Təbii fəlakət növləri: 1.Geoloji mənşəlilər - bunlar birbaşa qaynağını yer qabığı və ya yerin dərinliklərindən gələn təbii fəlakətlərdir: zəlzələ, sürüşmə, vulkan püskürməsi, tsunami.
2.Meteoroloji mənşəlilər - atmosferdəki təbiət hadisələri nəticəsində meydana gəlirlər: Sel,daşqın, uçqun, tufan, quraqlıq, meşə yanğınlar, iqlim dəyişiklikləri, xortum, erozya.
Meteoroloji fəlakətlərin meydana gəlməsini hazırlayan əsas faktorlar atmosfer mənşəli olmasına baxmayaraq, bəzilərində fəlakətin meydana gəldiyi yerin xüsusiyyətləri də təsirli olmaqdadır. Sel, uçqun və sis buna nümunə olaraq verilə bilər.
Zəlzələ — yeraltı zərbələr və yerin üst qatının titrəməsidir. Bu həm tektonik proseslərlə müşayiət olunan təbii olaraq, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunan süni olaraq baş verir. Vulkanların püskürməsi zamanı da kiçik yeraltı təkanlar baş verə bilər.
Güclü yeraltı təkanlar evləri və tikililəri uçura, sunami və yer sürüşmələri əmələ gətirə bilər və nəticədə adamların həlakına səbəb ola bilər. Zəlzələ nəticəsində yerin üst qatı formasını dəyişə bilər. Zəlzələ ilə məşğul olan elmə seysmologiya deyilir.
Müasir elm zəlzələləri 3 tipə ayırır:
Denudasiya zəlzələləri
Vulkanik zəlzələlər
Tektonik zəlzələlər
Denudasiya zəlzələləri Denudasiya zəlzələləri torpağa süzülən su, onun bəzi hissələrini həll edir və özü ilə aparır. Yeraltı sular dağıdıcı fəaliyyəti asanlıqla həll olan süxurlarda, məsələn, daş, duz, gips, əhəngdaşı və inkişaf etdiyi yerlərdə meydana çıxır. Bu suların yerinə boşluqlar və ya mağaralar əmələ gəlir. Zaman keçdikcə həmin boşluqların tavan hissələri ağırlıq qüvvəsini təsiri altında aşağı uçur və şiddətli yerə dəyərək zəlzələnin əmələ gəlməsinə səbəb olur.
Müşahidələr göstərir ki, uçma birdən-birə baş verirsə, zəlzələ bir neçə dəqiqədən artıq davam etmir. Bəzən seysmik hərəkətlər bir neçə zəlzələ şəklində meydana çıxır. Bir zərbənin ardınca ikinci və sonrakılar hiss olunur: burada ayrı-ayrı zəlzələlər arasındakı fasilə bir neçə gün ola bilər. Həmin hadisənin səbəbi odur ki, əmələ gəlmiş baş zərbə həmin mağaranın başqa yerlərində və qonşu mağaralarda müvazinətin pozulması və əlavə uçqunların əmələ gəlməsinə səbəb olur. Bu kimi zəlzələlərə uçma və karst deyilir.Yerin ozeyi ve qabigi zelzelenin yaranmasinda cox boyuk bir rol oynayir