Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə39/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   ...   35   36   37   38   39   40   41   42   ...   60
          «Normativ  hüquqi  aktlar  haqqında»  Azərbaycan 
Respublikasının Konstitusiya Qanununun 20-ci maddəsinə 
uyğun olaraq, mərkəz icra hakimiyyəti orqanları normativ 
hüquqi aktlar qəbul edirlər. Həmin normativ hüquqi aktlar 
Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə 
tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan Respub-
                                                           
11
 Bax: 7 yanvar 2009-cu il, № 4) // Azərbaycan Respublikasının Qanunve-
ricilik Toplusu.- 2009. №1.5;
 
12
 Bax: 8 yanvar 2009-cu il, № 5) // Azərbaycan Respublikasının Qanunve-
ricilik Toplusu.- 2009.- № 1. 6 və s.
 


80 
 
likası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid 
edilmiş məsələlər üzrə qəbul edilə bilər.           
   
Qanunun tələbinə əsasən, mərkəzi icra hakimiyyəti 
orqanlarının  normativ  hüquqi  aktları  qərarlar  formasında 
qəbul edilir.Həmin qərarlarla  eyni zamanda,  mərkəzi  icra 
hakimiyyəti  orqanları  tərəfindən  qəbul  edilən  təlimatlar, 
əsasnamələr,  nizamnamələr  və  qaydalar  da  təsdiq  edilir. 
Bu  normativ  hüquqi  aktlara  yönələn  başlıca  tələblərdən 
biri  də  ondan  ibarətdir  ki,  normativ  hüquqi  akt  mərkəzi 
icra  hakimiyyəti orqanları tərəfindən qəbul  olunduqda  bu 
normativ  hüquqi  akt  istinad  etdiyi  Azərbaycan  Respub-
likası Prezidentinin aktı göstərilməli və həmin aktın icrası 
məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir. 
          Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul 
edilən təlimatlar, əsasnamələr, nizamnamələr və qaydalar-
da  onların  qərarları  ilə  təsdiq  edilir.Normativ  hüquqi  akt 
mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul olun-
duqda bu normativ hüquqi aktın istinad etdiyi Azərbaycan 
Respublikası  Prezidentinin  aktı  göstərilməli  və  həmin 
aktın  icrası  məqsədi  ilə  qəbul  olunduğu  mütləq  qeyd 
edilməlidir.
 
Aşağıdakılar  mərkəzi  icra  hakimiyyəti  orqanları 
tərəfindən qəbul edilən qərarlara aid edilə bilər: 
     
“Nəqliyyat  vasitələri  sürücülərinin  hazırlanması, 
sürücülük  vəsiqəsi  almaq  istəyən şəxslərdən  imtahanların 
qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdi-
rilməsi və qaytarılması qaydaları haqqında” Təlimatın təs-
diq edilməsi barədə  Daxili İşlər  Nazirliyinin  2012-ciil 04 
avqust tarixli Q16-001-12 saylıQərarı; 
Bəzi hallarda mərkəzi icra hakimiyyəti orqanları bu 
və ya digər məsələnin həlli və tənzimlənməsi məqsədi ilə 


81 
 
birgə qərarlar qəbul edirlər. Məsələn, Azərbaycan Respub-
likasında  məhkəmə  -  tibbi  ekspertizaların  təşkili  və  keçi-
rilməsi  haqqında  Əsasnamə  buna  misal  ola  bilər.Həmin 
qərar  Səhiyyə  Nazirliyinin  prokurorluq  və  daxili  işlər 
orqanları rəhbərlərinin birgə əmri ilə təsdiq olunur.  

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin