243
«Məsihdə azad yaşamaq». Məsihdə azadlığı əldə saxlamaq üçün
biz sizə aşağıdakıları da ciddi tövsiyə edirik.
1. Sevən, qayğınıza qalan, Allahın həqiqətinin lütf ilə öyrədildiyi,
başqaları ilə açıq və səmimi ola bildiyiniz məbədə qoşulun.
2. Gündəlik Kəlam oxuyun və üzərində fikirləşin. «Məsihdə azad-
lıq addımları»ndan aparıcı ayələri əzbərləyin. Siz «Həqiqət
bəyanatlarını» (2-ci addıma baxın) gündəlik oxuya və xatırla-
nan ayələri tədqiq edə bilərsiniz.
3. Hər bir düşüncəni əsir edib Məsihə itaət etdirməyi öyrənin.
Düşündüyünüz şeylərə görə məsuliyyət daşıyın. Ağlınızın
süstləşməsinə imkan verməyin. Bütün yalanları rədd edin, fik-
rinizi həqiqətdə cəmləməyə qərar verin və Məsihdə Allahın
övladı olduğunuz həqiqi kimliyinizdə möhkəm dayanın.
4. Keçmiş düşüncə, hiss və hərəkət tərzlərinizə qayıtmayın. Əgər
ruhən və əqlən tənbəlləşsəniz, bu, asanlıqla baş verə bilər.
Əgər həqiqətə görə həyat sürmək sizin üçün çətin gələrsə, si-
zin üçün dua edəcək və möhkəm qalmaqda sizi ruhlandıracaq
etibarlı dostunuzla çətinliklərinizi açıqcasına bölüşün.
5. Amma başqa insanların sizin döyüşünüzü aparacağını
gözləməyin. Onlar sizə kömək edə bilər, amma onlar düşünə,
dua edə, Müqəddəs Kitabı oxuya və ya həqiqəti sizin üçün
seçə bilməz.
6. Özünüzü gündəlik duaya həsr edin. Dua Allaha etibar edən və
Ondan asılı olan həyatı nümayiş etdirir. Sizə lazım gələn vaxt-
da aşağıdakı duaları imanla edə bilərsiniz. Qoy sözlər yalnız
dodaqlarınızdan deyil, ürəyinizdən də gəlsin və onlara özünüz
istədiyiniz sözləri əlavə edə bilərsiniz.
Gündəlik dua və bəyanat
Əziz göylərdə olan Atam, mən Səni Rəbbim kimi
izzətləndirirəm və hörmət edirəm. Sən bütün şeylərə
nəzarət edirsən. Həmişə mənimlə olduğuna və
heç vaxt atmadığına və tərk etmədiyinə görə Sənə
minnətdaram. Bütün güc-qüvvətə malik olan və müd-
244
Buxovları qıran
rik Allah yalnız Sənsən. Sən xeyirxahsan və həmişə
sevənsən. Mən Səni sevirəm, Məsihlə birləşdiyimə və
Onda ruhani sağ olduğuma görə Sənə minnətdaram.
Mən dünyanı və onda olan şeyləri sevməməyi qərara
gəlirəm, cismani təbiəti və onun bütün ehtiraslarını
çarmıxa çəkirəm.
İndi Məsihdə olan həyatıma görə Sənə minnətdaram.
Günaha «yox», Sənə isə «bəli» deyə bilmək üçün məni
Müqəddəs Ruhun ilə doldur. Mən bütünlüklə Səndən
asılı olduğumu bəyan edirəm, şeytana və bütün yalan-
larına qarşı dururam. Hisslərimin mənə dediklərinə
baxmayaraq, Allah Kəlamının həqiqətinə inanmağa
qərar verirəm. Mən ruhdan düşməyəcəyəm; Sən bütün
ümid mənbəyi olan Allahsan. Sənin üçün heç bir şey
çətin deyil. Mən arxayınam ki, Sənin Kəlamına uy-
ğun tərzdə yaşamağa çalışdıqca bütün ehtiyaclarımı
ödəyəcəksən. Məni möhkəmləndirən Məsih vasitəsilə
hər şəraitdə razı qala bildiyimə və məsuliyyətli həyat
yaşa bildiyimə görə Sənə minnətdaram.
Mən indi şeytana qarşı dayanıram, ona və bü-
tün murdar ruhlarına məndən uzaqlaşmağı əmr
edirəm. Mən Allahın verdiyi bütün zireh və silah-
lara bürünməyə qərar verirəm ki, şeytanın bütün
hiylələrinə qarşı dayana bilim. Mən öz bədənimi diri
və müqəddəs qurban kimi Allaha təqdim edirəm və
Allahın diri Kəlamı ilə ağlımın yeniləşməsinə qərar
verirəm. Belə etməklə mənim üçün Allahın iradəsinin
yaxşı, razı salan və kamil olduğunu təsdiqləyə
biləcəyəm. Rəbbim və Xilaskarım İsa Məsihin adlı ilə
dua edirəm. Amin.
Yatmazdan qabaq dua
Rəbbim, Sənə minnətdaram ki, məni Öz ailənə
gətirmisən və mənə səmadakı hər cür ruhani nemətlə
İsa Məsihdə xeyir-dua vermisən. Yuxu vasitəsilə bu
Məsihdə azadlıq addımları
245
yeniləşmə və təravətlənməyə görə Sənə minnətdaram.
Mən bunu övladların üçün olan xeyir-dualardan biri
kimi qəbul edirəm, yatarkən ağlımı və bədənimi qoru-
mağı Sənə etibar edirəm.
Gün ərzində Sənin və həqiqətin haqqında
fikirləşdiyim kimi, yatarkən də həmin yaxşı
düşüncələrin ağlımda davam etməsinə qərar verirəm.
Yatarkən mənə hücum etmək istəyən şeytanın və
cinlərinin hər bir cəhdinə qarşı müdafiə üçün özümü
Sənə tapşırıram. Vahiməli yuxulardan ağlımı qoru.
Mən bütün qorxuları inkar və rədd edirəm, eləcə də
bütün qayğı yükümü Rəbbim, Sənə ötürürəm. Səni qa-
yam, sığınacağım və möhkəm qalam kimi qəbul edərək
özümü Sənə tapşırıram. Qoy Sənin sülhün indi bu
istirahət yerinə gəlsin. Rəbb İsa Məsihin güclü adı ilə
dua edirəm. Amin.
Evi/mənzili/otağı pak etmək üçün dua
Yanlış ibadətin bütün əşyalarını çıxardıqdan və dağıtdıqdan son-
ra lazım gələrsə, hər bir otaqda bu duanı ucadan edin:
Göylərdə olan Atam, mən Sənin göyün və ye-
rin Rəbbi olduğunu bəyan edirəm. Öz ali gücündə
və sevgində həzz almaq üçün bütün şeyləri mənə
vermisən. Yaşamaq üçün bu yeri mənə verdiyinə görə
çox sağ ol. Mən evimi özüm və ailəm üçün ruhani
təhlükəsiz bir yer kimi bəyan edirəm və düşmənin
bütün hücumlarından müdafiə etməyi Səndən xahiş
edirəm. Mən dirilmiş və göylərdə Məsihlə birgə otur-
muş Allahın övladı kimi keçmişdə və ya hal-hazırda
yaşayanların, eləcə də mənim fəaliyyətlərimə görə
bu evdə özü üçün yer istəyən hər bir şər ruha çıxıb
getməyi və bir daha geri qayıtmamağı əmr edirəm.
Mən bu yerə qarşı edilmiş bütün lənətləri və caduları
inkar və rədd edirəm. Göylərdə olan Atam, Səndən
246
Buxovları qıran
xahiş edirəm ki, düşmənin içəri girib mənim və ailəm
üçün Sənin məqsədlərini pozmaq cəhdlərindən qoru-
mağa görə öz müqəddəs döyüşkən mələklərini bu ye-
rin ətrafına gözətçi kimi qoyasan. Rəbbim, bunu Rəbb
İsa Məsihin adı ilə etdiyinə görə Sənə minnətdaram.
Amin.
Qeyri-məsihçi mühitində yaşamaq üçün dua
Yanlış ibadətin bütün əşyalarını çıxardıqdan və dağıtdıqdan son-
ra yaşadığınız yerdə bu duanı ucadan edin:
Göylərdə olan Atam, yaşamağa və yatmaq vasitəsilə
yeniləşməyə görə yer verdiyin üçün çox sağ ol. Mənim
üçün otağımı (və ya bu otağın bir hissəsini) ruha-
ni təhlükəsiz bir yer kimi ayırmağını Səndən xahiş
edirəm. Mən başqa sakinlər tərəfindən yalançı allah-
lara və ya ruhlara verilən sadiqliyi inkar və rədd
edirəm. Mən keçmişdə və hal-hazırda bu otaqda
yaşayanların, mən də daxil olmaqla fəaliyyətlərinə
əsaslanmış şeytanın bütün iddialarını inkar və rədd
edirəm. Allahın övladı olduğuma, eləcə də göydə
və yerdə bütün səlahiyyətlərə malik olan Məsih ilə
həmvaris olduğuma əsasən şər ruhlara bu yeri tərk
etmələrini və bir daha qayıtmamalarını əmr edirəm.
Göylərdə olan Atam, Səndən xahiş edirəm ki, bura-
da yaşadığım müddətdə məni qorumaq üçün müqəddəs
döyüşkən mələklərini göndərəsən. İsanın qüdrətli adı
ilə dua edirəm. Amin.
Həqiqətdə gəzməkdə davam edin, belə ki kimliyiniz və
dəyəriniz Məsihdə kim olduğunuzdan irəli gəlir. Ağlınızı həqiqət
ilə yeniləşdirin, belə ki sizin qəbul edilməniz, təhlükəsizliyiniz
və əhəmiyyətiniz yalnız Məsihdədir.
Biz sizə məsləhət görürük ki, siz aşağıdakı həqiqətlər üzərində
gündəlik fikirləşəsiniz, növbəti həftələr ərzində səhər və axşam
Məsihdə azadlıq addımları
247
bütün siyahını ucadan oxuyasınız. Oxuduğunuz barəsində düşü-
nün və ürəyinizin həqiqətdə şadlanmasına imkan verin.
Məsihdə
Mən bu yalanı, yəni rədd edilmiş, sevilməmiş, çirkin və ya
eyibli olduğumu inkar və rədd edirəm, çünki Məsihdə mən
bütünlüklə qəbul edilmişəm. Allah deyir…
Mən Allahın övladıyam (Yəhya 1:12).
Mən Allahın dostuyam (Yəhya 15:15).
Mən saleh sayılmışam (Roma. 5:1).
Mən Rəbb ilə birləşmişəm və ruhən Onunla bir olmu-
şam (1 Kor. 6:17).
Mən baha qiymətə satın alınmışam: mən Allaha
məxsusam (1 Kor. 6:19, 20).
Mən Məsihin bədəninin bir üzvüyəm (1 Kor. 12:27).
Mən müqəddəslərdən biriyəm (Efes. 1:1).
Mən Allah tərəfindən övladlığa götürülmüşəm (Efes. 1:5).
Mənim Müqəddəs Ruh vasitəsilə Allaha birbaşa çıxışım
var (Efes. 2:18).
Mənim bütün günahlarım bağışlanıb (Kolos. 1:14).
Mən Məsihdə tamamlanmışam (Kolos. 2:10).
Mən bu yalanı, yəni təqsirkar, müdafiəsiz, kimsəsiz və ya
atılmış olduğumu inkar və rədd edirəm, çünki Məsihdə tamamilə
müdafiə olunuram. Allah deyir…
Mən əbədi olaraq məhkumiyyətdən azadam
(Roma. 8:1, 2).
Mən əminəm ki, hər şey birlikdə xeyrimə işləyir
(Roma. 8:28).
Mən əleyhimə edilən bütün ittihamlardan azadam
(Roma. 8:31-34).
Mən Allahın məhəbbətindən ayrıla bilmərəm
(Roma. 8:35-39).
248
Buxovları qıran
Mən Məsihə möhkəm bağlanmışam, məsh olunmuşam
və Allah tərəfindən möhürlənmişəm
(2 Kor. 1:21, 22).
Mən arxayınam ki, məndə xeyirli işə başlayan Allah
bunu başa çatdıracaq (Filip. 1:6).
Mən səma vətəndaşıyam (Filip. 3:20).
Mən Məsihlə birlikdə Allahda saxlanılmışam
(Kolos. 3:3).
Mənə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-
kamallı olmaq ruhu verilmişdir (2 Timotey 1:7).
Mən ehtiyac vaxtında kömək üçün lütf və mərhəmət
tapa bilərəm (İbr. 4:16).
Mən Allahdan doğulmuşam və şər olan mənə toxuna
bilməz (1 Yəhya 5:18).
Mən bu yalanı, yəni dəyərsiz, zəif, aciz və ya ümidsiz ol-
duğumu inkar və rədd edirəm, çünki Məsihdə mənim böyük
əhəmiyyətim var. Allah deyir…
Mən yer üzünün duzuyam və dünyanın nuruyam
(Matta 5:13, 14).
Mən İsanın, həqiqi meynənin budağıyam, Onun həyatı
məndən axır (Yəhya 15:1, 5).
Mən bəhrə vermək üçün Allah tərəfindən seçilib təyin
edilmişəm (Yəhya 15:16).
Mən Məsihin Ruhla qüvvətlənmiş şəxsi şahidiyəm
(Həv. İş. 1:8).
Mən Allahın məbədiyəm (1 Kor. 3:16).
Mən Allahın barışdırma xidmətçisiyəm.
(2 Kor. 5:17-21).
Mən Allahla birgə işləyirəm (2 Kor. 6:1).
Mən Məsihlə birlikdə səmada oturmuşam (Efes. 2:6).
Mən Allahın əsəriyəm, yaxşı əməllər üçün yaradılmı-
şam (Efes. 2:10).
Məsihdə azadlıq addımları
249
Mən Allaha cəsarət və etibarla yaxınlaşa bilərəm
(Efes. 3:12).
Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm
çatır! (Filip 4:13).
Mən böyük «Mənəm» deyiləm, amma hər nəyəmsə,
Allahın lütfü ilə eləyəm.
(Çıxış 3:14; Yəhya 8:24, 28, 58; 1 Kor. 15:10).
Başqalarından bağışlanmağınızı istəmək
Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin
zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti
var, qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə
qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim
et. Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o, səni
hakimə, hakim də səni mühafizəçiyə verməsin və zin-
dana atılmayasan. Sənə doğrusunu deyirəm: axırıncı
qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.
(Matta 5:23-26).
Bağışlanmanı istəməyin səbəbi
Matta 5:23-26 bağışlanmağı istəməkdə aparıcı hissədir. Bu
ayələrdə bəzi məqamlar vurğulanmalıdır. Allahın qarşısına qurban
təqdim etməyə gələn şəxsin yadına düşür ki, kiminsə ona qarşı
bir şikayəti var. İnsanın etdiyi səhv şeyi yadına salan Müqəddəs
Ruhdur.
Yalnız başqa adamı incitmiş hərəkətlər onlara etiraf edilməlidir.
Əgər sizin ürəyinizdə kiməsə qarşı paxıl, ehtiraslı və ya hirsli
düşüncələr varsa və həmin insanlar bunu bilmirlərsə, onlar yalnız
Allaha etiraf edilməlidir.
Günahınıza görə əvəzi ödənilməli bir şey olduqda bu prinsipin
müstəsna halı yaranır. Nəyisə oğurlamısınızsa və ya sındırmısı-
250
Buxovları qıran
nızsa, kiminsə nüfuzuna xələl gətirmisinizsə və sairə, onda siz
həmin insanın, hətta o insanın sizin etdiyiniz işdən xəbəri olmasa
da, yanına getməlisiniz və məsələni həll etməlisiniz.
Bağışlanmanı istəmək prosesi
1. Etdiyiniz səhv şeyi və onu nəyə görə etdiyinizi yazın.
2. Sizə qarşı hər nə ediblərsə, onları artıq bağışladığınıza
əmin olun.
3. Onlardan sizi bağışlamalarını dəqiq necə soruşacağı-
nız barəsində düşünün. Əmin olun ki:
a. Öz hərəkətinizin «səhv» olduğunu vurğulayasınız.
b. Etdiyiniz hərəkətdə xüsusi olasınız və etiraf
edəsiniz.
c. Özünüzü müdafiə etməyəsiniz və ya bəhanə
gətirməyəsiniz.
d. Başqa adamları günahlandırmayasınız və onların
sizdən üzr istəmələrini gözləməyəsiniz və tələb
etməyəsiniz.
e. Sizin etirafınız birbaşa suala gətirib çıxarmalıdır:
«Məni bağışlayarsanmı?»
4. İncitdiyiniz insana yaxınlaşmaq üçün münasib yeri və
münasib vaxtı tapın.
5. Əgər mümkündürsə, insandan üzbəüz bağışlanmanı-
zı xahiş edin, amma burada bir müstəsna hal var:
əgər bağışlanmanızı istədiyiniz insanların sizə zərər
yetirmək ehtimalı olarsa, oraya tək getməyin.
6. Başqa ünsiyyət vasitəsinin mümkün olmadığı halı
istisna etməklə məktub yazmayın, çünki məktub
asanlıqla səhv oxuna və ya səhv başa düşülə bilər;
Məsihdə azadlıq addımları
251
məktubu lazım olmayan adam oxuya bilər (inciklik və
ya etiraf ilə heç bir əlaqəsi olmayanlar); məktub ləğv
edilməli olduğu halda, saxlanıla bilər.
7. O biri şəxsin sizi bağışlamasından asılı olmayaraq,
bağışlanmanı səmimi qəlbdən istədikdən sonra siz
azadsınız (Roma. 12:18).
8. Bağışlanmadan sonra Allaha ibadət etməklə Onunla
ünsiyyətdə olun (Matta 5:24).
14
Məsihdə azadlıq tapmaları
üçün başqalarına kömək
etmək
İnsanların Məsihdə azadlıq tapmaları haqqında bəzi şəhadətlikləri
bölüşdükdən sonra bir qadın: «Sən cin qovansan?» — deyə, so-
ruşdu.
«Xeyr, mən cin qovan deyiləm» — deyə, cavab verdim. «Mən
cin qovan adlı peşənin olduğunu düşünmürəm və heç cin qovmaq
ənamının olduğuna da inanmıram. Mən, sadəcə, Məsihdə qayğı-
keş bir qardaşam.»
Neçə illər boyunca minlərlə insanın Məsihdə azadlıq tapmasını
görmək mənə nəsib olub. Mən inanıram ki, başqalarına şəxsi və
ruhani münaqişələrini həll etməkdə göstərdiyim yardımı istənilən
əsl məsihçi, xüsusilə, pastorlar və məsləhətçilər də edə bilər.
Başqalarına Məsihdə azadlıqlarını tapmağa kömək etmək xüsusi
ənamın tətbiq edilməsini tələb etmir; bu, həqiqətin sevgi ilə tətbiq
edilməsini tələb edir.
Bizim xidmətimiz bütün dünyada minlərlə məsihçiləri öyrədib.
Sizin pastor və ya məsləhətçi kimi «peşəkar» köməkçi, yaxud
Allah tərəfindən istifadə olunmağı arzulayan adi məsihçi olma-
ğınızdan asılı olmayaraq, bu fəsildə başqalarına necə kömək edə
biləcəyiniz haqqında sizə qısaca məlumat verəcəyəm. Mənim ta-
nıdığım bir məbəddə yüzlərlə insanları Məsihdə azad edən «Azad-
lıq xidməti» var, burada xidmətlərin çoxu təlim almış adi insanlar
Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
253
tərəfindən göstərilir. Hansı mövqedə olmağınızdan asılı olmaya-
raq, növbəti səhifələr sizə xidmət üçün bir neçə əməli və əsas
qaydalar verəcək.
11
R
uhani münaqişənin həlli prinsipləri
İnsanların həyatları evlərə bənzəyir. Təsəvvür edin ki, ailə zibili
aylarla evdən kənara tullamayıb, yemək və içkilərini yerə dağıdıb
və yığışdırmayıblar. Belə ev çoxlu sayda milçəkləri cəlb edəcək.
Mən düşünmürəm ki, bu problemi həll etmək üçün milçəklərin
uçuş tərzlərini tədqiq etmək, adlarını və həşəratların təsnifatında
hansı sinfə aid olduğunu təyin etmək vacibdir. Düzdür, mənim
xəbərim olmasa da, bəlkə bunları öyrənməyin hansısa dəyəri ola
bilər, amma cavab, əsasən, milçəklər və onlardan azad olmaq haq-
qında bilik əldə etməkdə deyil. Buna oxşar olaraq, həyatlarımızda
«milçəklərə» diqqətimizi cəmləmək şeytanın bizim üçün plan cız-
masına və əsl məsələdən, yəni zibilliyi tullamaqdan fikrimizi ya-
yındırmasına yol verməkdir. Allaha iman etmək və tövbə etmək
cavab olub, eləcə də bu, hal-hazırkı məbəd dövründə cavab olmaq-
da davam edəcək.
Şəxsi və ruhani münaqişələri həll etmək üçün biz Allahın Ecaz-
kar Məsləhətçi olduğunu və eləcə də Onun insana hərtərəfli (əqli,
emosional, ruhani) xidmət edəcəyini və hər bir şeyi nəzərə ala-
11 Məsləhətvermə bölməsinə belə yanaşmanın teoloji əsasına və əməli tətbiqinə
dair daha ətraflı müzakirə üçün « Helping Others Find Freedom in Christ»
(«Başqalarına Məsihdə azadlıq tapmaları üçün kömək etmək») ( Regal
Books) kitabımı oxumağı tövsiyə edirəm. Mərhələdən addımbaaddım keçməyə
yol göstərən video bölmələr var. Peşəkar məsləhətçilər və terapevtlər üçün
iki peşəkar terapevt, Terri və Culi Zulk ilə birlikdə müəlliflik etdiyim «Christ-
Centered Therapy» («Məsihə əsaslanmış müalicə») kitabımı məsləhət
görərdim. Bu kitab teologiyanı və psixologiyanı bütöv halda verir. Bu, eləcə
də dəyərlər, dünyagörüşü, metodologiya, strategiya və peşəkar məsləhətçi ilə
məbəd arasında münasibətə toxunur.
254
Buxovları qıran
cağını başa düşməliyik. Məsihçinin nadir hallarda sadəcə ruhani
problemi və ya psixoloji problemi olur. Allah bizimlə hərtərəfli
ünsiyyət qurur və hər bir şeyi nəzərə alır.
Münaqişənin həllinin ruhani tərəfi üçün nəzərdə tutduğumuz
dörd prinsipi sizə təklif edirəm:
1. Biz qaranlıq padşahlığına qarşı durmaq metodologiya-
mızı, əsasən, Müjdələrdən və Həvarilərin İşlərindən deyil,
məktublardan götürməliyik.
Bəzi insanların cini qovma metodologiyalarını Müjdələrdən
və Həvarilərin İşlərindən götürmələrini asanlıqla başa düşmək
olur, çünki şeytanı qovmaq nümunələri üçün onlar yeganə eti-
barlı mənbədir. Niyə də İsanın və şagirdlərinin nümunələrini
izləməyək? Onların nümunələri Allahın padşahlığı ilə qaranlıq
padşahlığı arasında olan döyüşü aydın şəkildə aşkar edir və İsanın
«iblisin əməllərini puça çıxarmaq» (1 Yəhya 3:8) üçün gəldiyini
sübut edir. Amma Müjdələr Məsihin çarmıxdan əvvəlki həyatı və
xidməti haqqında yazır. «Göydə və yer üzündə» bütün səlahiyyət»
hələ Ona verilməmişdi (Matta 28:18). Şeytan məğlub edilməmişdi
və tərki-silah olunmamışdı (Kolos. 2:15). Buna görə, şeytana və
onun cinlərinə qarşı durmaq üçün səlahiyyətlə təmin edilmiş xü-
susi bir şəxs tələb olunurdu. Ona görə də «İsa On İki Şagirdi
yanına çağırıb bütün cinlər üzərində və xəstəliklərə şəfa vermək
üçün onlara qüdrət və səlahiyyət verdi» (Luka 9:1).
Bütün ənənəvi sistematik teologiyalar köhnə əhd (qanun) ilə
yeni əhd (lütf) arasındakı aydın fərqləri öyrədir. Məsih qanun
dövründə yaşamışdır. Yeni əhd Onun ölümü və dirilməsinə qədər
mövcud deyildi. Bu, o deməkdir ki, qanun altında doğulmuş
Məsih, eləcə də, qanun altında yaşamalı idi. İsa dedi: «Sanma-
yın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün
gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün
gəldim» (Matta 5:17).
Məsələn, əgər sizin ictimaiyyətinizdə yaşayan varlı bir rəhbər
sizdən əbədi həyatı necə əldə etmək barədə soruşsaydı, əmrlərə
riayət etməyi ona deyərdinizmi? İsa varlı olan cavan bir rəhbərə
Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
255
belə yol göstərmişdir (Matta 19:16, 17). Çarmıxdan əvvəl qanun
altında olarkən Allahın seçilmiş xalqı Allaha olan imanlarını qa-
nuna əsasən yaşamaqla nümayiş etdirmişdilər. Amma çarmıxdan
sonra lütf altında olarkən siz belə insana müjdəni bəyan etmək
istərdiniz. Aydındır ki, bizim müjdəçiliyə yanaşmağımız Pente-
kost günündən sonra dəyişilib, beləcə də ruhani münaqişələri həll
etməyimiz dəyişilib.
Həvarilərin İşləri kitabı çarmıx ilə Müqəddəs Yazıların bir
yerə yığılması arasında keçid dövrünün tarixi bir yazısıdır. Bu
vacib kitabdan nə qədər metodologiya və teologiya götürməli
olduğumuz haqqında məsihçilər arasında bəzi fikir ayrılıqları var.
Bu səbəbdən də mən məsləhət görərdim ki, cinlərin qovulma-
sı barəsində metodologiya üçün yeganə əsas kimi Həvarilərin
İşlərindən nümunələr istifadə edərkən diqqətli olasınız. Nümunə
nəzəriyyədən sonra gəlir, ancaq əksər problemlər nəzəriyyəni
nümunədən yaratdığımız zaman yaranır. Lakin Həvarilərin İşləri
aydın göstərir ki, cinə tutulmuş insanlarla qarşılaşma çarmıx-
dan sonra davam edir və şər qüvvələr məbədin artımına hələ də
müqavimət göstərir. Amma bu tarix kitabı həmin qüvvələr ilə
mübarizədə son sözü demir.
2. Məktublarda cinləri qovmaq barəsində heç bir təlimatın
olmaması o demək deyil ki, məsihçilərin ruhani problemləri
ola bilməz. Bu, o deməkdir ki, Məsihdə azad yaşamaq üçün
məsuliyyət səlahiyyət verilmiş xüsusi şəxsdən fərdi imanlıya
keçib.
Qanun altında olan fərdi imanlının qaranlıq padşahlığı üzərində
səlahiyyəti yox idi. İndi Allahın lütfü ilə yenidən doğulmuş hər
bir imanlı göylərdə Məsihlə birlikdə oturub. İmanlılar üçün
azadlıq Məsihin artıq etdiyi işə, eləcə də tövbə və imanla Ona
şəxsən necə cavab vermələrinə əsaslanıb. Məsihdə azad yaşa-
maq və cinlərə qarşı durmaq barəsində bütün məktublar boyunca
təlimatlar var, amma başlıca məsuliyyət başqa şəxsin deyil, fərdi
imanlının üzərinə düşür. Mən nə sizin yerinizə tövbə, nə iman
edə bilərəm, nə də sizin üçün Allaha tabe olub şeytana qarşı dura
|