Mövzu: 5 Təbii hadisələr. Təbii amillərin canlı orqanizmlərə təsiri Plan



Yüklə 42,14 Kb.
səhifə6/6
tarix04.04.2023
ölçüsü42,14 Kb.
#93355
növüDərs
1   2   3   4   5   6
Mövzu 5. Təbii hadisələr. Ekoloji bilik və bacarıqların aşılanması.

Ekoloji problemlər - müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun və funksiyasının dəyişməsi nəticəsində yaranan problemlərdir.
Bəşər (texnika) inkişaf etdikcə oksigen ehtiyatı azalmağa və karbon qazı çoxalmağa doğru getmişdir. Bu proses 20-ci əsrdə çox-çox sürətlənmişdir. Milyonlarla avtomobillərdən çıxan tüstülər, qazanxanalar, zavodlarin tüstüsü, kondisionerlər və s. Texnika dünyamızı addım-addım məhvə doğru aparır. Düzdür, oksigen chliyatini okeanlarda buxarlanan su tarazlasa da, yaşıllıqlarda fotosintez prosesi getsə də, bu tarazliq keçən əsrlərdə qalmışdır.
Daxili yanma mühərrikinin ixtira edilməsi, gələcək ekoloji pozğunluğun bünövrəsini qoymuşdur. Məhəmməd Peyğəmbərin hədislərinin birində deyilir. "Alimin ölümü dünyanin məhvidir” yəni alim lazımdır, mexaniki enerjini elektrikdən, günəşdən, küləkdən, sudan və s. alsın. Amma iri sənaye maqnatlari çətin ki, bu ixtiralarin həyata keçməsinə və ya istehsalina imkan versin.
Ekoloji halin dözülməz hala gəlməsi ozon qatının məhvi və oksigen qazinin çox-çox azalmasi zəncirvari olaraq digər fəsadlar törədəcək: günəşin zərərli şüaları, hava çatışmazlığı, kəskin iqliın dəyişkənliyi, təbii fəlakətlərin artması və bunlardan doğan mənfur- luqlar, insan ömrünün qısalması, səhhətinin pozulmasi, doğuşların qeyri-normallığı, yaşama və işləmənin çətinləşməsi. Yaxın 150-200- ilə gözlənilən bu hadisələr, həmçinin qiyamət əlamətlərini də xatırladır. İnsanların sayı artmaqla texnika və texniki tələbatlar artmağa doğru gedir.
Ekoloji pozğunluğun aradan qaldırılması yolları:

  • Sənaye istehsalında oksigenə tələbatı təkmilləşdirmək.

  • Nəqliyyat sisteminin elektrikləşdiririlməsi, mexaniki və qeyri mexaniki. Mexaniki dedikdə əsas və işlək yollara iki tərəfli elektrik xətlərinin çəkilməsi, avtomobillərin bu sistemə görə təkmilləşdirilməsi, yeni yol hərəkəti qaydalarının yaradilmasi və s. nəzərdə tutulur.

  • Torpaqlarin münbitləşdirilməsi və yeganə oksigen istehsal edən yaşıllıqlarin salınması, suvarma sisteminin təşkili və bütün bunlarin. ümumi və dövlət tərəfindən qorunması.

Təbiətin respublikamıza bəxş etdiyi zəngin faydalı qazıntıları, yerüstü və yeraltı ehtiyatlar-su, torpaq, bioloji və meşə sənətləri, zəngin bitki örtüyü, günəş, su, külək, istilik enerjisi, müalicə əhəmiyyətli mineral bulaqlar xalqımızın milli sənətləridir.
Təbiətə və onun sərvətlərinə məhəbbət, qayğı bilavasitə kiçik yaşlarından təşəkkül tapmağa başlayır. Buna görə də məktəblərdə ətraf mühitə, təbii sərvətlərə, təbiətin gözəlliyinə məhəbbət ruhunda tərbiyə işi aparmaq, bitki və heyvanat aləminin əhəmiyyətini tələbələr şagirdlərə izah etmək, təbiətə qayğı hissini bacarıqla aşılaıııaq diqqət məkrəzində olmalıdır. Cəmiyyətdə qəbul olunmuş mövcud əxlaq normaları, hakim ideologiya, insanların davranış qaydaları üzrə nəsillərin təcrübəsi nəsillərdən nəslə tərbiyə vasitəsi ilə ötürülür. Görkəmli Azərbaycan pedaqoqu Ə.Seyidov tərbiyə işinin daha çətin və mürəkkəb proses olduğunu belə ifadə etmişdir: tərbiyə uzun və çətin işdir. Biz də buna doğru gedirik və gedəcəyik. İş çox ehtiyatlı, lakin möhkəm olmağı tələb edir, insan təbiətin bir hissəsi, həm də onun yeganə ali şüurlu hissəsidir. Ona görə də insan öz ağlından təbiətin zərərinə istifadə etməməlidir. İnsan təbiətin inkişafı nəticəsində meydana gəlmiş və daim təbiətlə sıx əlaqədar olmuşdur.
H.Zərdabi yazırdı ki, təbiətin böyük qanunları ilə hesablaşmayan bəşər lahiyələri ancaq bədbəxtlik gətirə bilər. Təbiət hamımızın müştərək "evimiz", ümumi süfrəmizdir. Bu ev hər birimiz üçün doğma, bu süfrə bərəkətli min bir nemətdir. Təbiət ixtiyarımıza yaşamaq, yaratmaq, fəaliyyət göstərmək üçün geniş meydan vermişdir. Təbiət öz var-dövlətindən insan üçün dəyərli, qiymətli hədiyyələr, gözəl paylar ayırmışdır. Təbiət insana hər şeydən əvvəl milli aləmə şuurlu münasibət bəsləmək və bunun nəticəsində də obyektiv gerçəkliyi dərk etmək, onun sirlərini aça bilmək kimi bir qabiliyyət, bacarıq bəxş etmişdir. Yeni yetişən nəsil bu qabiliyyətin, bu bacarığın sayəsində təbiətin möcüzələrlə dolu aləminə bələd olub onu öz daxili aləmində, xəyalında, hiss və duyğularında canlandırır, duyur, dərk edir və beləliklə də təbiətin sonsuz rəngarəngliyini, fıisunkar gözəlliyini anlayır.


Yüklə 42,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin