Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


III. BÖLMƏ: Fövqəladə hadisələr rejimində qəza-xilasetmə və digər təxirə salınmaz işlərin təşkili



Yüklə 0,73 Mb.
səhifə21/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   17   18   19   20   21   22   23   24   ...   90
Mülki müdafiə-converted

III. BÖLMƏ: Fövqəladə hadisələr rejimində qəza-xilasetmə və digər təxirə salınmaz işlərin təşkili. Bu bölmədə əks olunur:

  • fövqəladə hadisə baş vermiş ərazilərdə ümumi və xüsusi kəşfiyyatın aparılması, kimyəvi zəhərlənmə və radioaktiv çirklənmənin, tikili və kommunikasiya şəbəkələrinin dağılma dərəcəsinin müəyyən edilməsi, dəyən ziyan və itkilərin miqdarının dəqiqləşdirilməsi;

  • mövcud qüvvə və texnika ilə ilkin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkil edilməsi və həyata keçirilməsi;

  • fövqəladə hadisə baş vermiş ərazidən əhalinin çıxarılması, köçürülməsi və onların müvəqqəti yaşayış yerləri ilə təmin edilməsi;

  • xəsarət alanlara ilk tibbi yardım göstərilməsi və onların müalicə ocaqlarına göndərilməsinin təşkili;

  • bitki və heyvanların xilas edilməsi üçün tədbirlərin görülməsi (aidiyyatı üzrə);

  • xəsarət ocaqlarında sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsi;

  • işçilərin zəruri ərzaq ehtiyatı ilə təmin edilməsi;

  • nəqliyyat təminatı;

  • meteoroloji təminat.

IV BÖLMƏ: Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili. Bu bölmədə əks olunur:

  • əsas, ehtiyat və yardımçı idarəetmə məntəqələrinin yerləri, tərkibi, mühafizə tədbirləri və əməliyyat qruplarının məntəqədə fəaliyyət qaydaları;

  • idarəetmə məntəqələrinin rabitə, xəbərdarlıq və informasiya vasitələri ilə təchiz olunması və onlardan istifadə etmə qaydaları;

  • fövqəladə hadisələrin gözlənilməsi və ya baş verməsi barədə rəhbər heyətin eləcə də işçilərin xəbərdar edilməsi qaydaları;

  • mülki müdafiə qüvvə və vasitələrinin “gündəlik fəaliyyət” , “yüksək hazırlıq” və

“fövqəladə hadisə” rejimlərində idarə edilmə qaydaları;

  • mülki müdafiə qüvvələri ilə rabitənin təşkili və idarəetmə pozulduqda onun bərpa edilməsi üzrə tədbirlər.

Əlavələr:

  1. Fövqəladə hadisələr zamanı müxtəlif rejimlərdə yerinə yetiriləcək əsas mülki müdafiə tədbirlərinin təqvim planı.

  2. İşçilərin kollektiv mühafizə qurğuları ilə təmin olunması cədvəli.

  3. İşçilərin fərdi mühafizə vasitələri, kimyəvi kəşfiyyat və dozimetrik (doza ölçən) nəzarət cihazları ilə təmin olunması cədvəli.

  4. Ehtimal olunan kimyəvi zəhərlənmə zonasının miqyası haqqında məlumat cədvəli.

  5. Fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət (obyektin planında).

  6. İdarəetmənin, xəbərdarlığın və rabitənin təşkili sxemi.

  7. İşçilərin fəlakətli subasma zonalarından köçürülməsinin hesabatı (aidiyyatı üzrə).

  8. İşçilərin güclü təsirli zəhərləyici maddələr təhlükəsi yaranmış zonalardan köçürülməsinin hesabatı (aidiyyəti üzrə).

  9. Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına cəlb olunacaq mülki müdafiə qüvvə və vasitələrinin hesabatı.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin