nəticələnir.
XX əsrin son 90 ili ərzində buzlaqlardan ayrılan su axını 200-250 km3 artmışdır. Bu göstərici okeanın su kütləsinin XX əsrdə ümumi artımının 40%-ə qədərini təşkil edir. Gələcəkdə gözlənilən qlobal istiləşmə, çox güman ki, buzlaqların azalması və dünya okeanın həcminin və səviyyəsinin artması yönümündə davam edəcəkdir.
Bəzi proqnozlara görə, XX əsrin 20-ci illərində Qafqazda və Orta Asiyada yağmurların miqdarı, 100-150 mm artacaq, yanvar ayında orta temperatur 7-8 C yüksələcək, iyunda isə temperatur dəyişməz qalacaqdır. Lakin bu regionlarda yağmurların artması ilə istiləşmə bir-birilərini tənzimləyəcəklərindən yaxın 50 ildə narahatlıq doğuran hadisələrin baş verməsi gözlənilmir.
Statistika göstərir ki, XXI əsrin əvvəlləri əsl mənada sellər və daşqınlar dövrü kimi xarakterizə oluna bilər. Təkcə bir ay-2002-ci ilin avqust ayı qlobal miqyasda analoqu olmayan təbii fəlakətlər ayı olmuşdur. Aramsız yağan leysan yağışlar nəticəsində Avropa xüsusilə ciddi zərər çəkmiş və iflic vəziyyətinə düşmüşdür. Avqust ayının 10-20-i arasında güclü yağan yağışlar nəticəsində Avstriya, Almaniya, İtaliya, İspaniya, Çexiya, Macarıstanın əksər şəhərləri su altında qalmışdır. İspaniyadan Fransaya gedən dağ yolları bağlanmış, nəqliyyatının hərəkəti dayanmışdır. İtaliyada yağıntının aylıq norması bir neçə dəfə artaraq Roma şəhərini iflic vəziyyətinə salmışdır. Şəhərin küçələrində suyun səviyyəsi 80-100 sm-ə çatmışdır. Hava limanlarında uçuş-enmə zolaqları su altında qaldığından şəhərlə hava əlaqəsi də kəsilmişdir.Çexiyada daşqınların pik nöqtəsində Vitaxa çayın səviyyəsi 8 m-ə çatmışdır. Sonrakı günlərdə səviyyə 5 m-ə qədər aşağı düşərək 2,5-3 m arsında olmuşdur. Həmin günlər Çexiyada vəziyyət ağır olaraq qalmışdır, Deçin və Terezin şəhərləri su altında idi. Daşqınlar nəticəsində Çexiyanın şimalında uzunluğu 20 km, eni isə 8 km olan göllər əmələ gəlmişdir. Buna oxşar vəziyyəti həmin günlərdə Almaniyanın Drezden şəhəri də yaşadı. Son məlumatda deyilirdi ki, Elba çayının səviyyəsi Drezden şəhəri yaxınlığında 9,5 m-ə çatıb. Halbuki avqust ayında Elbada suyun səviyyəsi 2 m-dən artıq olmur. Sonuncu bu cür böyük daşqın isə 1845-ci ildə olmuş və o zaman Elbanın səviyyəsi 8,77 m-ə çatmışdır.
Təbii fəlakətlər digər Şərqi Avropa ölkələrində də insan tələfatına və dağıntılara səbəb olmuşdu. Bu cəhətdən Macarıstan, Slovakiya, Ukrayna, eləcə də Rusiya xeyli zərər çəkmişdir. İnsantələfatı ilə müşayiət edilən güclü subasmalar və daşqınlar Hindistanda və Çilidə müşahidə olunmuşdur.
Avropanı bürüyən güclü yağışlar həmin dəhşətli avqust günlərində Rusiyanın bir sıra yerlərində dağıntılar törətdikdən sonra siklonların Qafqaz və ətraf regionlarda fəallaşması qeydə alınmışdır. Güclü yağışların yağması nəticəsində Azərbaycan Şəki, Qax və Qəbələ rayonlarının çaylarnda daşqınlar baş vermişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya xidmətindən verilən məlumatlara görə, Gurmuxçay, Bumçay, Kişçay, Dəmiraparançay və bir sıra başqa çaylarda suyun səviyyəsi xeyli artmış, küçə və evlər su altında qalmış, insan tələfatı baş vermişdir. Azərbaycanda 2003-2004-cü illərdə güclü və uzun sürən yağışların yağması, dağlara düşən böyük miqdarda qarların əriməsi nəticəsində Kür çayı öz məcrasından çıxmış, çaysahili ərazilərdə yerləşən bir neçə şəhəri su basdığından yüzlərlə ev dağılmış, insanlara külli miqdarda ziyan dəymişdir.
Təbii fəlakətlərin qlobal mənada artması tendensiyası getdikcə stabil xarakter almaqdadır. Məsələn, Çinin Yantszı çayı 1911-ci ildən indiyə kimi mütəmadi olaraq ciddi dağıntı və insan tələfatı ilə müşayiət olunan daşqınlar əmələ gətirir.
Sel hadisələri əsasən iki qrupa bölünərək proqnozlaşdırılır:
I – coğrafi proqnozlaşdırma, bu iki hissədən ibarətdir: a) ərazinin potensial sel əmələ gəlmə hadisəsinin keyfiyyətcə qiymətləndirilməsi; b) hidrometeoroloji şəraitin kəmiyyətcə qiymətləndirilməsi.
II – sel regionlarında mühitin öyrənilməsi metodları, ərazinin mühafizə tədbirlərinin həyata keçirilməsi, layihələşdirmə və hidrotexniki qurğuların inşa edilməsi.
Sel hadisələrinə qarşı əsasən üç mühafizə əməliyyatından istifadə olunur:
1 – iqtisadi və texniki tədbirlərin təşkili
2 – meşə örtüyünün qorunması, qarın əriyib sel əmələ gətirmə dövründə suların təhlükəsizləşdirilməsi
3 – eroziyalara qarşı terrasların yaradılması
Sellərin öyrənilməsi, proqnozlaşdırılması və qarşısının alınması tədbirlərinin reallaşdırılması müasir dövrün çətin problemlərindəndir.
Hazırda Yer kürəsində əhalinin sayının artması, insan resurslarının şəhərlərdə toplanması, antropogen-texnogen təsirlərin güclənməsi, eləcə də insanın təbii proseslərə müdaxiləsinin artması, ekosistemlərdə təbii qarşılıqlı əlaqələrin pozulması və mürəkkəb mühəndis konstruksiyalarının fəaliyyətinin genişlənməsi ilə əlaqədar təbii fəlakətlərin nəticələri daha mürəkkəb və daha təhlükəli xarakter alır. Məhz bu səbəbdən təbii fəlakətlərin artması və ziyanın çoxalması kimi neqativ tendensiyaların yaranmasına və inkişafına şərait yaradır.
Hidrosferdə təbii və antropogen təsirlərin törətdiyi dağıdıcı nəticələri bu gün Xəzərin ekoloji durumunda daha parlaq müşahidə etmək olar.

Yüklə 42,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin