Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə46/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Təlimin   funksiyaları.   Təlim   üç   başlıca   funksiyanı   (latınca   functio   –   “icra”,
“fəaliyyət” deməkdir) yerinə yetirir: təhsilverici, tərbiyəedici və inkişafetdirici funk-
siyalar. Təhsilverici funksiya  – tələbələrə sistemli elmi biliklər, bacarıq və vərdişlər
aşılamaqda ifadə olunur. 
Təlimin tərbiyəedici funksiyası  təlim prosesindən həm də tərbiyə məqsədi ilə
istifadə etməyi nəzərdə tutur. Tərbiyə funksiyası həm təlimin məzmunu ilə, həm də
təşkili metodları, müəllimin şəxsi nümunəsi və ünsiyyət vasitəsilə həyata keçirilir.
Təlimin inkişafetdirici funksiyası təlim prosesində  tələbələrin zehni qüvvələrini,
qabiliyyətlərini, psixi proseslərini (diqqət, nitq, təfəkkür, hafizə, təxəyyül və s) inki-
şaf etdirməkdə ifadə olunur. Təlim özlüyündə psixi proseslərin inkişafını təmin etmir;
bunun üçün təlimi xüsusi istiqamətləndirmək lazımdır.
Təlim   prosesinin   göstərilən   funksiyaları   bir-birindən   ayrılıqda   yox,   qarşılıqlı
əlaqədə, həm də kompleks halında həyata keçirilməlidir. Yalnız bu şərtlə müəllim
tələbələrin şəxsiyyət – Vətəndaş və mütəxəssis kimi formalaşmasına, psixi inkişafına
kömək göstərə bilər.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin