Manufaktura- Əmək bölgüsü və əl işi texnikasına əsaslanan sahibkar müəssisəsi.
Maliyyə- pul fondlarının yaranması, bölgüsü və istifadəsi üzrə münasibətlər sistemi.
Maliyyə kapitalı– Pul kapitalı.
Marketinq - Müxtəlif şirkətlərin bazarın tələblərinə, alıcıların tələblərinin öyrənilməsinə yönəldilmiş istehsal, satış fəaliyyətinin səmərəli təşkili, habelə idarə edilməsi sistemi.
Menecment- İstehsalın gəlirliyini və səmərəliliyini yüksəltmək məqsədilə, idarəetmədə tətbiq olunan prinsip, üsul, forma və vasitələrin məcmusu.
Merkantilizm- XVI-XVIII əsrlərdə Avropa ticarət burjuaziyasının mənafeyini əks etdirən və ölkənin sərvətini istehsalda deyil, əmtəə dövriyyəsi, pul kapitalının (qızıl, gümüş formasında) toplanmasında görən nəzəri baxışlar.