İri sürüşmələr, adətən, təbii amillərin təsirindən baş verir və yamac boyunca yüz metrlərlə sahəni əhatə edir. Sürüşmənin cismi çox zaman öz monolitliyini qoruyub saxlayır.
Orta və kiçik həcmli sürüşmələr isə daha kiçik ölçülərdə olur və çox zaman antropogen amillərin təsirindən yaranır. Sürüşmənin miqyası prosesə cəlb olunan sahə ilə xarakterizə olunur.
Miqyasına görə sürüşmələr bu cür təsnif edilir:
Nəhəng - 400 ha və daha çox,
Çox böyük - 200- 400 ha,
Böyük - 100-200 ha,
Orta - 50-100 ha,
Kiçik - 5-50 ha,
Çox kiçik - 5 ha sahəni əhatə edir.
Gücünə görə torpaq sürüşmələri kiçik, orta, böyük və çox böyük ola bilir və yerini dəyişən süxur kütlələlərin həcmi ilə xarakterizə olunur. Bu kütlələrin həcmi 100 kubmetrdən bir milyon kubmetrədək dəyişə bilər.
Torpaq sürüşmələri, sellər və uçqunlar təsərrüfatlara, tikililərə, təbii mühitə böyük ölçüdə zərər verməklə itkilərə səbəb olur və insan həyatı üçün təhlükə törədir.
Torpaq sürüşmələri geoloji fəlakətlərin ən təhlükəli növlərindən biridir. 1911-ci ildə Pamir dağlarında baş verən zəlzələ böyük bir sürüşməyə səbəb oldu. Nəticədə 2.5 milyard kubmetr torpaq sahəsi sürüşdü. Usoy qışlağı əhalisi ilə birlikdə torpaq kütləsinin altında qaldı. Sürüşmə kütlələrinin Murqab çayının qarşısını kəsməsi nəticəsində yaxınlıqda olan Saraz qışlağı yeni yaranmış gölün dərinliyində qaldı.
3 aprel 2010-cu ildə Peruda 400 nəfərlik kəndin əhalisi torpaq sürüşməsi nəticəsində torpağın altında qaldı.
Hava cismləri
Bulud — atmosferdə hərəkət edən buxarlanmış su yığımı buxarlanmış su damlaları buludları əmələ gətirir. Hava isti olanda yer səthindəki sular buxarlanır. Bu buxar göy üzünə qalxdıqda bulud əmələ gətirir. Planetimizin çox hissəsini dənizlər və okeanlar tutduğu üçün onların səthində daim buxarlanma prosesi baş verir. Buludlar qışda yeri soyumaqdan, yayda qızdırmaqdan qoruyur. Düz radiasiyanın qiymətini azaldır.
Buludların 3 əsas tipi vardır: Sirus (lələkvari bulud), kümülüs (topa bulud), Stratus (lay bulud)
1.Laylı buludlar — 2-3 km-ə qədər yaranan buludlardır. Bu buludlar göy üzünü tam örtə bilərlər. Əsasən qışda üstünlük təşkil edir. Yağıntı arasıkəsilməz olur.
2.Topa buludlar — qızmar rütubətli havanın sürətlə yuxarı qalxması nəticəsində 3-6 km hündürlükdə yaranır. Bu buludlardan leysan və dolu yağır.
3.Lələkvari buludlar — daha hündürdə 6 km-dən yüksəkdə (bəzən10-12 km) əmələ gəlir. 0°C temperaturdan aşağı bir şəraitdə yarandığından buz kristallarından ibarət olur. Əsasən qışda formalaşır. Lələkvari buludlardan yağıntı düşmür.
Yağış — dolmuş buludların bir-birinə dəyməsi zamanı yaranan su damcıları. İsti havalarda günəş istiliyi ilə yer səthindəki suları buxarlandırır və göy üzünə qalxan isti buxar göydə soyuyur,yağış şəklində Yerə yağır.
4.
"Ekologiya” qədim yunan sözü olub formalaşmağa başladığı vaxtdan müasir dövrə qədər çox mühüm məna kəsb etmişdir. Onun lüğəti mənası aşağıdakı kimi ifadə olunur: Oykos - ev təsərrüfatı, Logiya - isə bilik-təlim mənalarını ifadə edir. Hər iki söz birləşməsi qədim yazılarda ev təsərrüfatı haqqında elm, təiim kimi də işlədilmişdir.
Tarixi mənbələrdən aydın olur ki, Oykologiya insanın yayılması haqqında elm, Oykumenizm (Eykumenizm) məskunlaşan əhalinin məcmusu haqqında biliklərdir. Oykos-logiya və ona yaxın sözlərin anologiyası göstərir ki, həmin sözlərin yaranması tədricən insanların Yer üzərində yayılmalarını və yayılma formalarını ifadə edir.
Coğrafi ekologiya (coekologiya) elmi haqqındakı biliklər tarixən qədim olsa da XX əsrin ortalarından formalaşmağa başlamışdır. Bu termin ayrılıqda üç yunan sözlərinin -qeo-eko-logiya birləşməsindən əmələ gəlmişdir. Yuxarıda ekologiya (oykos-logiya) sözünün əvvəlinə birləşdirilən qeo (yer) sözü yeri-coğrafı məkan anlayışı ilə birləşdirir.
Ekoloji proseslərdə bioloji mahiyyət fundamental əhəmiyyət kəsb edir. Bu elm coğrafiya, kimya kimi ekoloji dünyanın tədqiq edilməsində və tədrisində aparıcı yerlərdən birini tutur. Coğrafi ekologiya üçün biologiya köməkçi elm sahəsi olmaqla yanaşı ətraf mühitin canlı indikatorlarına malik məlumat kimi mühüm əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |