Nəzakət səLİmova


Azərbaycan Respublikasında konkret sahələr üzrə



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə31/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   ...   27   28   29   30   31   32   33   34   ...   60
Azərbaycan Respublikasında konkret sahələr üzrə 
Milli  Mühasibat  Uçotu  Standartları  müəyyən  edilmiş-
dir  ki,  bunlar  da  qanunvericiliklə  müəyyən  olunmuş 
aşağıdakı sahələri əhatə edir: 

 
Kommersiya  Təşkilatları  üçün  Milli  Mühasibat 
Uçotu Standartları;
 


67 
 

 
Büdcə  Təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu 
Standartları;  

 
Qeyri-hökumət  Təşkilatları  üçün  Milli  Mühasibat 
Uçotu Standartı ; 

 
Kommersiya  Təşkilatları  üçün  Milli  Mühasibat 
Uçotu Standartlarının tətbiqi üzrə şərhlər və tövsiyələr
İdarə,  müəssisə  və  təşkilatlarda  kargüzarlığın,  o 
cümlədən  işgüzar  yazışmaların  həyata  keçirilməsi  zamanı 
hüquqi  aktların  hazırlanması,  qəbul  olunması,  rəsmiləş-
dirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və 
sistemləşdirilməsi  qaydalarını  müəyyən  etmək  məqsədiilə 
21  dekabr  2010-cuiltarixli  21-IVKQ  nömrəli  Azərbaycan 
Respublikasının  Konstitusiya  Qanunu  ilə  «Normativ  hü-
quqi aktlar  haqqında»  Azərbaycan  Respublikasının Kons-
titusiya Qanunu qəbul edilmişdir.  
Qeyd  olunan  Qanuna  əsasən,  dovlət  orqanlarının, 
idarə, müəssisə və təşkilatlarının qəbul etdikləri aktlar qə-
bul  edilməsi  qaydası,    hüquqi  qüvvəsi  və  digər  əsaslara 
görə aşağıdakı qruplara bölünür:  
- normativ hüquqi aktlar; 
- qeyri-normativ hüquqi aktlar
- normativ xarakterli aktlar. 
          Normativ  hüquqi  aktların  növlərini  Azərbaycan 
Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə, hüquqi 
qüvvəsi  isə  Azərbaycan  Respublikası  Konstitusiyasının 
149-cu  maddəsinin  II-VI  hissələri,  eyni  zamanda  151-ci 
maddəsi dəqiq müəyyən edilir. 
           İşgüzar  yazışmaların  həyata  keçirilməsi  zamanı 
nəzərə almaq lazımdır ki,”Normativ hüquqi aktlar haqqın-
da” Azərbaycan Respublikasının Konstitusiyası Qanununa 
əsasən, referendumla qəbul edilmiş akt, qanun, fərman və 


68 
 
ya digər normativ hüquqi akt Azərbaycan Respublikasının 
Konstitusiyası  ilə  ziddiyyət  təşkil  etdikdə,  Azərbaycan 
Respublikasının Konstitusiyası, qanun, fərman və ya digər 
normativ  hüquqi  akt  referendum  aktı  ilə  ziddiyyət  təşkil 
etdikdə  referendum  aktı,  Azərbaycan  Respublikasının 
Mülki  Məcəlləsi  mülki  hüquq  normalarını  əks  etdirən  di-
gər  məcəllə  və  qanunlarla  ziddiyyət  təşkil  etdikdə  isə 
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  norma-
ları tətbiq edilir. 
          Normativ  hüquqi  aktların  ierarxiyası  nəzərə  alın-
maqla,  bu  poseslərin  məntiqi  davamı  kimi  fərman  və  ya 
digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə 
qanun, Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiy-
yəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiy-
yət təşkil etdikdə fərman, Mərkəzi icra hakimiyyəti orqan-
larının  normativ  hüquqi  aktları  Azərbaycan  Respublikası 
Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə isə 
sonuncunun  qərarı  tətbiq  edilir.  Nizamnamələrin,  əsasna-
mələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi 
qüvvəsi  onları  təsdiq  edən  normativ  hüquqi  aktın  hüquqi 
qüvvəsi ilə müəyyən edilir. 
        Qeyri-normativ  hüquqi  aktlara  gəldikdə  isə,  onlara 
qarşı  irəli  sürülən  başlıca  tələb  ondan  ibarətdir  ki,  onlar 
müvafiq  normativ  hüquqi  akt  əsasında  qəbul  edilməli, 
onun müvafiq normasına istinad edilməlidir. 
  
İşgüzar  yazışmaların  həyata  keçirilməsi  zamanı  bu 
tələblər nəzərə alınmalıdır.       
   
«Normativ  hüquqi  aktlar  haqqında»  Azərbaycan 
Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinə 
əsasən,  qeyri-normativ  hüquqi  aktlara  aşağıdakılar  da-
xildir: 


69 
 
-  Azərbaycan  Respublikası  Milli  Məclisinin  qərar-
ları;  
-  Azərbaycan  Respublikası  Prezidentinin  sərəncam-
ları; 
-  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
sərəncamları; 
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını 
həyata  keçirən  müvafiq  dövlət  idarəetmə  orqanlarının 
aktları; 
-  qeyd  olunan  maddənin  birinci  hissəsinə  uyğun 
olaraq  qeyri-normativ  hesab  edilən  digər  hüquqi  aktları 
daxil edir. 
        Yuxarıda  qeyd  olunan  Konstitusiya  Qanununa  əsa-
sən,  Azərbaycan  Respublikasının  normativ  xarakterli  akt-
ları aşağıdakılardır:  
-  Azərbaycan  Respublikası  Konstitusiyasının  130-
cu  maddəsinin  III  hissəsinə  əsasən  Azərbaycan  Respubli-
kası Konstitusiya Məhkəməsinin qərarları; 
-  Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komis-
siyasının  qəbul  etdiyi  qərarlar,  təlimatlar  və  verdiyi 
izahları; 
-Azərbaycan 
Respublikası  Mərkəzi  Bankının 
qərarları; 
- yerli özünüidarə orqanlarının qərarları; 
-  yerli  icra  hakimiyyəti  orqanlarının  qəbul  etdiyi 
qərarları. 
       
«Normativ  hüquqi  aktlar  haqqında»  Azərbaycan 
Respublikasının  Konstitusiya  Qanununun  müəyyən  etdiyi 
imperativ  qaydaya  əsasən,  normativ  xarakterli  aktlar 
onların icra olunmamasına görə  məsuliyyət  müəyyən edə 


70 
 
bilməz, onlar müvafiq normativ hüquqi akt əsasında qəbul 
edilməli, onun müvafiq normasına istinad etməlidir. 
Digər bir mühüm tələb ondan ibarətdir ki, Konstitu-
siya  Qanununun  4.1.1-ci  maddəsində  nəzərdə  tutulan 
normativ  xarakterli  aktlar  istisna  olmaqla,  digər  normativ 
xarakterli  aktlar  Azərbaycan  Respublikasının  normativ 
hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz. 
İşgüzar  yazışmalar  zamanı  onu  da  nəzərə  almaq 
lazımdır  ki,  Azərbaycan  Respublikasının  qüvvədə  olan 
qanunvericiliyinə  və  idarəçilik  orqanlarının  səlahiyyətlə-
rinə uyğun olaraq idarə etmə prosesində aşağıdakı norma-
tiv  hüquqi  və  normativ  xarakterli  aktlar  qəbul  olunur  ki, 
bunlar da onları qəbul edən subyektlərin hüquqi statusuna 
əsaslanır: 
       
1.  Azərbaycan  Respublikası  Konstitusiyasının  93-
cü  maddəsinə  uyğun  olaraq,  Milli  Məclisin  qanunlar  for-
masında  qəbul  etdiyi  və  tənzimlənməsi  Konstitusiyanın 
94-cü maddəsi və 95-ci maddəsinin II hissəsi ilə Azərbay-
can  Respublikası  Milli  Məclisinin  səlahiyyətlərinə  aid 
edilmiş ictimai münasibətləri nizama salan hüquqi aktlar. 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  norma-
tiv hüquqi aktlarına  yönələn  başlıca  tələb  ondan  ibarətdir 
ki, onlar qəbul olunduqda aktın istinad etdiyi Konstitusiya 
maddəsi və aktın həmin maddənin icrası məqsədi ilə qəbul 
olunduğu qeyd edilməlidir.   
      
2. Azərbaycan Respublikası Konstitusiyasının 109-
cuvə  113-cümaddələrinə  maddəsinə  uyğun  olaraq,  Prezi-
dentin  fərman  formasında  qəbul  etdiyi  normativ  hüquqi 
aktlar. 
         «Normativ  hüquqi  aktlar  haqqında»  Azərbaycan 
Respublikasının Konstitusiya Qanununa əsasən, Prezident 


71 
 
onun  səlahiyyətlərinə  aid  edilmiş  məsələlər  üzrə  fərman 
qəbul  edir.  Bu  fərmanlar  müvafiq  əsasnamələr,  nizamna-
mələr, qaydalar və norma nəzərdə tutan digəra aktlar təs-
diq edilir. Azərbaycan Respublikası Milli Məclisinin nor-
mativ hüquqi aktlarında olduğu kimi, Azərbaycan Respub-
likası  Prezidentinin  normativ  hüquqi  aktı  da  qəbul  olun-
duqda  aktın  istinad  etdiyi  Konstitusiyasının  maddəsi  və 
aktın  həmin  maddənin  icrası  məqsədi  ilə  qəbul  olunduğu 
qeyd edilməlidir. 
       
3. Azərbaycan Respublikası Konstitusiyasının 120-
ci maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan Res-
publikasının  Konstitusiyası  və  Azərbaycan  Respublikası 
Prezidentinin aktları əsasında və onların icrası məqsədi ilə 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin öz səlahiy-
yətlərinə  aid  edilmiş  məsələlər  üzrə  qərarlar  formasında 
qəbul etdiyi normativ hüquqi aktlar. 
        Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının 
Nazirlər  Kabineti  tərəfindən  qəbul  edilən  əsasnamələr, 
nizamnamələr, qaydalar və norma nəzərdə tutan digər akt-
lar  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərar-
ları ilə təsdiq edilir. Belə bir fakta diqqət yetirilməlidir ki, 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  habelə 
mərkəzi  icra  hakimiyyəti  orqanları  tərəfindən  həll  edilə 
bilməyən  məsələlər üzrə də normativ hüquqi aktlar qəbul 
etmək səlahiyyətinə malikdir. 
 Normativ  hüquqi  akt  Azərbaycan  Respublikasının 
Nazirlər  Kabineti  tərəfindən  qəbul  olunduqda,  bu  norma-
tiv  hüquqi  aktın  istinad  etdiyi  Azərbaycan  Respublikası 
Konstitusiyasının maddəsi və ya Azərbaycan Respublikası 
Prezidentinin aktı göstərilməli və həmin aktın icrası məq-
sədi ilə qəbul olunduğu qeyd edilməlidir. 


72 
 
Mərkəzi  icra  hakimiyyəti  orqanlarının  Azərbaycan 
Respublikası  Prezidentinin  aktları  ilə  nəzərdə  tutulmuş 
hallarda və hədlərdə, yalnız Azərbaycan Respublikası Pre-
zidentinin  aktları  ilə  onların  səlahiyyətlərinə  aid  edilmiş 
məsələlər  üzrə  qərarlar  formasında  qəbul  etdikləri  nor-
mativ hüquqi aktlar. 
 Mərkəzi  icra  hakimiyyəti  orqanları  tərəfindən  qə-
bul  edilən  təlimatlar,  əsasnamələr,  nizamnamələr  və  qay-
dalar da onların qərarları ilə təsdiq edilir.Normativ hüquqi 
akt  mərkəzi  icra  hakimiyyəti  orqanları  tərəfindən  qəbul 
olunduqda  bu  normativ  hüquqi  aktın  istinad  etdiyi  Azər-
baycan  Respublikası  Prezidentinin  aktı  göstərilməli  və 
həmin  aktın  icrası  məqsədi  ilə  qəbul  olunduğu      qeyd 
edilməlidir. 
     
5.  Naxçıvan  Muxtar  Respublikası  Konstitusiyasına 
əsasən  Naxçıvan  Muxtar  Respublikasının  müvafiq  dövlət 
orqanları  tərəfindən  öz  səlahiyyətləri  daxilində  qanunve-
riciliyə  uyğun  qəbul  edilən  normativ  hüquqi  aktlar. 
         İşgüzar yazışmaların əsasını təşkil edən normativ hü-
quqi aktlara dair ümumi tələblər mövcuddur ki, onlara ria-
yət  edilməsi  vacib  məsələlərdən  biridir.  Bu  tələblər  nor-
mativ  hüquqi  aktın  tərtib  edilməsi  üslubuna,  normaların 
yerləşdirilməsinin  ardıcıllığına,  normativ  hüquqi  aktın  la-
yihələrinin hazırlanması və razılaşdırılmasına, hüquqi eks-
pertizasına,  müvafiq  norma  yaratma  orqanlarına  təqdim 
edilməsinə,  normativ  hüquqi  aktın  rekvizitlərinə,  adına, 
struktur elementlərinə, onda dəyişiklik edilməsinin texniki 
parametrlərinə və sair elementlərə aid edilə bilər. Norma-
tiv hüquqi aktın tərtib edilməsi üslubu, belə aktların daxi-
lən uzlaşdırılmasını, məntiqli qurulmasını və norma yarat-
ma texnikasının uyğunluğunu nəzərdə tutur. 


73 
 
          Normativ  hüquqi  akta  dair  başlıca  tələblərdən  biri 
də ondan ibarətdir ki, normativ hüquqi aktın normaları ifa-
də  edilərkən  həm  həddindən artıq ümumiləşdirilmiş, həm 
də həddindən artıq təfərrüatlı ifadələrə, eləcə də eyni mə-
sələ ilə bağlı normativ göstərişlərin təkrarlanmasına və on-
ların çoxluğuna yol verilməməlidir. Eyni zamanda norma-
tiv  hüquqi  aktın  (onun  struktur  elementinin)  adı  yığcam 
olmalı, aydın ifadə  edilməli və  həmin aktın (struktur  ele-
mentinin)  əsas  mahiyyətini  əks  etdirməli,  normaları  yığ-
cam şəkildə, əsasən təsdiq formasında və indiki zamanda 
ifadə  edilməli,  aktın  mətnində  istifadə  edilən  termin  və 
anlayışlar aydın və birmənalı olmalı, əvvəl ümumi, sonra 
isə daha konkret müddəalar yerləşdirilməlidir. 
          Belə  bir  hala  da  diqqət  yetirilməlidir  ki,  normativ 
hüquqi aktların müxtəlif növlərinin layihələrinin hazırlan-
ması qaydasının xüsusiyyətləri, onlar üçün texniki-hüquqi 
tələblər,  habelə  bu  Konstitusiya  Qanunu  ilə  tənzimlən-
məmiş  digər  məsələlər  müvafiq  olaraq  Azərbaycan  Res-
publikasının Milli Məclisi və Azərbaycan Respublikasının 
Prezidenti  tərəfindən  təsdiq  edilən  qaydalarla  müəyyən 
edilir  və  normativ  hüquqi  aktların  layihələrinin  hazırlan-
ması  qaydası  norma  yaratma  fəaliyyətinin  subyektlərinin 
və norma yaratma orqanlarının hüquqlarını məhdudlaşdıra 
bilməz.
EMƏTLƏR
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin