Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə82/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   78   79   80   81   82   83   84   85   ...   130
Pedaqogika mühazirələr

Təlimdə əyanilik prinsipi. Əyanilik prinsipinin tarixi qədim-dir. O, təlimi mücərrəd sözlər üzərində deyil, uşaq tərəfindən bila-vasitə qavranılan konkret şeylər və hadisələr üzərində qurmağı nəzərdə tutur.
Təlim prosesində əyaniliyin idrak yükü çoxmənalıdır:


  1. əyani surətlərdə konkret hadisələrin, bizi əhatə edən aləm-də olan cisimlərin müxtəlifliyi əks olunur;




  1. əyanilik dərketmə fəaliyyətini asanlaşdırır və təchiz edir; o, şagirdin canlı gerçəkliyi qavramasını və müşahidə etməsini təşkil edir; əyaniliyin yaratdığı canlı assosiasiyalar uzun müddət yadda qalır; o, təxəyyülün yaranmasına kömək edir, deməli, yaradıcı fəal-lığa yardım göstərməsi sayəsində heç də quru, ölgün bir sxem kimi

çıxış etmir, çünki əyani surət onların konkretləşdirilməsi üçün köməkçi bir əsas olur. Nəhayət, əyanilik ümumiləşdirmələrə də kömək edir;


  1. təlimin inkişafetdirici vəzifəsinin yerinə yetirilməsində əyaniliyin rolu böyükdür; o, şagirdin sensor dairəsinə xeyli təsir göstərir, həmçinin onda müşahidəçiliyi, təfəkkürü, təxəyyülü inkişaf etdirir, fəallığını artırır, onda öyrənməyə olan marağın inkişafına kö-mək edir;




  1. nəhayət, əyanilik mənimsəmənin keyfiyyətini yüksəldir, biliyin təchiz olunmasına, aydın və şüurlu şəkildə başa düşülməsinə kömək edir.

Müəllim əyaniliyin ən qiymətli məziyyətlərini etiraf etməklə bərabər bunu da nəzərdə tutmalıdır ki, əyanilik çox kəskin bir silahdır və ondan diqqətlə, bacarıqla istifadə edilməlidir. Əks halda o, şagird-ləri başlıca məsələlərin həllindən yayındırar, məqsədi parlaq vasitə ilə


əvəz edər, biliklərə dərindən yiyələnmək, mühüm əlaqə və qa-nunauyğunluqları dərk etmək yolu üzərində bir maneəyə çevrilər. İd-raki məsələlərin həllinin xarakteri, şagirdin idrak fəaliyyətinin xarak-terinin özü də xeyli dərəcədə əyanilik növlərinin tətbiqindən asılıdır.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin