Məlumatların toplanması üçün qiymətləndirmə üsulları və vasitələrindən istifadə olunur.
Qiymətləndirmə üsulları şagirdlərin təlim fəaliyyəti haqqında məlumatları toplamaq üçün istifadə olunan prosedurlardır.
Qiymətləndirmə vasitələri həmin üsulu həyata keçirmək üçün istifadəolunan alətlərdir.
Qiymətləndirmənin növündən asılı olaraq üsul və vasitələr fərqli olur. Məsələn, formativ qiymətləndirmə zamanı müəllimin məqsədi şagirdin riyazi məsələ həll etmək bacarığının yoxlanılmasıdırsa, onun istifadə edəcəyi üsul tapşırıqvermə, qiymətləndirmə vasitəsi isə riyazi çalışmalardır. Qiymətləndirmənin məqsədindən asılı olaraq üsul və vasitələr fərqli olur.