887) Xroniki böyrək çatışmazlığının ilkin əlamətləri hansılardır?
A) Ürəkbulanma
B) Nikturiya
C) Arterial hipertoniya
D) Kreatininin səviyyəsinin artması
E) Anemiyanın artması
Ədəbiyyat: «Нефрология», Руководство для врачей., под ред. И.Е. Тареевой ,Москва, 2000 г.
888) Xroniki böyrək çatışmazlığının terminal mərhələsinə nə xarakterikdir?
A) Hiperurikemiya
B) Uremiya
C) Uraturiya
D) Uratlı nefropatiya
E) Urikozuriya
Ədəbiyyat: «Нефрология», Руководство для врачей., под ред. И.Е. Тареевой ,Москва, 2000 г.
889) Xroniki böyrək çatışmazlığı zamanı davamlı arterial təzyiq nə ilə əlaqədardır?
A) Depressor faktların artması
B) Bütün göstərilənlərlə
C) Na və suyun bədəndə ləngiməsi
D) Böyrək pressor faktların artması
E) Göstərilənlərin heç birisi ilə
Ədəbiyyat: "Dializ", M.Ağayev,S.Əliyev
890) Xroniki böyrək çatışmazlığı zamanı eritrositlərin yaşama müddətinin azalmasının səbəbi nədir?
A) Uremik qanaxma
B) Eritropoetinin yaranma səviyyəsinin enməsi
C) Dəyişmiş eritrositlərin əmələ gəlməsi
D) Bütün göstərilənlər
E) Sadalananların heç biri
Ədəbiyyat: «Нефрология», Руководство для врачей., под ред. И.Е. Тареевой ,Москва, 2000 г.
891) Xroniki böyrək çatışmazlığı zamanı sümük destruksiyasının erkən xüsusi rentgenoloji əlamətlərinin lokalizasiyası harada yerləşir?
A) Bud sümüyünün proksimal hissəsində
B) Döş-körpücük birləşməsində
C) Körpücük sümüyünün akromial ucunda
D) Bütün göstərilənlər
E) Biləklərdə və pəncələrdə
Ədəbiyyat: “Dializ", M.Ağayev,S.Əliyev
Dostları ilə paylaş: |