Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


İşçilərə Mülki Müdafiə biliklərinin öyrədilməsi



Yüklə 0,73 Mb.
səhifə23/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   19   20   21   22   23   24   25   26   ...   90
Mülki müdafiə-converted

İşçilərə Mülki Müdafiə biliklərinin öyrədilməsi.
İdarə, müəssisə, təşkilat və digər obyektlərdə işləyən, lakin Mülki Müdafiə qüvvələrinin, xidmətlərinin heyətinə cəlb olunmayan əhaliyə Mülki Müdafiə bilikləri iş yerində, istehsalatdan ayrılmadan öyrədilir. Bu əhali qrupu üçün hazırlığın aşağıdakı növləri müəyyən edilmişdir.

  • Mülki Müdafiə məsələlərini müstəqil surətdə öyrənmək və hər ay sex, şöbə və digər bölmə rəhbərlərinin keçirdiyi Mülki Müdafiə məşqlərində iştirak etməklə;

  • tədris qrupunun tərkibində, xüsusi hazırlanmış qrup rəhbərlərinin yaxud bilavasitə öz rəhbərinin başçılığı ilə müntəzəm məşğələ keçməklə.

Obyektin ştatlı Mülki Müdafiə işçiləri, məşğələ rəhbərləri və ya təlimatçılarla tədris ilinin əvvəlində 1-2 günlük metodik toplanış keçirirlər. Ştatlı Mülki Müdafiə işçiləri olmayan obyektlərdə belə toplanışlar regional şöbələrdə, şəhər, rayon icra orqanlarının nəzdindəki Mülki Müdafiə kurslarında təşkil edilir.
İşləməyən əhaliyə Mülki Müdafiə biliklərinin öyrədilməsi
İstehsalat və xidmət sahələrində məşğul olmayan (işləməyən) əhaliyə mülki müdafiə bilikləri mənzil – təsərrüfat idarələrində yaradılan məsləhət məntəqələrinin yardımı ilə müstəqil surətdə və ya Mülki Müdafiə hazırlığı üzrə keçirilən təlimlərə (məşqlərə) cəlb edilməklə öyrədilir.
Dövlət və qeyri-dövlət ali və orta ixtisas məktəbi tələbələrinə, texniki peşə və ümumtəhsil məktəbləri şagirdlərinə Mülki Müdafiənin öyrədilməsi.
Ali təhsil müəssisələrində Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedraları Təhsil nazirinin əmri ilə yaradılır və ümumi qaydalara müvafiq komplektləşdirilir. Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedraları müəllimlərinin bilikləri sahə təkmilləşdirmə tədris müəssisələrində, Mülki Müdafiə kurslarında və müvafiq sazişlərə əsasən digər ölkələrin ixtisaslaşdırılmış tədris müəssisələrində təkmilləşdirilir.
Mülki Müdafiə və tibbi biliklərin əsasları – ali məktəblərin bütün tələblərinə öyrədilməsi məcburi olan fənlər sayılır və tədris proqramlarına daxil edilir.
Tələbələrə Mülki Müdafiənin öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır:

  • fövqəladə hallarda fəaliyyət göstərmək və ali məktəblərdə aldıqları ixtisasa müvafiq olaraq, obyektlərin sabit işinin təmin edilməsi üsullarını öyrənmək;

  • tibbi biliklərin əsaslarına yiyələnmək və fövqəladə hallarda əməli olaraq tibbi yardım göstərməyi bacarmaq;

  • ümumtəhsil məktəblərinin 2, 5, 6-cı siniflərində Mülki Müdafiə və tibbi hazırlıq fənləri üzrə məşğələlər aparmağı bacarmaq.

Mülki Müdafiə və tibbi biliklərin əsasları üzrə məşğələlər xüsusi fənn olmaqla bütün ali təhsil müəssisələrində bir semestr keçirilir və imtahan verməklə yekunlaşır.
Ali pedaqoji məktəb tələbələrinə, orta məktəblərdə təcrübə keçən dövrdə Mülki Müdafiə və tibb hazırlığı fənləri üzrə məşğələlər aparılması da planlaşdırılır.
Ümumtəhsil, texniki peşə, orta ixtisas və onlara bərabər tutulan digər məktəblərin 10-11 sinif şagirdlərinə, Mülki Müdafiə fənni «Gənclərin ibtidai hərbi hazırlıq proqramına» bölmə kimi daxil edilir və proqramda nəzərdə tutulan miqdarda hərbi rəhbər tərəfindən tədris olunur.
Mülki Müdafiə fənni 2-ci sinifdə – 6 saat, 5-ci sinifdə – 8 saat və 6-cı sinifdə – 8 saat tədris olunur. Saatlar bədən tərbiyəsi fənninin tədris saatlarına daxil edilir və sinif rəhbərləri tərəfindən tədris olunur.
Mülki Müdafiəni tədris edən sinif rəhbərləri tədris ilinin əvvəlində yerli Mülki Müdafiə qərargahlarının nəzdində 3 günlük kurs keçirlər.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin