MüqaviLƏ layihə : heydəR Əliyev adina beynəlxalq aeroport müqaviLƏNİn nöVÜ



Yüklə 81,96 Kb.
səhifə28/47
tarix02.01.2022
ölçüsü81,96 Kb.
#44372
1   ...   24   25   26   27   28   29   30   31   ...   47
New Microsoft Word Document

7.1.Müvəqqəti Qəbul


Müvəqqəti qəbul heyətinin tikinti meydançasında olacağı tarix, SUBPODRATÇI`ya yazılı olaraq, faks, elektron poçt vasitəsi ilə əvvəlcədən bildirilməlidir. Müvəqqəti Qəbul işlərinin keçiriləcəyi tarix Müvəqqəti Qəbul Protokolunun Komissiya (PODRATÇI SİFARİŞÇİ, SİFARİŞÇİNİN NÜMAYƏNDƏSİ) tərəfindən imzalandığı tarixdir.

Müvəqqəti Qəbul komissiyası işlərin bu Müqavilə şərtlərinə, işçi layihələrə və texniki şərtnamələrə uyğun olub olmadığını tədqiq edib araşdırır, yoxlama zamanı keyfiyyətin müəyyən edilməsi üçün tələb edilən bütün sınaq və yoxlamalar SUBPODRATÇININ hesabına aparılır.

Müvəqqəti Qəbul üçün verilən yazılı xəbərdarlığa baxmayaraq müəyyənləşdirilən tarixdə SUBPODRATÇININ Müvəqqəti qəbul zamanı iş yerində olmadığı təqdirdə bu hal Müvəqqəti Qəbul Protokolunda qeyd edilir və Müvəqqəti Qəbul SUBPODRATÇInın iştirakı olmadan keçirdilir. SUBPODRATÇI onun qiyabında keçirilən müvəqqəti qəbulun nəticələrini qəbul etməyi öhdəsinə götürür və SUBPODRATÇI tərəfindən bu nəticələrdən irəli gələn etirazların etibarsız hesab edilməsini qəbul və bəyan edir.
Yoxlama nəticəsində Müvəqqəti Qəbula maneə törədən nöqsan və qüsurların mövcudluğu aşkar edildiyi təqdirdə, həmin qüsurların siyahısı tərtib edilir və PODRATÇI tərəfindən işləri təsdiqləyən daxili akta əlavə edilir, hər qüsurun qarşında onun düzəldilməsi üçün tələb edilən təxmini dəyərin iki qatı yazılandan sonra qüsurların aradan qaldırılması üçün müddət təyin edir.

Bu müddət, gecikmə müddətinə daxil deyildir. Lakin bu müddət ərzində nöqsan və qüsurlar aradan qaldırılmadığı təqdirdə bərpa olunmayan qüsurların aradan qaldırılması üçün nəzərdə tutulan məbləğ SUBPODRATÇININ muzdundan və ya təminatlarından PODRATÇININ bu müqavilənin 11.2.–ci bəndi ilə nəzərdə tutulan hüquqları qüvvədə olmaq şərti ilə kəsilir.



    1. Yüklə 81,96 Kb.

      Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin