Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri


Dövlət orqanları və cəmiyyət üçün elektron hökumətə inteqrasiyanın əhəmiyyəti



Yüklə 2,49 Mb.
səhifə70/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

Dövlət orqanları və cəmiyyət üçün elektron hökumətə inteqrasiyanın əhəmiyyəti:
1.Elektron hökümət iş qabiliyyətini artırır.
İKT kütləvi informasiya emalı və dövlət orqanları fəaliyyəti ilə bağlı məsələlərin həll effektini artırır. Gələcəkdə effektlilik hökumətdaxili və xarici informasiyanın yayılması hesabına daha da artmalıdır
2. Elektron hökumət xidmətlərin keyfiyyətini artırır.
İstehlakçıya yönümlülük əsas məsələrdən biridir. Xidmət sahəsində təkmilləşdirmə istehlakçının tələbləri üzərində qurulur və online rejimdə olan xidmətlər digər xidmətlərdən fərqlənmir. İnternet bu işdə hökumətə kömək göstərməklə fasiləsiz online xidmətləri təqdim edir.
3. Elektron hökumət konkret nəticələrə çatmağa kömək edir.
İnternet bütün maraqlı şəxslərə informasiya, ideya yaymağa və ya konkret siyasi nəticələri almağa kömək göstərir. Məsələn online informasiya təhsil və təlim proqramlarının öyrənilməsi; səhiyyə sektorunda xəstələrin qəbul rejiminin asanlaşdırılması və s.
4. Elektron hökumət hakimiyyət və vətəndaşlar arasında etibarın təmin edilməsinə kömək edə bilər. Bu cür etibarın təmini hökumətin əsas hədəflərindən biridir. İKT buna vətəndaşları siyasi, iqtisadi proseslərdə işlərdə iştirakını təmin etməklə yardımçı ola bilər.

Elektron hökumətin uğurlu inkişafı üçün 10 əsas prinsip göstərmək olar:
1. Liderlilik və öhdəlik. İşə cavabdeh liderlər dəyişiklikləri daima nəzərə almaqla uğurlu nəticələrin əldə edilməsi üçün daima çalışmalıdırlar.
2. İnteqrasiya. Elektron hökumət yeni fürsət açan mexanizm olsa da əsas hədəf deyil. Elektron hökumət siyasətə, hökümətin xidmət sektoruna və hökumətin idarəetməsində vətəndaşların iştirakını təmin edən sahələrə inteqrasiya olunmalıdır.
3. Hökumətdaxili əlaqə. Elektron hökumət o zaman effektli olur ki, vətəndaşların marağı üçün müxtəlif strukturlar eyni qrupda birləşirlər.
4. Maliyyələşdirmə. Bəzən İKT-yə sərf olunmuş xərclər investisiya kimi nəzərə alınmalıdır. Maliyyələşdirmənin baza proqramı innovasiyaları və demonstrasiyalı proyektləri stimullaşdırmalıdır.
5. İmtiyaz. Öz siyasətində dövlət xidmətlərindən online rejimdə təqdim edilməsini təkmilləşdirməlidir. Çünki online rejimdə təqdim olunan xidmətlərdən offline rejimdə istifadəçiləri istifadə edə bilmir.
6. Seçim. Vətəndaşlar görəcəyi fəaliyyətləri həyata keçirtmək üçün hansı xidmətlərdən istifadə edəcəklərini sərbəst seçməlidirlər.
7. Vətəndaşların cəlbetmə aktivliyi. Elektron hökumətin təqdim etdiyi xidmət yüksək keyfiyyətə malik olmalıdır və vətəndaşları siyasətin formalaşmasında iştirakını təmin etməlidir ki, vətəndaşların bura qoşulmağa və iştiraka marağı olsun.
8. Məxfilik. Elektron hökumət fiziki və hüquqi şəxlərin kommersiya sirrini qorumaq üçün onlar tərəfindən təqdim edilən məlumatların qorunmasını və yayılmamasına təminat verməlidir.
9. Şəffaflıq, aşkar fəaliyyət. Vətəndaşlarının etibarının qazanılması üçün vacib amildir.
10. Monitorinq və qiymətləndirmə. Vacib məsələlərin həlli zamanı xərcin, gəlirin, islehlakın həcminin nəzərə alınması əhəmiyyətli rol oynayır.
Ümumən isə Elektron dövlətin digər üstünlüklərini aşağıdakı cədvəl 3-dən görə bilərik.


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin