Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə63/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   59   60   61   62   63   64   65   66   ...   97
Mülki müdafiə-converted

Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları. 
 
§
10. Mülki müdafiə kəşfiyyatının təşkili və aparılması.
 
Kəşfiyyat – sülh və müharibə dövrlərində MM tədbirlərinin yerinə yetirilməsi 
üçün MM qüvvələrinin ən başlıca təminat növüdür. 
Kəşfiyyat təbii və texnogen xarakterli fövqəladə hadisələr və düşmənin müasir 
qırğın silahlarından istifadəsi nəticəsində yaranmış vəziyyət barədə məlumatların əldə 
edilməsi məqsədilə bütün təbəqəli komandirlərin, qərargahların, hərbiləşmiş və 
hərbiləşdirilməmiş MM qüvvələrinin həyata keçirdikləri tədbirləri özündə əks etdirir. 
Qarşıya çıxan tapşırıqların xarakterinə görə kəşfiyyat ümumi və xüsusi kəşfiyyat 
növlərinə bölünür. 
Ümumi kəşfiyyat – fövqəladə hallar baş vermiş sahələrdə yaranan vəziyyət barədə 
dərhal ilkin məlumatlar əldə etmək üçündür.
Ümumi kəşfiyyat – qəzanın yerini, vaxtını, xarakterini, dağıntının dərəcəsini, 
dəyən maddi ziyanın miqdarını, xəsarət alanların və köməyə ehtiyacı olanların sayını, 
əhalinin mühafizəsi və xilas edilməsi üzrə vacib olan tədbirlərin görülməsini
müəyyən etmək məqsədilə təşkil olunur və aparılır. 
Ümumi kəşfiyyat: 
– müşahidə; 
− qəzaya məruz qalmış əraziyə (obyektə) baxış; 
− zədə alanların axtarışı; 
− müxtəlif planların (sxemlərin) öyrənilməsi
− qəzanın baş verməsi barədə məlumatı olanlarla sorğunun keçirilməsi yolu ilə 
aparılır.
Kəşfiyyat aparılan zaman müxtəlif texniki vasitələrdən (durbin, kompas, şəkilçəkən, 
video aparatı və s.) istifadə edilə bilər. 
Kəşfiyyat vəzifələrinin yerinə yetirilməsi üçün kəşfiyyatın qüvvə və vasitələri 
müxtəlif nəqliyyat vasitələrinin bazasında yerləşdirilə bilər. 
Xüsusi kəşfiyyatı adətən MM xidmətləri təşkil edir. Bu zaman kəşfiyyat 
yerlərindəki konkret vəziyyət mütəxəssislər tərəfindən təfsilatı ilə öyrənilir, 
dəqiqləşdirilir, ümumiləşdirilir və MM qərargahına çatdırılır. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin