Şəkil 7.9. Kurno və Ştakelberq modellərində tarazlıq buraxılışı
Şəkil 7.9-da firmaların reaksiya xəttlərinin kəsişmə nöqtəsi (C) Kurno tarazlığını, davamçı-firmanın reaksiya xəttinin (II) lider-firmanın daha kiçik izoprofit əyrisinə toxunma nöqtəsi və lider-firmanın reaksiya xəttinin (I) davamçı-firmanın daha kiçik izoprofit əyrisinə toxunma nöqtəsi (uyğun olaraq, SI və SII) Ştakelberq modelində tarazlığı göstərir. Bu şəkildən belə bir qənaət hasil olur ki, liderə çevrilmiş firmanın mənfəəti Kurno modeli üzrə rəqabət aparan firmanın əldə etdiyi mənfəətlə müqayisədə artır: lider daha kiçik izoprofitə keçir.
Dostları ilə paylaş: |