Hərrac Qiyməti- Əmlak və malın hərrac satışında alınan qiyməti.
Himayədarlıq siyasəti- Milli iqtisadiyyatı xarici rəqabətdən qorumaq üçün gömrük, valyuta, kredit kimi vasitələrdən istifadəni nəzərdə tutan tədbirlər sistemi.
Hiperinflyasiya- Ölkədə qiymət səviyyəsinin çox sürətlə artması.
Holdinq şirkət- Başqa şirkət və müəssisələrin fəaliyyətini idarə edən, yaxud onlara nəzarət edən korporasiya, baş şirkət.
Homo Economics- İqtisadi qərarların optimal variantını qəbul edən, yüksək iqtisadi biliyə malik adam.
Hökumətin transfer ödəmələri- Hökumətin mübadilə və dövlət sifarişləri üçün xərclədiyi vəsait.