Müasir dövrdə dünya dövlətlərinin və beynəlxalq təşkilatların
Qarşısında duran ən başlıca vəzifələrdən biri insanlar arasında dini
Dözümlülüyün gücləndirilməsinin, müxtəlif din və mədəniyyətlərə
Mənsub insanlarm sülh və əmin-amanlıq şəraitində yaşamasının
Təmin edilməsidır. Müasir dövrdə dünyanın müxtəlif bölgələrində
Baş verən hadisələr mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən,
Digər din və mədəniyyətlərin nümayəndələrinin adət-ənələrinə,
Həyat tərzinə, əqidə və düşüncəsinə hörmətlə yanaşılmayan
Cəmiyyətlərdə davamlı sabitliyə və inkişafa nail olmağın qeyri-
Mümkün olduğunu göstərir (5, s. 85). Bu səpkidə qarşıdurma və
Münaqişələrin baş verməməsi üçün insanlarda digər din və
Mədəniyyətlərə qarşı dözümlülük və hörmət xüsusiyyətləri
Gücləndirilməlidir. Bu ənənənin gücləndirilməsi və qorunması
Məqsədilə Azərbaycanda bir çox əhəmiyyətli tədbirlər həyata
Keçirilmişdir.
Danılmaz faktdır ki, Azərbaycan xalqı tarix boyu digər din və
Mədəniyyətlərə dözümlü münasibət ilə seçilmişdir. Digər din və
Mədəniyyətlərə dözümlü münasibət, onlarla sülh və qarşılıqlı
Anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının təbiətindən,
İnsanpərvərliyindən və xoş məramlılığından irəli gəlir. Azərbaycan
Qədim zamanlardan müxtəlif dinlərin, dini cərəyanların yayıldığı,
Qovuşduğu, qarşılıqlı anlaşma şəraitində yaşadığı və əməkdaşlıq
Etdiyi bir məkan olmuşdur. Zərdüştilikdən başlayaraq sonuncu
Böyük din islamadək bütün dinlər Azərbaycanda yayılmışdır.
Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil
Etməsinə baxmayaraq ölkə Konstitusiyasında bütün dini etiqad və
Təlimlərin qanun qarşısında bərabər olduğu təsbit olunmuşdur.
Qanunvericiliyə əsasən ölkədə hər hansı bir dinin digər dindən
Üstün olması barədə təbliğatın aparılması qadağandır.
Əsrlər boyu Azərbaycanda islam, xristian və yəhudi dinlərinin
Nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Milli və
Dini etnik qruplar arasında ədavət və qarşıdurma halları müşahidə
Olunmamışdır (1, s. 35). Müxtəlif din və mədəniyyətlərə mənsub
İnsanlar əsrlər boyu Azərbaycan xalqının ictimai-siyasi və iqtisadi
Həyatında mühüm rol oynamış, özlərinin etnik xüsusiyyərlərini,
Dinlərini və adət-ənənələrini qoruyub saxlayaraq bu günümüzədək
Yaşatmışlar. Müasir dövrdə də ölkəmizdə həmin dinlərin tarixi,
Mədəni abidələri və zəngin mənəvi irsi dövlət tərəfindən qorunub
Saxlanılır.
Müasir dövrdə dünyanın bir çox ölkələrində insanlarm
Məskunlaşmasında onların dini və milli mənsubiyyəti əsas meyar
Kimi götürülür, yəhudi, xristian və müsəlmanlar bir çox dövlətlərdə
Ayrı-ayrı məhəllələrdə yaşadığı halda bu gün ölkəmizdə müxtəlif
Din və təriqətlərə mənsub insanlar bir küçədə, bir həyətdə, hətta
Bir evdə sərbəst yaşayır və bir-birilərinin bayramlarında, dini ayin
Və mərasimlərində bir ailə kimi yaxından iştirak edirlər. Onlar
Nəinki özlərini Azərbaycanda yad hiss etmir, hətta yerli əhali ilə
Qaynayıb-qarışaraq qohumluq əlaqəsi qururlar.
Azərbaycanda tolerantlıq ənənəsinin formalaşmasına və dini
Qruplar arasında möhkəm birliyin yaranmasına, sülh və barışın
Hakim olmasına, ölkə ərazisinin tez-tez xarici dövlətlərin işğalına
Məruz qalması və asılı vəziyyətə düşməsi böyük təsir göstərmişdir.
Azərbaycanın zəngin yerüstü və yeraltı təbii sərvətləri, mühüm
Geostrateji ərazisi daim xarici ölkələrdə maraq doğurmuş, qüdrətli
Dövlətlər zəngin təbii sərvətləri talan etmək, yerləşdiyi mühüm
Geostrateji mövqelərə sahib çıxmaq məqsədilə mütəmadi olaraq
Bu ölkəyə hücumlar etmişlər. Bölgədə yaşayan əhali dini
Baxışlarındakı fərqlərə baxmayaraq bu qüvvələrə qarşı daim birg
Mübarizə aparmışdır.
Hazırda Azərbaycan xalqının və dövlətinin qarşısında duran
əsas vəzifələrdən biri bu zəngin irsin və mədəniyyətin qorunub
Saxlanılması, gələcək nəsillərə çatdırılmasıdır. Müasir dövrdə
tolerantlıq Azərbaycanın əvəzsiz, dünyanın bir çox ölkələrinin
həsəd apardığı milli-mənəvi sərvətinə çevrilmişdir. Bu ənənənin
zəiflədilməsinə yönələn bütün cəhdlərin qarşısı dövlət tərəfindən
davamlı olaraq alınır. Bu işdə dövlət qurumları ilə yanaşı ictimai
təşkilatlar da aktiv iştirak etməlidirlər.