Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə41/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   ...   37   38   39   40   41   42   43   44   ...   60
Şikayət  -  dövlət  orqanlarına  və  vəzifəli  şəxslərə 
pozulmuş  hüquqların  bərpası  tələbi  ilə  verilmiş  müraciət 
formasıdır. 
 
Təklif - fəaliyyətin səmərəliliyini, işin keyfiyyətini, 
artırmaq  məqsədi  ilə  fiziki  və  hüquqi  şəxslər  tərəfindən 
idarəetmə  orqanlarına,  tabe  təşkilatlara,  ictimai  birliklərə, 
Qeyri Hökumət təşkilatlarına və s. edilən müraciət forma-
sıdır.  Təkiliflər  elm,  səhiyyə,  hüquq,  istehsal  və  digər 
sahələrə tətbiq edilə bilər.   


83 
 
Hakimiyyət orqanlarının vəzifəli şəxsləri hüquqi və 
fiziki  şəxslər  tərəfindən  göndərilmiş  ərizə  və  şikayətlərə 
baxarkən,  daxil  olmuş  müraciətin  (ərizə,  şikayətin,  təkli-
fin)mahiyyətini  araşdırmalıdır;  müəyyən  olunmuş  müd-
dətdə  verilmiş  müraciətə(ərizə,  şikayət,  təklif)  baxılması-
nın  nəticələri  haqqında  vətəndaş  yazılı  şəkildə  məlumat-
landırılmalı, dövlət hakimiyyət orqanları və məsul vəzifəli 
şəxslər  tərəfindən  qəbul  edilmiş  qərarlar  düzgün  yerinə 
yetirilməsi təmin olunmalıdır. 
 
Müraciətlərdə  (ərizə,  şikayət,  təkliflər)  göstərilən 
məsələlərə baxılıb, ona cavab  əsaslandırılmış  cavab veril-
dikdə  həmin  müraciət  baxılmış  hesab  edilməlidir.  Vətən-
daşa göndərilmiş cavab məktubu müraciət olunan orqanın 
məsul şəxsi tərəfindən imzalanıb, möhürlənməlidir. 
 
Dövlət orqanında, idarə və müəssisələrdə vətəndaş-
ların ərizə, şikayət və təkliflərin qəbulu bürosu yaradılmış-
dır.  Həmin  şöbədə  vətəndaşların  müraciətlərinin  (ərizə, 
şikayət və təkliflərinin) qəbul olunması, qeydə alinması və 
icrasına nəzarət edilməsi təmin olunur.  
Daxil olan müraciətlər tərtib olunmuş xüsusi jurnal-
da qeydə alinmaqla, hər bir müraciət üçün 2 nüxsədə kar-
toçka  tərtib  olunur,  biri  əlifba  sırası  ilə,  icra  uçotu  üzrə 
uçot nəzarət kartoçkasında yerləşdirilir, ikincisi isə sənəd-
lərlə birlikdə müvafiq şöbələrə göndərilir. 
Qəbula gələn vətəndaşların  müraciətləri üzrə  qəbul 
olunmuş  qərarların  uçotu  xüsusi  aparılır.  Daxil  olunmuş 
müraciətə  15  gün  müddətinədək  baxılmalıdır.  Əgər  əlavə 


84 
 
sənədlərin  öyrənilməsi  lazım  gələrsə  lazım  olan  material-
ları tələb etmək və baxış keçirmək üçün baxılma müddə-
tini bir ay uzatmaq olar. 
 
Hərbi qulluqçuların və onların ailə üzvlərinin müra-
ciətlərinə  daxil  olduğu  gündən  etibarən  ən  geci  15  gün 
müddətinə baxılmalıdır. 
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin