Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə75/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   130
Pedaqogika mühazirələr

17. Təlim sisteminin prinsipləri.

Təlim prinsiplərində təlimin normativ əsasları ifadə olunur. Prinsiplər təlim prosesinin istiqamətini və burada müəllimin fəaliy-yətini müəyyən edən əsas və mühüm cəhətləri aşkara çıxarır. Prin-siplər təlim təcrübəsinin ümumiləşdirilməsindən meydana gəlmiş-dir, bu prinsiplərdə təlim prosesinin tipik hadisələri üçün səciyyəvi olan obyektiv qanunauyğunluqlar əks olunmuşdur.


Elmdə olan hər hansı kateqoriya kimi prinsiplər kateqoriyası da inkişaf edir. Prinsiplər cəmiyyət tərəfindən məktəbin qarşısında qoyulmuş vəzifələrə, ictimai tərəqqi tələblərinə cavab verir, burada şagirdlərin təlim fəaliyyəti, bu fəaliyyətin psixoloji əsası nəzərə alınır. Təlim prinsipləri özünün tam ifadəsini müəllimlə şagirdlərin təlim prosesindəki birgə fəaliyyətində tapır. Ona belə tərif verilir: təlimin qanunauyğunluqlarından irəli gələn, onun məzmununa, üsullarına, təşkili formalarına təsir göstərən, müəllim və şagirdlərin birgə fəaliyyətini səmərəli qurmağa imkan verən didaktik ideyalara təlim prinsipi deyilir . Doğrudan da, məktəb qarşısında qoyulmuş ictimai vəzifələrin ifadəsi olan təlim prinsipləri istər bütövlükdə təlim prosesinin, istərsə də onun komponentlərinin başlıca tələbləri-ni və ümumi istiqamətlərini: təlim prosesinin məzmununu, üsulları-nı, təşkilini müəyyən edir və müəllimlə şagirdlərin fəaliyyətində hə-yata keçirilir.

İstehsal, idarəetmə, xidmət və mədəniyyət dairələrində elmi biliyin tətbiqi sahəsi xeyli genişləndiyi bir zamanda, təlimdə elmilik prinsipi xüsusi bir əhəmiyyət kəsb edir. Orta məktəbdə elmilik prinsipi demək olar ki, bütün tədris fənlərinin strukturunu və məz-mununu nəzərdən keçirib dəyişdirmişdir. Bu prinsip hər bir fənnin məzmununda elmin əsas, inkişaf meyllərini əks etdirən və eyni za-manda müvafiq yaşda olan uşaqların başa düşə biləcəyi aparıcı ide-yaları müəyyənləşdirməyi tələb etmişdir. Elmilik prinsipinin həyata keçirilməsi şagirdləri elmi üsullarla tanış etmək, onlara tədqiqat üsullarını, aparılan təcrübələrin köməyi ilə proseslərin inkişafı üzə-rində uzun müddətli müşahidələr aparmaq, mənbələri təhlil etmək və s. vasitəsilə müstəqil surətdə bilik əldə etmək yollarını da öyrət-mək məqsədini güdür. Bu sahədə aparılan pedaqoji tədqiqatlar gös-tərir ki, həmin istiqamətdə müəllimin məqsədyönlü işi təlimin sə-mərəli olması ilə nəticələnir.


Təlimdə sistemlilik prinsipi olmadan təlimin elmiliyi də müm-kün deyildir. Belə ki, hər bir elmin özünə məxsus olan məntiqi var-dır. O, mexaniki surətdə məktəbə gətirilə bilməz və gətirilməmə-lidir, lakin tədris fənnində olan sistem onu elmə yaxınlaşdıran xü-susiyyətlərdən biridir. Elmdə olduqca çox mücərrəd material, çoxlu fərziyyə, elmi nəzəriyyə, mübahisəli konsepsiyalar vardır. Məktəbə, şagirdlərə təmizlənib müəyyənləşmiş, elm tərəfindən qəbul olunmuş biliklər və əlbəttə, uşaqlar və yeniyetmələr üçün müyəssər olan, onların yaş və psixoloji xüsusiyyətlərinə uyğun biliklər verilir.
Didaktik sistem elmi sistemdən onunla fərqlənir ki, tədris fənni elmin sistemini olduğu kimi götürüb təkrar etmir, lakin ümu-miyyətlə, ona xas olan məntiqi və biliklər sistemini saxlayır, bu sis-temdə isə əvvəl öyrənilən bilik ondan sonra gələn biliyə doğru yol açır, elmi anlayışlarla ümumi qanunauyğunluqlar arasında daxili əlaqə aşkara çıxır. Bununla belə, fənn üzrə biliklərin sistemi, tədris illəri üzrə materialın yerləşdirilməsi qaydası, əlbəttə, şagirdlərin in-kişaf edən psixoloji xüsusiyyətlərinə və imkanlarına uyğun olmalıdır.



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin