Şəkil 7.8. Duopoliyada davamçı-firmanın izoprofit əyriləri
Davamçı-firma, özünün daha böyük yaxud kiçik istehsal həcmləri şəraitində eyni qədər mənfəəti yalnız o halda əldə edə bilər ki, lider-firma bazarda məhsul təklifini azaltmış olsun. Buna görə də izoprofit əyrilərinin təpələri reaksiya xəttinin üzərində yerləşir.
İzoprofitlərin yuxarıda qeyd olunan əlamətlərindən çıxış edib deyə bilərik ki, lider-firmanın (I) izoprofit əyriləri də təqribən oxşar formadadır, lakin bu əyrilər lider-firmanın istehsal həcmlərini göstərən şaquli oxa tərəf əyilmişdir.
Duopolist-firmaların izoprofit əyrilərini birləşdirməklə, Kurno və Ştakelberq modellərindəki sahə tarazlığına uyğun gələn qI,qII uzlaşmasını müşahidə etmək mümkündür (şəkil 7.9).
Dostları ilə paylaş: |