Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri



Yüklə 0,82 Mb.
səhifə47/63
tarix31.12.2021
ölçüsü0,82 Mb.
#50008
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   63
Mülki müdafiə mühazirələr.

Köçürmə orqanları

Köçürülmənin müvəffəqiyyəti köçürülən əhalinin şəhərdənkənar təhlükəsiz zonalarda qəbul edilib yerləşdirilməsinin necə təşkil edildiyindən və həyata keçirildiyindən asılı olacaqdır. İcra hökuməti başçıları əhalinin və müəssisələrin şəhərdənkənar zonalarda qəbul edilməsi və yerləşdirilməsinin əsas təşkilatçısıdır. Onlar bu işlərə kənd və qəsəbə icra hökumət nümayəndələri MM qərargahları, köçürmə komissiyaları, qəbuletmə və toplanış köçürmə məntəqələri, nəqliyyata mindirmə (yükləmə) və nəqliyyatdan düşürmə (boşaltma) stansiyaları (məntəqələri) vasitəsilə rəhbərlik edirlər.

Köçürmə komissiyası hələ sülh dövründə yaradılır. Adətən, rayonun İcra Hakimiyyətinin başçısı müavini köçürmə komissiyasının sədri təyin edilir. Komissiyanın heyətinə rayon tibb xidmətinin, kənd təsərrüfatı istehsalat idarəsinin, rayon istehlak cəmiyyətinin, rayon milis şöbəsinin, nəqliyyat xidmətinin, rabitə və xəbərdarlıq xidmətinin, təhsil şöbəsinin, ictimai təminat şöbəsinin nümayəndələri, hərbi komissarlığın işçiləri, mənzil-kommunal şöbəsinin, rayon həmkarlar təşkilatı nümayəndələri, habelə 3-4 texniki işçi daxil edilir.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin